468
liyyət göstərir.
Həmin təşkilatlara rəhbərlik işini əsas etibarı ilə onların özlə-
rinin seçdikləri müvəkkillər və təşkilatlar həyata keçirir. Məsələn;
tədris-təlim kollektivinə-şagird komitəsi, şagird əmək kollektivinə -
həmin kollektivlərin şuraları və müvəkkilləri; dərnəklərə, bölmə və
klublara isə onların seçdikləri şuralar və səlahiyyətli şəxslər rəh-
bərlik edirlər.
Ancaq bu heç də şagird kollektivinin işinə müəllimin pedaqoji
rəhbərliyini istisna etmir. Uşaq kollektivləri öz işlərinin məzmun və
məqsədini, təşkili formalarını, istiqamətlərini, həyata keçirmə üsul-
larını, metodikasını dəqiq müəyyənləşdirməkdə daha təcrübəli şəxs
olan müəllimlərin köməyinə möhtacdır.
Əks halda onlar belə məsələlərdə müəyyən səhvə yol verə
bilərlər. Digər tərəfdən, şagird kollektivləri müəllimlərlə əlaqə sax-
lamasalar, öz işlərini onların tərbiyəvi təsiri ilə uzlaşdırmasalar, bir-
birinin köməkçisi olmazlar və hərtərəfli inkişaf etmiş şəxsiyyət-lər
yetişdirmək vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilməzlər.
Uşaq kollektivinə səmərəli rəhbərliyin bir mühüm şərti də
şagird fəalları ilə müntəzəm iş aparmaqdan, “vəzifəli” şagirdlərə öz
səlahiyyətlərini, işlərinin mahiyyətini və metodikasını dərindən başa
salmaqdan ibarətdir.
Bu məqsədlə şagird kollektivi orqanlarına seçilmiş uşaqlara
təlimatlandırıcı söhbət və seminarlar təşkil etmək, məsləhətlər ver-
mək, onların iştirakı ilə kollektiv müzakirələr keçirmək, belə uşaq-
lar arasında təcrübə mübadiləsi aparmaq kimi üsullardan geniş isti-
fadə edilməlidir.
Ənənələrdə kollektivin ümumi zövqü və ictimai rəyi daha tam
həyata keçirilir. Kollektiv mütəşəkkil, idarə orqanlarına malik, inti-
zamlı və məsuliyyət hiss edən qrupdur. Kollektiv sağlam bəşər
cəmiyyətində ictimai orqanizmdir. Kollektivin gücü ilə uşaqlarda
olan yaxşı cəhətləri aşkar etmək olur. Uşaqlarda daha yaxşı, daha
maraqlı cəhətlər layihə halında nəzər almaq, görmək kimi bacarıq-
ları tərbiyə edir. Kollektiv hər bir şagirddə gizli halda olan qurucu-
luq qüvvəsinin üzə çıxmasına, inkişaf etməsinə şərait yaradır. Odur
ki, kollektiv üzvləri kollektivin mənafeyini həmişə üstün tutmalı-
dırlar.
469
Suallar və tapşırıqlar
1.
Şagird kollektivi nəyə deyilir?
2.
A.S.Makarenko kollektivin hansı inkişaf prinsiplərini müəyyən
etmişdir?
3.
Şəxsiyyət və kollektiv arasında münasibətlərin hansı inkişaf
modelləri vardır? Onları şərh edin.
4.
Şagird şəxsiyyətinə kollektivin təsiri nədən ibarətdir?
5.
Kollektivin hansı mühüm istiqamətlərini tanıyırsınız?
6.
Kollektivin zəruri xüsusiyyətləri hansılardır?
7.
Kollektiv haqqında alimlərin fikirlərini söyləyin.
8.
Şəxsiyyətin tərbiyəsində şagird kollektivinin rolu nədən ibarət-
dir?
9.
Kollektivin şagird şəxsiyyətinin formalaşmasına təsiribarədə
açıqlama verin.
10.
Şagird kollektivinin əlamətləri haqqında nə deyə bilərsiniz?
11.
Kollektivin mərhələlər üzrə formalaşması texnologiyasının
şərhini verin.
12.
Kollektivin istiqamətləri və əlamətləri barədə danışın.
13.
Kollektivin təşkilinə dair müxtəlif baxışlar barədə nə bilirsiniz?
14.
Kollektivin səciyyəvi xüsusiyyətlərini göstərin.
Ədəbiyyat
1.
Abbasov A.N., Əlizadə N.Ə. Pedaqogika. Bakı, 2000.
2.
Əlizadə H.Ə., Qasımova L.N., Əliyev B.H. Məktəbdə tərbiyə
işinin metodilası. Bakı, 1990.
3.
Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə
işinin metodikası. Bakı, 2010.
4.
Hüseynzadə R.L. Sinif saatı və onun təşkili metodikası. AMİ-
nin “Elmi əsərləri”, 1999, № 7.
5.
Hüseynzadə R.L., İsmayılova M.C. Tərbiyə işi və onun
metodikası (Dərs vəsaiti). Bakı: ADPU, 2012.
470
XV fəsil
SİNİFDƏNXARİC VƏ MƏKTƏBDƏNKƏNAR
TƏRBİYƏ İŞİ
Əhatə olunan məsələlər:
15.1. Sinifdənхаric və məktəbdənkənаr tərbiyə işinin mahiyyəti,
məqsədi və məzmunu.
15.2. Sinifdənхаric tərbiyə işinin fоrmаlаrı və təşkili prinsipləri.
15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri.
471
15.1. Sinifdənхаric və məktəbdənkənаr tərbiyə işinin
mahiyyəti, məqsədi və məzmunu
Pedaqoji ədəbiyyatda “sinifdənxaric iş və “məktəbdənkənar
iş” analışları tez-tez işlədilir. Bəziləri bu ifadələri fərqləndirməkdə
çətinlik çəkir, əksər hallarda onları sinonim anlayışlar kimi başa dü-
şürlər. Halbuki, aralarında müəyyən oxşar cəhətlərin olması ilə
yanaşı, fərqli xüsusiyyətləri də vardır. Oxşar cəhət budur ki, hər iki
halda tərbiyənin ya dərsə qədər, ya da dərsdən sonra (yəni təlim
fəaliyyəti çərçivəsindən kənarda) həyata keçirilir. Hər ikisi məktəb-
lilərlə aparılan ümumi tərbiyə işinin tərkib hissəsi və ya davamıdır.
Fərqli cəhətləri isə aşağıdakılardır:
Sinifdənxaric iş – məktəbin apardığı təlim-tərbiyə prosesinin
zəruri tərkib hissəsidir. Bu işi dərsdən əvvəl (əgər dərslər ikinci
növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növbə-
də keçilirsə) ya pedaqoji kollektivin üzvləri (məktəbin rəhbər işçi-
ləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şa-
gird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri
təşkil edib həyata keçirirlər.
Sinifdənxaric iş prosesi şagirdlərin tədris materialları üzə-
rində və onlar müəyyən fakt və hadisələri öyrənərkən əldə etdikləri
bilik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oyna-
yır. Belə ki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyom-
larının, tərbiyələndirici tədbirlərin müstəqil təşkilinə xidmət edən
qabaqcıl üsul və tərzlərin tətbiqi sinifdənxaric iş prosesində daha
geniş təzahür imkanlarını tapır.
Bu yönümdə tərbiyələndirici sinifdənxaric tədbirlərə yanaş-
ma aşağıdakı istiqamətlərlə həyata keçirilməlidir:
Sinifdənxaric tərbiyəvi tədbirlər üzərində iş apararkən bu
prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır;
Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagird-
lərin fakt və hadisələri müstəqil fəaliyyət süzgəcindən keçirib, mə-
lum və məchulları təhlil etməsi, nəticələri özlərinin ümumiləş- dir-
məsi, tərbiyənin mənbələri üzərində müstəqil və fərdi qaydada iş
aparılması zəminində qurulmalıdır;
Dostları ilə paylaş: |