271.2. Eyni əməllər:
271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə yaxud elektron
hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə
daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;
271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 272.
Elektron‐hesablayıcı_maşınlar_üçün_ziyan_verici_proqramlar_yaratma,_onlardan_istifadə_etmə_və_ya_onları_yayma'>Elektron‐hesablayıcı maşınlar üçün ziyan verici proqramlar yaratma,
onlardan istifadə etmə və ya onları yayma
272.1. İnformasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya
edilməsinə və ya
surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozulmasına
səbəb ola biləcəyini bilə-bilə EHM proqramlarını yaratma və ya mövcud proqramlara
dəyişikliklər etmə, habelə belə proqramlardan və ya belə proqramlarla yüklənmiş maşın
daşıyıcılarından istifadə etmə və ya onları yayma—
beş yüz manatdan min manatadək miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
272.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 273.
Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların
şəbəkələrinin istismarı qaydalarını pozma
273.1. EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs
tərəfindən EHM-ın, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının
pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olunması və ya
modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya bir
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.
273.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
ON BIRINCI BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31-ci fəsil
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 274.
Dövlətə_xəyanət'>Dövlətə xəyanət
Dövlətə xəyanət, yəni
Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı,
dövlət
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici
dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik
fəaliyyəti aparmaqda xarici
dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici
ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət
göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan
Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına
sair formada kömək etmişsə, əgər onun
hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə 275.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən
Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və
konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 276.
Casusluq
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə
vermə, yaxud
vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin
xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə
olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək
məqsədilə oğurlama və ya
toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 277.
Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui‐qəsd etmə (terror aktı)
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya
siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun
həyatına sui-qəsd etmə (terror aktı)—