Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu


Şagird kollektivində şəxsiyyətin tərbiyəsi



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə151/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   176

 

465 


 

14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi 

 

Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərin-



də şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına 

səbəb  olur.  Odur  ki,  müəllim  və  tərbiyəçilər  şagird  şəxsiyyətinin 

formalaşmasında  kollektivin  imkanlarından  istifadə  etməyə  çalış-

malıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici 

qüvvəyə malik olur. 

Yaxşı  təşkil  edilmiş  şagird  kollektivində  ictimai  həmrəylik, 

ictimai  rəyə  hörmət,  yoldaşlıq  və  dostluq,  yüksək  ideya  inamı,  hu-

manizm  və  s.  kimi  yüksək  əxlaqi  hisslərin  formalaşmasına  geniş 

imkan yaranır. 

Şagird  kollektivində  yoldaşlıq  və  dostluq  hissinin  formalaş-

ması  üçün  geniş  imkanlar  yaranır.  Burada  şagirdlərin  bir-birinə 

qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. 

Kollektiv  möhkəm  olduqda  onun  bütün  normaları  öz  üzvlə- 

rinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı 

yaranmış olur. 

Kollektiv  özü  şagirdlərdə  kollektivçilik  hissinin  formalaşma-

sına  da  gətirib  çıxarır  ki,  nəticədə  həmin  şagirdlərdə  onları  əhatə 

edən  yoldaşlarına  qarşı  əsl  humanist  münasibətlərin  yaranmasına 

səbəb olur. 

Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düş-

mək  və  onların  dərdinə  şərik  olmaq  qabiliyyəti),  identifikasiya

mehribanlıq və s. kimi sosial keyfiyyətlər baş qaldırır. 

Deməli,  məktəb  ilk  kollektivlər  toplusu  olmayıb,  şagirdləri 

ümumi  məqsəd  və  birgə  fəaliyyətdə  birləşdirən  vahid  kollektivdir. 

Məktəb  şagird  şəxsiyyətinin  formalaşmasını  istiqamətləndirən  əsas 

mərkəzdir. 

Təcrübə  göstərir  ki,  fəaliyyət  növlərinə  və  başlıca  vəzifələ- 

rinə  görə  müxtəlif  kollektivlər  olur.  Məsələn;  əmək  kollektivləri, 

idman  kollektivləri  və  s.  təlim-tərbiyə  müəssisələri  kollektivləri 

sırasında  məktəb  kollektivi  xüsusi  yer  tutur.  Məktəb  kollektivi  iki 

kollektivin, yəni müəllim və şagird kollektivlərinin üzvi vəhdətidir. 



 

466 


Şagird  kollektivinin  özləri  də  müxtəlif  olur:  sinif  kollektivi, 

şagird  komitəsi,  uşaqların  maraqları  zəminində  pedaqoji  şuranın 

qərarı  ilə  yaradılmış  klublar,  studiyalar,  dərnəklər  və  özünüidarə 

prinsipi əsasında fəaliyyət göstərən digər növ şagird birləşmələri. 

Bu  kollektivlərdən  hər  biri  şagirdlə  çoxluğun  mənafeyi  ilə 

şəxsi  mənafeylə  ictimai  mənafeyi  şüurlu  surətdə  əlaqələndirir,  öz 

fəaliyyətində məqsəd ümumiliyinə  və  dostluq-yoldaşlıq münasibət- 

lərinə  əsaslanır,  məktəblilərin  bütöv  şəxsiyyət  kimi  boya-başa  çat- 

masına əhəmiyyətli kömək göstərir. 

Məktəbdə təlim-tərbiyənin keyfiyyətinin  yaxşılaşmasına, inti-

zamın möhkəmlənməsinə, uşaqların yaradıcı özfəaliyyətinin inkişa-

fına  müsbət  təsir  göstərir.  İlk  kollektivlərdə  şagirdlər  arasında  ya-

xınlıq, ünsiyyət, əlaqə daha sıx olur. Bu kollektivdə hər bir uşağa öz 

imkanına,  bacarıq  və  qabiliyyətinə  uyğun  iş  tapmaq,  şəxsiyyətlər-

arası münasibəti düzgün tənzimləmək xeyli asandır. 

Belə  olmasa,  şagirdlərdə  vətəndaşlıq  şüurunu  lazımi  şəkildə 

formalaşdırmaq, onları faydalı ictimai-siyasi fəaliyyətə qoşmaq, ge-

niş  sosial  həyata  hazırlamaq  çox  çətin  olar.  Başqa  bir  təhlükə  də 

var:  kollektivdə  iş  düzgün  təşkil  edilməzsə,  üzvlər  arasında  səmi- 

miyyət  olmasa,  müvəkkillərlə  üzvlər  arasında  konflikt  yaranarsa, 

onlar bir-birinə qarşı dursalar, vəzifə başçıları ləyaqətsiz, səviyyəsiz 

adamlardan  seçilmiş  olsa,  habelə  onlar  qalanlarını  özlərinə  zorla 

tabe etməyə çalışsalar, kollektiv tərbiyəvi rolunu itirər. 

Deməli, şagird kollektivinin elmi  əsaslar üzərində  qurulması-

na,  kollektivdə  şəxsiyyətlərarası  münasibətlərin  normallığına,  kon-

fliktlərə səbəb ola biləcək hallara yol verilməməsinə nail olun- ma-

lıdır. Bu baxımdan kollektivdə vəzifələrin düzgün bölüşdürül- məsi-

nin  əhəmiyyəti  böyükdür.  Şagird  kollektivinin  müxtəlif  növləri 

mövcuddur. 

Onların  ümumi  məqsədləri  eyni  olsa  da,  konkret  məqsəd- 

lərində, eləcə də quruluş və təşkilində müəyyən fərqlər var. Kollek- 

tivdə yaradılmış ənənələr şagirdləri bir-birinə daha da yaxınlaşdırır, 

onların arasında möhkəm dostluq münasibətlərini bərqərar edir. 

Təcrübə  və  müşahidələr  göstərir  ki,  şagird  şəxsiyyətinin  mə-

nəvi  cəhətdən  formalaşması  daha uğurlu  şəkildə,  məhz  yaxşı  təşkil 

olunmuş  kollektivdə  baş  verir.  Həm  də  bu  formalaşma  kollektivin 

inkişaf mərhələlərinə uyğun olaraq gedir. Yəni  şagirdlərin fəallığı-



 

467 


mənəvi cəhətdən az əhəmiyyətli olandan başlayıb onların vətəndaş-

lıq mövqeyinə qədər yüksəlir. 

Şagird şəxsiyyətinə kollektivin tərbiyəvi təsiri xeyli dərəcədə 

məhz kollektivin üzvləri arasındakı qarşılıqlı əlaqə ilə, yəni şəxsiy- 

yətlər  arası  ünsiyyət  və  münasibətlərlə  şərtlənmiş  olur.  Şagird  kol- 

lektivi şəxsiyyətlərarası ünsiyyət və münasibətlər humanist və işgü- 

zar səciyyə daşıyır. 

Aparılmış  elmi  tədqiqatlar  həmin  münasibətlərin  aşağıdakı 

əlamətlərini müəyyənləşdirmişdir: 



 

Kollektivin  üzvləri  arasında  dostluq,  mehribanlıq,  qarşı- 

lıqlı  anlaşma,  bir-birinin  qayğısına  qalmaq,  bir-birinin  ehtiyacına, 

kədərinə və sevincinə şərik olmaq kimi xüsusiyyətlər üstünlük təşkil 

edir; 



 

Uşaqların  bəzilərinin  rəftar  və  hərəkətlərində  özünü  gös-

tərən  laqeydlik,  lovğalıq,  dikbaşlıq,  təkəbbürlük,  yaxud  tənha-  lığa 

meyl  kimi  mənfi hallar tamam aradan qaldırılır,  ya  da aşağı  səviy-

yəyə endirilmiş olur; 



 

Kollektiv,  ümumi  məqsəd  və  ideya  naminə  digər  kollek- 

tivlə  qaynayıb  qarışmağa  səy  edir,  böyük  kollektivlərlə  sıx  əlaqə 

saxlayır; 

Bütün  bu  əlamətlər  həm  eyni  kollektivin  üzvləri,  həm  də 

müxtəlif  kollektivlər  arasında  səmimi  ülfət  yaradır,  işgüzar  ünsiy- 

yəti və ümuminin xeyrinə olan işlərdə bərabər iştirak etmək meylini 

formalaşdırır, həmin keyfiyyətlərə emosionallıq verir və onları ide-

ya  zənginliyi  ilə  cilalayır.  Bu  sahədə  daha  yaxşı  nəticələr  qazan-

maqdan  ötrü  hər  bir  şagirdin  güclü  və  zəif  cəhətlərini  nəzərə  al-

maqla kollektivin bütün üzvlərinə eyni gözlə baxmaq lazımdır. 

Kollektivin  şagird  şəxsiyyətinə  tərbiyəvi  təsirinin  psixoloji 

mexanizminə gəldikdə, bu belədir: kollektiv öz üzvünün, yəni şagir-

din  hərəkətini  bəyənib  təqdir  edəndə,  tərifləyib  yüksək  qiymətlən-

dirdikdə  uşaq (şagird) sevinir və bu sevinc hissini  təkrar-təkrar  ya-

şamaq  üçün  səyini,  qüvvəsini  həmişə  yaxşı  iş  və  hərəkətlərə  sərf 

edir. 


Kollektiv öz üzvünün hərəkətini tənqid etdikdə, pislədikdə isə 

uşaq  (şagird)  utanır,  xəcalət  çəkir,  belə  vəziyyətə  bir  daha  düşmə-

məkdən ötrü pis hərəkətlərdən çəkinir. Məktəbdəki müxtəlif növ şa-

gird  kollektivləri  demokratik  əsasda,  özünüidarə  prinsipi  üzrə  fəa-




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə