96
cәdvәl XXI.3 (manat)
s/s
Göstәricilәr
ölçü
vahidi
2012-ci
ilin
müvafiq
dövrü
üzrә
2013-cü il
keçәn
illә müqayisә
dekabr
Ilin әvvәlindәn
fakt plan fakt fәrq faiz plan fakt fәrq
faiz fәrq faiz
1 Malların tәqdim edilmәsindәn,
iş görülmәsindәn vә xidmәtdәn
әldә olunan Gәlir
manat
149702556
13140366
28637208
15496842
2,2 d.
155028295
195216153
40187858
125,9
45513597
130,4
2 Xәrc manat
144712175 12221854 54501696 42279842 4,5
d. 145677253 183244505 37567252 125,8 38532330
126,6
3 Sair
gәlir manat
16054428 7861378 -9925210
17292486 17836103
543617 103,1
1781675 111,1
4 Balans
Mәnfәәti manat
21044809 8779890 -35789698
26643528 29807751 3164223 111,9
8762942 141,6
5 Yükdaşıma
ton
605169 47295 39862 -7433 84,3
600000
553851
-46149
92,3
-51318 91,5
6 Gәmi saatı saat
572447 42195 49737 7542 117,9
511344
582744 71400
114,0
10297 101,8
7 Istehlak
fondu
manat
57931055 4951302 4167532 -783770 84,2 59005566 57533126 -1472440 97,5 -397929 99,3
97
Qeyd etmәk lazımdır ki, aparılmış struktur dәyişikliklәri ilә bağlı XDND-nin
tabeliyindә olan Dalğıc vә Qәza-Xilasetmә İşlәri İdarәsi 2013-cü ilin noyabr ayından
birbaşa ARDNŞ-nin tabeliyinә verilmişdir.
Dalğıc xidmәti işlәrinin vaxtında aparılmasına, yeni sualtı texnikanın alınması,
sınaqdan keçirilmәsi vә tәtbiqi ilә bağlı işlәrin görülmәsinә nәzarәt edilmişdir. Dalğıc
xidmәtinin fәaliyyәtini reqlamentlәşdirәn normativ sәnәdlәrin tәtbiqi tәmin olunmuşdur.
Dalğıc vә sualtı-texniki işlәr üzrә 2013-cü ildә: neft hasilatının fasilәsiz tәminatı ilә
әlaqәdar hidro-texniki qurğulara dalğıc xidmәti, sualtı dәniz
magistral, mәdәndaxili boru
vә DDÖ-lәr arası kәmәrlәrin tәmiri, hidrotexniki qurğuların, dәniz stasionar özüllәrin
tәdqiqi, dәnizi çirklәndirәn mәnbәlәrin aradan qaldırılması, gәmilәrin gövdә vә digәr
sükanaltı hissәlәrinin, pәr-sükan qurğularının tәmizlәnmәsi vә tәdqiqi, dәniz
obyektlәrindә qәza-xilasetmә xidmәtinin tәşkili, quyu şaxtalarının bәrkidilmәsi vә
tәdqiqi, DDÖ-nün metal konstruksiyalarının, sualtı boru kәmәrlәrinin, onların dik
dayaqlarının, elektrik kabellәrinin vә şaxtaların heyәtsiz sualtı aparatla tәdqiqi vә s. kimi
işlәr hәyata keçirilmişdir.
2012-ci ildә 2 әdәd Mobil Dalğıc Kompleksi alınmışdır. Onlardan 1 әdәdi 2012-ci
ildә istifadәyә verilmişdir, 2013-cü ilә digәrinin istifadәyә verilmәsi
üçün layihә sәnәdlәri
hazırlanmışdır, kompleksin “General Ә.Şıxlinski” kran gәmisindә quraşdırılması ilә bağlı
hazırlıq işlәri davam etdirilir. Eyni zamanda sualtı boru xәtlәrinin tәmiri zamanı kәsmә
işlәrinin yeni texnologiyaya uyğun hәyata keçirilmәsi üçün 2012-ci ildә alınmış almaz
xәlifәli buraz qurğusunun 2013-cü ildә davamlı olaraq istismar olunması tәmin
olunmuşdur.
Xәzәr Dәniz Neft Donanmasında dәnizdә tәhlükәsiz üzmә xidmәti ilә әlaqәdar
Beynәlxalq Dәniz Tәşkilatının qәbul etdiyi Konvensiyaların, milli standartların vә s.
normativ sәnәdlәrdәn irәli gәlәn tәlәblәrә әsaslanaraq, gәmilәrin tәhlükәsiz istismarının
tәmin edilmәsi, ilk növbәdә dәnizdә insan hәyatının qorunması, baş vermiş qәza
hadisәlәrinin yaranma sәbәblәrinin aradan qaldırılması, hәmçinin dәnizin ekoloji
cәhәtdәn çirklәnmәsinin qarşısının alınması mәqsәdilә donanmada müvafiq tәdbirlәrin
hәyata keçirilmәsinә nәzarәt edilmişdir. Donanmanın mәsul işçilәri cәlb edilmәklә
gәmilәrdә heyәt üzvlәrinin gәminin davamlılığı uğrunda mübarizәyә vә ekstremal
vәziyyәtlәrә hazır olmaları mәqsәdilә “Ümumgәmi hәyәcanı” (o cümlәdәn-yanğın vә su
ilә mübarizә üzrә), “Bortun arxasında adam”, “Bort” hәyәcanı (gәmini tәrk edәn zaman)
tәlimlәri
keçirilmiş, araşdırmalar aparılaraq müvafiq tövsiyәlәr verilmişdir.
XDND-dә gәmi sürücülәri vә gәmi mexaniklәri üçün keçirilmiş yoxlama test
imtahanlarında Baş ofisin mütәxәssislәri fәal iştirak etmәklә bu sahә üzrә yaranmış
çatışmazlıqların aradan qaldırılmasına yaxından kömәklik göstәrilmişdir.
Donanmanın gәmilәrini ahәngdar vә stabil istismar etmәk mәqsәdilә dәnizçiliklә
bağlı qәbul edilmiş vә hazırda qüvvәdә olan Beynәlxalq Konvensiyaların vә Milli
qanunların, әmrlәrin tәtbiq edilmәsinә nәzarәt etmәklә yanaşı, Azәrbaycan Respublikası
Dövlәt Dәniz Administrasiyası tәrәfindәn gәmilәrә verilmiş “Minimum Heyәt Tәrkibi
Haqqında” şәhadәtnamәyә müvafiq olaraq, gәmilәrin dәnizә çıxması zamanı minimum
heyәt tәrkibinin tәmin olunması vә gәmi sürücülәrinin sertifikatlarının “DHSNÇ-78/95”
Beynәlxalq Konvensiyasının tәlәblәrinә müvafiq olaraq tәmin olunmasına nәzarәt
98
edilmişdir. 2013-cü ildә donanmada 3 qәza vә qәzayönümlü hadisә baş vermişdir.
(2012-ci ildә 7 qәza hadisәsi baş vermişdir).
ARDNŞ-nin İnsan Resursları Departamentindә donanmaya
tәlәb olunan üzәn
heyәt üzvlәrinin (gәmi sürücülәri vә mexaniklәrinin) vә dalğıc üzrә mütәxәssislәrin işә
qәbulu ilә bağlı keçirilәn müsabiqәdә Baş ofis mütәxәssislәrinin iştirakı tәmin edilmiş vә
lazımı tövsiyәlәr verilmişdir.
Beynәlxalq İdarәetmә Standartları (BİS) istiqamәtindә görülәn әn önәmli
addımlardan biri dә dünyanın qabaqcıl ölkәlәrindә işlәyәn İSO seriyalı beynәlxalq
idarәetmә standartlarının Xәzәr Dәniz Neft Donanmasında tәtbiq edilmәsidir. Belә ki,
İSO 9001:2008 Keyfiyyәtin İdarәetmә Sistemi (KİS), İSO 14001:2004 Ekoloji
Menecment sistemi (EMS) 2007-ci ildәn, OHSAS 18001:2007 Peşә Tәhlükәsizliyi vә
Әmәyin Mühafizәsi Menecment Sistemi (PTӘ MMS) 2008-ci
ildәn donanmada tәtbiq
edilmişdir. 2013-cü ildә Xәzәr Dәniz Neft Donanmasında vә struktur bölmәlәrindә
Beynәlxalq İSO 9001\İSO14001/OHSAS 18001 standartlarının resertifikasıya
(yenilәnmәsi) aparılmış struktur dәyişikliklәri ilә bağlı işlәr davam etdirilmişdir. Baş ofis
mütәxәssislәrinin vә XDND-nin BİS qrupunun iştirakı ilә mütәmadi olaraq bölmәlәrdә vә
struktur idarәlәrdә daxili yoxlamalar aparılmış, aşkar olunmuş çatışmazlıqlarla bağlı
tәdbirlәr görülmüşdür.
Üzmә vasitәlәrinә tәlәb olunan profilaktika vә әsaslı tәmir işlәrinin görülmәsi
üçün tәmir proqramının hazırlanmasına, tәmirin әksәr hallarda Donanmanın Gәmi Tәmiri
Zavodunda (GTZ) görülmәsinә, GTZ-dә mümkün olmadıqda
tender keçirilmәklә kәnar
tәşkilatlarda aparılması üçün müvafiq müqavilәlәrin bağlanmasına kömәklik
göstәrilmişdir. Tәmir әrәfәsindә mütәmadi olaraq yoxlamalar keçirilmiş, bu mәqsәdlә
aparılan müşavirәlәrdә tәmir işlәrinin sürәtlәndirilmәsi mәqsәdilә tәkliflәr verilmişdir.
Mövcud
gәmilәrin tәmiri vә modernlәşdirilmәsi üzrә tәklif vә rәylәr verilmişdir.
2013-cü ildә 38497247,9 manat, o cümlәdәn ARDNŞ müәssisәlәrindә 20094713,6
manat mәblәğindә tәmir işlәri yerinә yetirilmişdir. (Gәmi Tәmiri Zavodunda -
18369119,0 manat, tәmir emalatxanalarında – 1725594,6 manat), kәnar tәşkilatlarda
isә 18402534,3 manat mәblәğindә tәmir işlәri görülmüşdür.
2013-cü il әrzindә 68 gәmi tәmir olunmuşdur. İstismardan çıxarılmadan illik
hәcmindә 39 gәmi Registrә tәqdim edilmiş, tәrsanә tәmiri hәcmindә isә 9 gәmi Registrә
tәhvil verilmişdir.
2012-ci ildә isә 39987971,8 manat o cümlәdәn öz müәssisәlәrimizdә 20658478,1
manat mәblәğindә tәmir işlәri yerinә yetirilmişdir. (Gәmi Tәmiri Zavodunda 19013073,0
manat, tәmir emalatxanalarında isә 1725594,6 manat),
kәnar tәşkilatlarda isә
19329493,7 manat mәblәğindә tәmir işlәri görülmüşdür.
Әmәyin mühafizәsi vә tәhlükәsizlik texnikası qaydalarına riayәt olunması, dalğıc
işlәrinin görülmәsi, gәmilәrin istismarı vә sәrnişinlәrin daşınması әrәfәsindә baş verә
bilәcәk qәza hallarının qarşısının alınması mәqsәdilә obyektlәrdә yoxlamaların aparılması
vә bununla bağlı müvafiq tövsiyәlәrin verilmәsi hәyata keçirilmişdir. Qәza hadisәlәrinin
tәhqiqatında Baş ofis mütәxәssislәrinin iştirak etmәlәri tәmin olunmuşdur.
2013-cü ildә istehsalatla әlaqәdar bәdbәxt hadisә baş vermәmişdir. 2012-ci ildә
isә 1 bәdbәxt hadisә baş vermişdir.