462
Tərbiyə praktikasında perspektivliyin (praktik məqsədin)
növləri:
Şagirdləri maraqlandıra biləcək praktik məqsədi A.S.Makarenko “perspektiv”
adlandırırdı. Onun fikrincə, hər bir şagird üçün başa düşülən və dərk edilən
perspektiv məqsəd səfərbəredici, maneələri aradan qaldıra bilən qüvvədir. Tərbiyə işi
praktikasında A.S.Makarenko perspektivliyin üç növünü (yaxın, orta və uzaq)
fərqləndirirdi.
YAXIN PERSPEKTİV
kollektivin inkişafının hər hansı bir
mərhələsində irəli sürülə bilər. Bu
perspektivə verilən əsas tələb ondan
ibarətdir ki, o, şagirdlərin şəxsi
maraqlarına əsaslanmalıdır. Yaxın
perspektivliyin yüksək səviyyəsi
kollektiv əməyin gətirəcəyi perspektiv
sevincdədir..
ORTA PERSPEKTİV
bir qədər uzun müddətdə hazırlanması
və həyata keçirilməsi nəzərdə tutulan
kollektiv hadisədir. Bu perspektivə
daxildir: məktəb bayramlarının
keçirilməsi; ədəbi gecələrin
hazırlanması və keçirilməsi və s.
UZAQ PERSPEKTİV
sosial əhəmiyyətlidir və qoyulan məqsədə çatmaq üçün xeyli səylər tələb edir. Belə
perspektivlərdə şəxsi və ictimai tələbatlar mütləq uyğunlaşdırılır. Bu perspektivlik o
zaman yaxşı nəticə verə bilər ki, kollektiv fəaliyyətdə başlıca yeri əmək tutsun,
qarşıdakı məqsədə çatmaq üçün kollektiv səylər göstərilsin.
463
14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin
inkişaf modelləri
Elmi tədqiqatlar şəxsiyyət və kollektiv arasında münasibət-
lərin inkişafının geniş yayılmış üç modelini fərqləndirir.
Şəxsiyyət və kollektiv arasında münasibətlərin inkişafının
modelləri:
I modelə görə, şəxsiyyət kollektivin tələblərinə təbii şəkildə
və könüllü tabe ola bilər, habelə kollektivə xarici qüvvə kimi güzəş-
tə gedə bilər, ona zahirən, formal tabe olmaqla özünün müstəqilliyi-
ni saxlamağa çalışa bilər. Əgər şəxsiyyət kollektivə daxil olmaq is-
təyirsə, o, kollektivin dəyərlərinə meyllidirsə, onları qəbul edir.
Kollektiv şəxsiyyəti öz həyatının normalarına, dəyərlərinə və
ənənələrinə tabe edir.
II modeldə hadisələrin inkişafı müxtəlif yollarla ola bilər:
1) Şəxsiyyət zahirən kollektivin tələblərinə tabedir, amma da-
xili müstəqilliyini saxlayır.
2) Şəxsiyyət müqavimət göstərir, konfliktə girir. Şəxsiyyətin
kollektivə, onun norma və dəyərlərinə uyğunlaşma motivləri müx-
təlifdir.
Belə hallarda məktəbli kollektivin norma və dəyərlərini an-
caq zahirən qəbul edir, ondan gözlənilən fikri söyləyir, müxtəlif
III MODEL
II MODEL
ŞƏXSİYYƏT VƏ KOLLEKTİV
OPTİMAL
MÜNASİBƏTLƏRDƏDİR.
ŞƏXSİYYƏT KOLLEKTİVİ ÖZÜNƏ
TABE EDİR.
I MODEL
ŞƏXSİYYƏT KOLLEKTİVƏ TABEDİR.
ŞƏXSİYYƏT VƏ KOLLEKTİV ARASINDA MÜNASİBƏTLƏRİN
İNKİŞAF MODELLƏRİ
464
situasiyalarda kollektivdə qəbul edilmiş ümumi qaydaya uyğun
hərəkət edir. Amma məktəb kollektivindən kənarda o, həm də mü-
hakimə yürüdür və həm də başqa cür düşünür. Belə vəziyyət mü-
vəqqəti, keçici olur.
III modelə görə, şəxsiyyət və kollektivin qarşılıqlı münasi-
bətlərində şəxsiyyət kollektivi özünə tabe edir. Belə ki, yaradıcı
şəxsiyyət, onun fərdi təcrübəsi bu və ya digər səbəblər üzündən
kollektivin üzvlərinin nəzərində cəlbedici ola bilər.
Bu cəlbedicilik daha çox şəxsiyyətin keyfiyyətləri, mühaki-
mə və hərəkətlərinin qeyri-adiliyi ilə şərtlənir. Bu halda kollektivin
sosial təcrübəsi dəyişə bilər. Bu proses ikili xarakterdə ola bilər və
həm kollektivin, həm də kollektivin sosial təcrübəsinin zənginləş-
məsinə, həm də zəifləməsinə gətirib çıxara bilər.
Şəxsiyyət və kollektiv münasibətlərin müxtəlifliyi göstərilən
modellərlə bitmir. Şəxsiyyətin fəaliyyət və davranış motivlərinin
psixoloji mexanizmlərini bilməklə hər bir konkret münasibətin təh-
lilinə yanaşmaq lazımdır.
Amerika psixoloqu C.Moreno iddia edir ki, şəxsi münasibətlər
sistemində insanın vəziyyəti cəmiyyətdə var-dövləti bölüşdürməyə
bənzəyən daimi kəmiyyətdir (miqdardır) və sosiodinamik adlanan
qanuna tabedir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, hər bir
insan anadan doğularkən gətirdiyi özünəməxsus xassəsinə görə, ya
insanların rəğbətini qazanır, ya da insanları özündən uzaqlaşdırır.
Yaxşı ailələrdə doğulub boya-başa çatmış tərbiyəli uşaqlar
yaxşı xassələrə malikdirlər. Əlverişsiz, irsi xəstəliklərlə doğulan, pis
tərbiyə olunan uşaqlarda isə mənfi xassələr çoxdur və ona görə də
onlar başqalarını özlərindən uzaqlaşdırırlar. Bu şəxsiyyətin və
kollektivin münasibətlərinin inkişafına təsir edir.
Hər hansı bir məktəb kollektivində onun üzvlərinin yaşından
və mütəşəkkilliyindən asılı olmayaraq, orada mikroqruplar vardır
ki, onlar bir-biri ilə qeyri-formal münasibətlərlə bağlıdırlar.
Beləliklə, sinif kollektivinə diqqət artırılmalıdır, ona görə ki,
şəxsiyyətə göstərilən təsir vasitələri içərisində o, ən təsirli vasitələr-
dən biri olaraq qalır. Sinif kollektivi şəxsiyyəti neqativ yönümlü
qeyri-formal birliklərin qorxulu təsirindən qorumaq üçün çox
zaman yeganə vasitədir.