Maddə 233‐3.
Əməliyyat‐axtarış, kəşfiyyat və əks‐kəşfiyyat tədbirlərinin həyata
keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin
yaradılmaması
Əməliyyat‐axtarış, kəşfiyyat və əks‐kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün rabitə
müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması –
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
26-cı fəsil
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
Maddə 234.
Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların
prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya
satma
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri əldə
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
234.3.
Narkotik_vasitələri,_psixotrop_maddələri_və_ya_onların_prekursorlarını_talama_və_ya_hədə‐qorxu_ilə_tələb_etmə'>Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə,
daşıma və ya satma —
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə
ilə cəzalandırılır.
234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər:
234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
234.4.2. təkrar törədildikdə;
234.4.3. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi
nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların,
habelə narkotik
vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı,
saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə
edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql
edilməsi və ya məhv edilməsi
qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1.
Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik
vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya
qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında
fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı və digər
miqdarları müvafiq qanunla müəyyən edilir.
Maddə 235.
Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını
talama və ya hədə‐qorxu ilə tələb etmə
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
235.3.2. təkrar törədildikdə;
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
235.4.2. külli
miqdarda törədildikdə;
235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə;
235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 236.
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.2. Eyni hərəkətlər:
236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ;
236.2.2. təkrar törədildikdə;
236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə;
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 237.
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya
etmə
237.1. Qanunsuz olaraq tərkibində narkotik
maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları
(onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik
maddələr olan digər bitkiləri kultivasiya etmə—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 238.
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün
tiryəkxanalar təşkil etmə və ya saxlama