99
Gәmi vә sahil obyektlәrindә әtraf mühitin çirklәnmәsinin qarşısının alınması üçün
ekoloji tәdbirlәrin icrasına
daima nәzarәt olunmuş, mütәxәssislәr tәrәfindәn yoxlamalar
nәticәsindә aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına kömәklik
göstәrilmişdir.
Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin Xәzәr Kompleks Ekoloji Monitorinq
idarәsinin hәmçinin әtraf mühitin mühafizәsi Departamentinin әmәkdaşları tәrәfindәn
(Donanmanın nümayәndәlәrinin iştirakı ilә) cari ildә XDND-nin
gәmilәri vә sahil
obyektlәrinә dövlәt ekoloji monitorinqi vә nәzarәti sәciyyәli reyd-baxışlar keçirilmişdir,
uyğunsuzluqlar aşkar edilmәmiş, cәrimә sanksiyaları tәtbiq olunmamışdır.
Qeyd etmәk lazımdır ki, ARDNŞ-nin Alyanslarla vә xarici şirkәtlәrlә birgә fәaliyyәti
nәticәsindә XDND-nin bir neçә gәmisi icarәyә verilmiş vә onların kömәkliyi ilә Xәzәrin
Azәrbaycan vә digәr sektorlarında mühüm işlәrin görülmәsi davam etdirilmişdir.
Nәzәrә almaq lazımdır ki, ARDNŞ-nin Xәzәr Dәniz Neft Donanması (XDND)
Azәrbaycan Respublikasının Prezidentinin müvafiq Sәrәncamı ilә yeni yaradılmış
“Azәrbaycan Xәzәr Dәniz Gәmiçiliyi” Qapalı Sәhmdar Cәmiyyәtinin (Cәmiyyәt) tәrkibinә
verilmişdir. Bununla әlaqәdar olaraq Cәmiyyәt tәrәfindәn
tabelikdә olan idarә vә
müәssisәlәrә dәniz nәqliyyatı xidmәtlәrinin sifarişlәr әsasında vaxtında yerinә
yetirilmәsinә nәzarәtin artırılması mәqsәdi ilә 2014-cü ildә aşağıda qeyd olunmuş
tәdbirlәrin hәyata keçirilmәsi zәruri hesab edilir:
•
2014-cü ildә ARDNŞ-nin tabeliyindә olan idarә vә müәssisәlәrin dәniz nәqliyyatı
xidmәtlәrinә olan tәlәbatları ilә bağlı müvafiq müqavilәlәrin Cәmiyyәt ilә vaxtında
bağlanılması;
•
Tabelikdә olan idarә vә müәssisәlәrin dәniz nәqliyyatı xidmәtlәri ilә әlaqәdar
istehsalat proqramının yerinә yetirilmәsi;
•
Dәniz nәqliyyatı xidmәtlәri ilә bağlı sifarişçi tәşkilatlar
tәrәfindәn ödәnilmiş xidmәt
xәrclәrinin tәhlili;
•
Xidmәt göstәrәn gәmilәrin körpülәrdә maksimum yüklәnmәlәri vә sonradan dәniz
obyektlәrinә göndәrilmәlәri ilә bağlı sifarişçi tәşkilatlar tәrәfindәn sifarişlәrin
әvvәlcәdәn verilmәsi, gәmilәrin istismarına nәzarәtin güclәndirilmәsi, boş
dayanmalara
yol verilmәmәsi, eyni istiqamәtdә nәzәrdә tutulmuş yüklәrin
göndәrilmәsi;
•
Sifarişlәr әsasında yüklәnmә әmәliyyatlarının fasilәsiz görülmәsi üçün lazımi
sayda fәhlәlәrin tәmin edilmәsi, tәhlükәsizlik qaydalarına riayәt olunması;
•
Xidmәt göstәrәn, registr üzmә sәnәdlәrinin müddәti qurtarmış gәmilәrin
istismarının dayandırılması vә onların digәr gәmilәrlә vaxtında әvәz olunmalarını
Cәmiyyәt ilә razılaşdırılması;
•
Dәniz obyektlәrindә “Vixr” tipli yanğınsöndürәn gәmilәrin daima növbә
çәkmәlәrinin tәmin olunması, quyularda dalma işlәrinin görülmәsi әrәfәsindә
tәlәb olunan yanğınsöndürәn vә digәr gәmilәrin istifadәsi
ilә әlaqәdar әvvәlcәdәn
sifarişlәrin verilmәsi;
•
Dәniz nәqliyyatı xidmәtlәrinin müasirlәşdirilmәsini vә sәmәrәliliyin artırılması üçün
yeni texnika vә texnoloji proseslәrin tәtbiq olunması;
100
•
Qasırğalı hava mәlumatları ilә әlaqәdar gәmilәrin körpülәrdә vә dәniz
obyektlәrindә işlәmәlәrinin dayandırılması üçün sifarişçilәr tәrәfindәn әvvәlcәdәn
müvafiq hazırlıq tәdbirlәrinin görülmәsi;
•
Dalğıc xidmәti işlәrinin vaxtında aparılmasına, yeni sualtı texnikanın alınması,
sınaqdan keçirilmәsi vә tәtbiqi ilә bağlı mütәxәssislәr
tәrәfindәn kömәkliyin
göstәrilmәsi;
•
Yeni alınmış 200 metrә qәdәr dәrinlikdә işlәyә bilәn Mobil Dәrinlik Dalğıc
Kompleksinin (MDDK) “Azәrbaycan Xәzәr Dәniz Gәmiçiliyi” QSC-nin R-2098
layihәli “Gen.Ә.Şıxlinski” kran gәmisinin göyәrtәsindә quraşdırılması üçün
müvafiq tәdbirlәrin görülmәsi;
2013-cü ildә ARDNŞ-in kommersiya daşımaları sahәsindә aşağıdakı işlәr
görülmüşdür:
2013-cü il әrzindә ARDNŞ-nin, hәmçinin ARDNŞ-nin struktur tәşkilatlarının
tәrәfdaş olduğu müqavilәlәrin icrasına nәzarәt edilmiş, xarici şirkәtlәrlә әmәkdaşlıq vә
birgә fәaliyyәt barәdә layihәlәr hazırlanmış, yeni gәmilәrin tikintisi vә istismarı ilә
әlaqәdar danışıqlar vә yazışmalar aparılmışdır:
•
Aviasiya xidmәtlәrinin göstәrilmәsinә dair ARDNŞ-nin struktur tәşkilatları
(“Azneft” İB vә “Kompleks Qazma İşlәri” tresti) ilә “Es Dablyu Helicopter Services” MMC
arasında 2008-ci ildә bağlanmış müqavilәlәrә әsasәn Dәniz platformalarına, Çilov
adasına vә Neft Daşlarına vertolyot vasitәsi ilә sәrnişin vә yük daşımaları hesabat ilindә
davam etdirilmişdir. Bu cür daşımalar üçün әsasәn Mİ-8, MI-171, EC-155, AW139 vә
AS332L1 tipli vertolyotlardan istifadә edilmişdir. “Azneft” İB vә “Kompleks Qazma İşlәri”
tresti tәrәfindәn vertolyotlara olan gündәlik tәlәbat müәyyәnlәşdirilәrәk sifarişlәr
hazırlanmış vә bu sifarişlәrә әsasәn, hava şәraiti vә tәlәb
olunan müvafiq tipli
vertolyotların mövcudluğundan asılı olaraq, aviasiya xidmәtlәri göstәrilmişdir.
Vertolyot daşımaları üzrә 2013-cü il әrzindә aşağıda göstәrildiyi kimi ümumilikdә
3375 reys edilmiş, 44821 sәrnişin vә 353,0 ton yük daşınmışdır:
cәdvәl XXI.4
Tarix
Sifariş olunan reyslәrin sayı Faktiki
reyslәrin sayı
Sәrnişinlәrin
sayı
Yük
(ton)
ES-155
Super
Puma AW-139 Mİ-171 Mİ-8 ES-155
Super
Puma AW-139 Mİ-171 Mİ-8
Yanvar
36 4 - 206
89
130 52 - 124
59 4368 69.6
Fevral 36 4 - 198
58
96 25 - 147
33 3949 44.9
Mart 26
15 - 183
49
90 28 - 147
27 3910 34.6
Aprel 25
15 - 162
32
110 19 - 143
13 3521 21.9
May 15
22 - 147
36
49 34 - 146
51 3622 19.6
İyun 37 7 - 142
31
71 13 - 176
20 3621 28.2
İyul 37 4 - 161
40
96 21 - 177
40 3903 56.5
Avqust
25
18 - 149
34
59 15 - 145
35 3072 22.1
Sentyabr
3 7 - 161
40
15 27 - 163
43 3676 26.8
Oktyabr
2 5 - 159
52 5 35 - 125
92 3971 11.2
Noyabr 3 - - 152
54
10 4 - 132
77 3442 6.6
Dekabr 2 - 21 172 42 7 - 26 133 90 3766 11.0
CӘMİ 247
101 21 1992
557
738 273 26 1758
580 44821 353.0