94
müxtәlif tәyinatlı üzәn vasitәlәr silinmişdir: o cümlәdәn XDND-nin balansından 26
әdәd, NQT-trestinin balansından 1 әdәd (“Kәrәçi, N5/8).
Hesabat ilindә XDND-nin
balansına 2 әdәd gәmi qәbul olunmuşdur (tәchizat yedәk gәmisi “Barra” vә yedәk
gәmisi “SOCAR-1”).
01.01.2014-cü il tarixinә XDND-nin balansında 65 layihә üzrә ümumi balans
dәyәri 842279,03 min manat, yükgötürmә qabiliyyәti 76367,8 ton vә 349269,5 at
gücünә malik 190 әdәd üzәn vasitәlәri vardır. Bunlardan 20-2500 ton yükqaldırma
qabiliyyәtinә malik olan 21 әdәd kran gәmisi, 18 әdәd tәchizat-yedәk gәmisi, 7 әdәd
“Vixr” tipli vә 1 әdәd kater yanğınsöndürәn, 3 әdәd böyük sәrnişin, 26 әdәd “PS”,
“PSK” vә “MPK”
tipli kiçik sәrnişin gәmilәri, 2 әdәd sualtı boru xәtti çәkәn, 5 әdәd
mühәndis-geoloji, 9 әdәd dalğıc, 7 әdәd maye yük daşıyan, 9 әdәd yedәk vә liman
tәyinatlı yedәk, 5 әdәd neft mәhsulları vә çirklәnmiş fekal suları yığan, 70 әdәd
müxtәlif tәyinatlı xidmәt katerlәri, barjalar, 3 әdәd üzәn tәrsanә vә 4 әdәd tәmir
emalatxanası tәşkil edir. XDND-dә istismar olunan gәmilәrin orta yaş hәddi 29,6 ildir.
Kran, xüsusi tәyinatlı, tәchizat-yedәk, sәrnişin, geoloji-kәşfiyyat, dalğıc
gәmilәrinin istismar müddәtlәrinin başa çatması ilә әlaqәdar onların istismar
әrәfәsindә texniki sәbәbdәn tez-tez sıradan çıxmaları halları baş verir. Bu da öz
növbәsindә gәmilәrin Beynәlxalq Dәniz Registr
tәlәblәrinә uyğun istismar
edilmәlәrindә çәtinliklәrin yaranması ilә nәticәlәnir. Donanmada uzun müddәt
istismarda olan gәmilәrin Beynәlxalq standartlara vә müasir tәlәblәrә cavab verәn
yenilәri ilә әvәz olunmasının zәruriliyi ilә bağlı “Bakı Gәmiqayırma Zavodu”nun
fәaliyyәtә başlamasını nәzәrә alaraq, dәniz nәqliyyatı şöbәsinin vә XDND
mütәxәssislәrinin birgә iştirakı ilә vacib hesab edilәn müxtәlif tәyinatlı yeni gәmilәrin
2013-2025-ci illәr üzrә tikilmәsi proqramı hazırlanmışdır.
2013-cü
ildә zavod bir әdәd 50 tonluq dartıcı qüvvәyә malik yedәk gәmisinin
tikintisini bitirmiş vә Xәzәr Dәniz Neft Donanmasına tәhvil verilmişdir. Bunlardan
әlavә zavod Xәzәr Dәniz Neft Donanması ilә 5 әdәd sәrnişin gәmisinin tikintisinә vә
alqı-satqısına dair müqavilә imzalamışdır. 60 vә 100
tonluq kran, 60 metr dәrinlikdә
işlәyә bilәn dalğıc gәmilәrinin layihәsi üzәrindә işlәr davam etdirilir.
Dәniz şelfindә neft-qaz çıxarılması ilә bağlı müxtәlif növ xidmәtlәrin hәyata
keçirilmәsi mәhz donanmanın iştirakı ilә aparılmışdır. Buna seysmik vә geoloji
axtarışı, blokların daşınması vә estakadaların tikilmәsini, neft-qaz quyularının
qazılmasını, dәniz obyektlәrinin abadlaşdırılmasını, istismar dövründә tәmir işlәrinin
tәmin olunmasını, dәniz obyektlәrinin yanğından mühafizәsini,
dәnizdә neft-qaz
kәmәrlәrinin çәkilmәsini, dәniz neftçilәrinin iş yerlәrinә çatdırılmasını, yanacaq-sürtkü
yağlarının, kimyәvi reagentlәrin daşınmasını, sualtı-texniki, qәza-xilasetmә dalğıc
işlәrini vә s. aid etmәk olar. Qeyd olunmuş işlәrin gündәlik yerinә yetirilmәsindә, iş
ahәngdarlığının pozulmaması üçün aidiyyәti üzrә şirkәtin müvafiq şöbәlәri ilә
mәslәhәtlәr aparmış vә lazımı işlәrin görülmәsi üçün tәdbirlәr görülmüşdür. Bu
mәqsәdlә ARDNŞ-nin tabeliyindә olan idarә vә müәssisәlәrә xidmәt göstәrәn
gәmilәrin istismarına nәzarәt güclәndirilmiş, boş dayanmaların qarşısının alınması
üçün müvafiq göstәrişlәr verilmişdir. Eyni istiqamәtdә yüklәrin aparılmasında
gәmilәrin sayının minimuma endirilmәsi, dәnizdә neft-qaz çıxarma özüllәrindә
95
gәmilәrdәn düzgün istifadә olunması, fırtınalı hava şәraitindә gәmilәrin dәnizә
çıxmalarının mәhdudlaşdırılması kimi tәdbirlәrin hәyata
keçirilmәsi nәticәsindә
gәmilәrin sәmәrәli istismarına vә dizel yanacağının sәrfinin azaldılmasına nail
olunmuşdur. 2013-cü ildә XDND-yә ayrılmış 33000 ton miqdarında dizel yanacağı
fonduna qarşı faktiki 29019,5 ton d/y sәrf olunmuşdur (3980,5 ton d/y az sәrf
olunmuşdur).
Donanmada “Uzaq mәsafәdәn tanınma vә İzlәmә” sistemi tәtbiq edilmәklә
gәmilәrin hәrәkәtlәrinә nәzarәt tam şәkildә hәyata keçirilirmiş, bu sistem vasitәsilә
gәmilәr tәrәfindәn sifarişçilәr üçün sahildә qәbul olunmuş vә dәnizdә paylanmış
yüklәr, dizel yanacağı vә içmәli su barәdә mәlumatlar donanmanın mәrkәzi dispetçer
xidmәtinә verilmәsinә vә sonradan ARDNŞ-nin Nәqliyyat İdarәsinә ötürülmәsinә
nәzarәt edilmişdir. Bu işlәrin aparılmasında әsas mәqsәd gәmilәrin yük
daşınmalarında sәmәrәliliyinin artırılmasıdır. Hazırda donanmanın 148 gәmisindә
istifadә olunan bu sistem vasitәsilә mәrkәzi dispetçer
xidmәtindәn operativ
mәlumatların verilmәsi vә alınması yerinә yetirilir. Gәlәcәkdә digәr gәmilәrdә dә bu
sistemin tәtbiq edilmәsi nәzәrdә tutulmuşdur.
Donanmanın yuxarıda qeyd olunmuş xidmәtlәri çәrçivәsindә daha mürәkkәb
vә böyük mәsuliyyәt tәlәb olunanları çox böyük ağırlığa malik olan blokların dәniz
özüllәrinә aparılması, sualtı boru xәtlәrinin çәkilmәsi vә abadlıq işlәridir. Belә ki,
2013-cü ildә 600 ton yükqaldırma qabiliyyәtinә malik olan “General Ә.Şıxlinski” vә
“Qurban Abasov” kran gәmilәrinin kömәkliyi ilә “Neft Daşları” 418, 1645, 683 saylı
meydançalarda, “Qәrbi Abşeron” 20 saylı özüldә svayların vurulmasını vә
bәrkidilmәsini, “Darvin” 740 saylı özüldә qüllә vә qüllәaltı meydançanın
quraşdırılmasını, “Günәşli” yatağında qazlift kompressor stansiyasının 4 hissәdәn
ibarәt olan göyәrtәlәrinin (hәr biri 600 ton ağırlığında) quraşdırılmasını, “Çilov” 112
saylı özüldә blokların qoyulması vә tikinti işlәrinin görülmәsini, sentyabr, oktyabr
aylarında “Bulla-82” saylı özüldә baş vermiş yanğının
söndürülmәsi işlәrini qeyd
etmәk olar. Yanğının söndürülmәsindә donanmanın digәr tәchizat-yedәk, “Vixr” tipli
yanğınsöndürәn gәmilәri iştirak etmişlәr. “S.Vәzirov” borudüzәn gәmisi ilә dә “Ümid”
rayonu-Bulla 82 özülü arasında 18 km uzunluğunda 16” sualtı boru xәttinin çәkilmәsi
işlәri başa çatdırılmışdır. Bu işin görülmәsindә donanmanın “Şirvan” tipli 100 ton
yükqaldırma qabiliyyәtinә malik olan kran gәmilәri, tәchizat-yedәk, dalğıc vә geoloji-
kәşfiyyat gәmilәri dә fәal iştirak etmişlәr. Hazırda son tamamlama dayaq xәtlәrinin
quraşdırılması işlәri yerinә yetirilir.
Hesabat ilindә donanmanın sәrnişin gәmilәri ilә dәnizdә neftqazçıxarma,
tikinti
vә s. obyektlәrә 252475 nәfәr sәrnişin daşınmışdır.
Donanmanın yükdaşıma planı 92,3% yerinә yetirilmişdir (plan 600000 min ton,
fakt 553851 ton, yәni 46149 ton az yük daşınmışdır), gәmi saatı planı 114% yerinә
yetirilmişdir (plan 511344 saat, fakt 582744 saat). Donanmanın digәr iqtisadi
göstәricilәri barәdә mәlumat әlavә olunur (cәdvәl XXI.3).