Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   8   9   10   11   12   13   14   15   ...   88

77.2. Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza 
müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. 
77.3. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 42-ci 
maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu 
Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər. 
Maddə 78. 
Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə 
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin 
(hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya 
həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs cəzadan və ya cəzanın qalan 
hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə 
nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
78.2. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş 
şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. 
78.3. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların 
hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan 
hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji 
xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini 
daha yüngül cəza növü ilə əvəz edə bilər. 
78.4. Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu 
Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət 
məsuliyyətinə və cəzaya məruz qala bilərlər. 
Maddə 79. 
Hamilə  qadınlar  və  azyaşlı  uşaqları  olan 
şəxslər tərəfindən
cəzanın 
çəkilməsinin təxirə salınması 
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox 
müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə 
məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz 
yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək 
cəzanın çəkilməsini təxirə sala bilər. 
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər 
üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan 
imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə 
həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu 
cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. 
79.3. Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş 
hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, 
yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə 
göndərir. 
79.4. Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə, 
məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin 
edir. 


Maddə 80.
 İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə 
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə 
icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: 
80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə; 
80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; 
80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; 
80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən on beş il keçdikdə. 
80.2. Məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı 
dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini 
boynuna aldığı vaxtdan bərpa olunur. 
80.3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində icra 
müddətinin tətbiq olunması məsələsini məhkəmə həll edir. Məhkəmə icra müddətini tətbiq 
etməyi mümkün saymadıqda, həmin cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə 
cəzası ilə əvəz edilir. 
80.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və 
insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş 
şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.  
13-cü fəsil 
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ 
Maddə 81. 
Amnistiya 
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan 
Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. 
Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara 
təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş 
hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad 
edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. 
Maddə 82.
 Əfvetmə 
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən həyata keçirilir. 
82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini 
çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya 
belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 
82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan 
müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. 
82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə