Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə38/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
102 
Yunanıstan
0.583085
0.581500
İspaniya
0.467844
0.467989
Macarıstan
0.396255
0.396011
Şri Lanka
0.615019
0.611587
İslandiya
0.454084
0.450000
İsveç
0.472545
0.471316
Hindistan
0.516164
0.514300
İsveçrə
0.514127
0.512854
İndoneziya
0.492009
0.490806
Tayland
0.411083
0.410141
İran
0.657679
0.658200
Tunis
0.565807
0.572077
İrlandiya
0.432719
0.432131
Türkiyə
0.470515
0.469692
İsrail
0.497869
0.501600
ABŞ
0.523487
0.522713
İtaliya
0.456280
0.458667
Ukrayna
0.392260
0.393590
Yaponiya
0.553609
0.552600
Birləşmiş ƏƏ
0.600339
0.597475
Qazaxıstan
0.589493
0.587500
Böyük 
Britaniya
0.501893
0.501433
Qırğızıstan
0.436167
0.418700
Venesuela
0.639597
0.637657
Mənbə: Müəllif hesablamaları
Bu  o  deməkdir  ki,  qeyd  olunan  ölkələrdə    daxili  resurslar  nisbətən  daha 
çoxdur və ixrac üçün əlavə üstünlüklər mövcuddur. 
Məlumdur  ki,  dünya  iqtisadiyyatında  böhranların  tsikli  çox  qısalmışdır. 
Qısaca desək, iqtisadi böhranlar son dövrlərdə daha tez-tez baş verir. Sonuncu 
dünya  maliyyə  böhranını  xatırlasaq,  bu  böhranın  məhz  ilkin  olaraq  ABŞ-da 
təzahür  etdiyi  qənaətinə  gələ  bilərik.  Təbii  ki,  bu  böhran  özünü  ilk  olaraq 
bank  sektorunda  göstərsə  də,  sonra  o,  ABŞ-ın  makroiqtisadi  göstəricilərinə 
də öz mənfi təsirlərini göstərməyə başlamışdır. Bunun nəticəsində isə ABŞ-la 
qarşılıqlı iqtisadi əlaqələrdə olan ölkələr də müəyyən itkilərə düçar olmuşlar. 
Bu  bölmədə  ABŞ  və  ya  Azərbaycanın  digər  partnyor  ölkələrində  baş  verə 
biləcək  itkilərin  ölkəmizin  iqtisadiyyatında  nələrə  səbəb  olduğunu  təhlil 
etməyə  çalışacağıq.  Eyni  zamanda,  Azərbaycanla  müqayisədə  digər  region 
ölkələrində  baş verə biləcək dəyişikliklərə də nəzər salmaqla müqayisəli bir 
təhlil  aparmağa  çalışacağıq.  Hesab  edək  ki,  böhran  nəticəsində  ABŞ-ın  son 
məhsulunda 5 faizlik bir azalma müşahidə olunmuşdur. Belə olan halda bunun 
bəzi ölkələr üzrə nəticələri aşağıdakı cədvəldə verilmişdir (bax: cədvəl 5).
Cədvəl 5. ABŞ-ın son məhsulunun 5 faiz azalmasının nəticələri
Ölkələr
Ümumi buraxılışın həcmindəki 
itkilər (dollarla)
Cəmi dünyaya nisbətən 
faizlə
ABŞ
-1445705221556,8
99,69129589248
Azərbaycan
-3330,5
0,00000022966
Gürcüstan 
-549324,7
0,00003787971
Ermənistan 
-210559,2
0,00001451950
Rusiya 
-98847467,5
0,00681621121
Kanada
-676672999,5
0,04666124685
Çin 
-1098831167,6
0,07577194952
Böyük Britaniya
-205107045,7
0,01414353831
Niderland
-121347514,8
0,00836774387


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
103
Meksika
-286689608,1
0,01976921583
Fransa
-325160503,3
0,02242204805
Cəmi dünya üzrə
-1450181992935,6
100,00000000000
 
 Mənbə: Modeldən alınmış nəticələr
Qeyd edək ki, əsas simulyasiya cədvəlində 69 dövlət içərisində ən az itki 
məhz Azərbaycanda qeydə alınmışdır. Biz mətndə ancaq cədvəl 5-də verilmiş 
dövlətlərin  nəticələrini  verməklə  kifayətlənmişik.  Göründüyü  kimi,  region 
ölkələrindən ən çox itki ilə üzləşən Gürcüstan və Ermənistandır ki, ABŞ-ın son 
məhsulunun 5 faiz azalması nəticəsində bu ölkələrdə ümumi buraxılış müvafiq 
olaraq təqribən 550 min və 210 min dollar təşkil etmişdir. Müqayisə üçün qeyd 
edək ki, bu rəqəm Azərbaycan üzrə 3300 dollar qeydə alınmışdır.
Azərbaycanın əsas tərəfdaşlarından biri də Rusiya Federasiyasıdır. Analoji 
olaraq  bu  dövlətin  son  məhsulunda  baş  verən  5  faizlik  azalmanın  MDB 
dövlətlərində hansı nəticələrə səbəb olduğunu nəzərdən keçirsək faydalı olardı 
(bax: cədvəl 6). 
Cədvəl 6. Rusiyanın son məhsulunun 5 faiz azalmasının nəticələri
Ölkələr
Ümumi buraxılışın 
həcmindəki itkilər (dollarla)
Cəmi dünyaya nisbətən faizlə
Rusiya
-159010544532,0
99,62466413851
Azərbaycan
-976971,6
0,00061210069
Gürcüstan 
-49012,2
0,00003070757
Ermənistan 
-8229865,1
0,00515624642
Belarus
-13331362,4
0,00835248068
Qazaxıstan
-738870,5
0,00046292356
Qırğızıstan
-303366,7
0,00019006794
Moldova
-5955969,3
0,00373158548
Ukrayna
-30392355,2
0,01904168173
Cəmi dünya üzrə
-159609616661,8
100,00000000000
Mənbə: Modeldən alınmış nəticələr
Cədvəldə verilənlərə əsasən söyləmək olar ki, Rusiyanın son məhsulunun 5 
faiz azalması nəticəsində ən az itki ilə məhz Gürcüstan üzləşmişdir. Qeyd edək 
ki, bu, Gürcüstanla Rusiya arasında baş vermiş məlum müharibədən sonra iki 
dövlət  arasında  iqtisadi  əlaqələrin  kəsilməsi  ilə  izah  oluna  bilər.  Digər  MDB 
dövlətləri üzrə isə ən az itki Qırğızıstan, Qazaxıstan və Azərbaycanda qeydə 
alınmışdır (bax: cədvəl 6). Rusiyanın son məhsulunda baş verən 5 faizlik azalma 
nəticəsində  Ermənistanın  ümumi  buraxılışında  baş  verən  itkinin  məbləği 
Azərbaycanla müqayisədə 8.4 dəfə çox qiymətləndirilmişdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə