Maddə 249.
Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı
müəyyən edilmiş mübarizə qaydalarını pozma
249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya
digər ağır nəticələrə səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
249.2. Bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə
qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 250.
Suyu (su mənbələrini) çirkləndirmə
250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi,
tükənməsi və ya onların təbii xassələrinin
başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki
aləminə, balıq ehtiyatlarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına
səbəb olduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların
kütləvi məhvinə
səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət
zonasında törədildikdə—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 251.
Atmosferi (havanı) çirkləndirmə
251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya
avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın
çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda—
bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 252.
Dəniz mühitini çirkləndirmə
252.1. Dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən
və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün
zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama
və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
252.2. Eyni əməllər insan sağlamlığına,
heyvanlar və bitki aləminə, balıq ehtiyatlarına, ətraf
mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər
vurulmasına səbəb olduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 5 3 .
Sahilyanı
şelf
haqqında
Azərbaycan
Respublikasının
qanunvericiliyini pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa
qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan
tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi
vasitələrinin tikintisi,
istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
253.2. Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər
tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi
və başqa işlər görülməsi, əgər bu
hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi
icazədə nəzərdə tutulmamışdırsa—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 254.
Torpaqları korlama
254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və
ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa
fəaliyyətin zərərli məhsulları ilə torpaqların
zəhərlənməsi, çirkləndirilməsi yaxud onların
başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın
vurulmasına səbəb olduqda—
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—