on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 278.
Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama
Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ
keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında
məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada
kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi
yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə 279.
Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları
yaratma
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr
və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları
silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla
təchiz etmə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya qrupların
tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına
və ya digər ağır nəticələrə səbəb olduqda—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 280.
Silahlı qiyam
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan
Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya
qiyamda fəal iştirak etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 281.
Dövlət_əleyhinə_yönələn_açıq_çağırışlar'>Dövlət əleyhinə yönələn açıq çağırışlar
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün
parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 282.
Təxribat
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini
zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin
həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar,
yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya
insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 283.
Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması
283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların
hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn
hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla
törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 284.
Dövlət sirrini yayma
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona
məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri
olmadıqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 285.
Məzmununda dövlət sirri olan sənədləri itirmə
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan
əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması
nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32-ci fəsil
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 286.
Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə
fəaliyyətinə hər hansı formada müdaxilə etmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
286.2. İşin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun,
müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 287.
Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına
qəsd etmə
İşin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması
yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni fəaliyyətlərinə
mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı iclasçıların, habelə
prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, məhkəmə nəzarətçisinin,
məhkəmə icraçısının, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |