iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 255.
Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma
Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi
olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı
zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı
qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda—
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 256.
Balıqları_və_başqa_su_heyvanlarını_qanunsuz_tutma'>Balıqları və başqa su heyvanlarını qanunsuz tutma
256.1. Balıqların və ya başqa su heyvanlarının qanunsuz tutulması xeyli miqdarda ziyan
vurduqda —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
256.2. Eyni əməllər:
256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;
256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi
maddələrdən və ya balıqların, yaxud başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan
vasitələrdən istifadə etməklə törədildikdə;
256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında
törədildikdə—
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs
yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ,
256.2.2-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.
Maddə 257.
Balıq ehtiyatlarının qorunması qaydalarını pozma
Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə
suburaxıcı qurğuların istismarı balıq ehtiyatlarının qorunması qaydalarını pozmaqla
törədildikdə və bu əməllər balıqların və ya digər su heyvanlarının kütləvi məhvinə səbəb
olduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 258.
Qanunsuz_ov_etmə'>Qanunsuz ov etmə
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda,
qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
258.2. Eyni əməllər:
258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;
258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan
başqa üsullardan istifadə etməklə törədildikdə;
258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;
258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında
törədildikdə—
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər:
258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—
altı yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ,
258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.
Maddə 259. Qanunsuz ağac kəsmə
259.1. Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların,
eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi xeyli
miqdarda ziyan vurduqda ‐
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
259.2. Eyni əməllər:
259.2.1. təkrar törədildikdə;
259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə ‐
üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 259.1-ci maddəsində "xeyli miqdar" dedikdə, üç yüz manatdan min manatadək olan məbləğ, 259.2.4
cü maddəsində "külli miqdar" dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.
Maddə 260.
Meşələri məhv etmə və ya korlama
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri
və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililərini məhv etmə və ya korlama—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla
çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri
məhv etmə və ya korlama—
iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 261.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin
mühafizə rejimini pozma
Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan
təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb
olduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 261-ci maddəsində "əhəmiyyətli zərər" dedikdə iki yüz manatdan artıq olan məbləğ başa düşülür.
29-cu fəsil
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI
QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR
Maddə 262.
Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı
qaydalarını pozma
262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava
nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs
Dostları ilə paylaş: |