STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
106
maqla üzv ölkə vətəndaşlarına yaxınlaşdırılması məqsədi ilə Vahid Avropa
Aktı, Amsterdam və Nitsa sazişləri ilə başlayan Təsis Sazişləri dəyişikliyi pro-
sesinin hələ ki son mərhələsidir.
Avropa Parlamenti 1980-ci illərə qədər Aİ qurumları arasında səlahiyyətsiz,
zəif orqan kimi tanınsa da, əvvəlcədən əhəmiyyəti olmasa da, arzu edilən ol-
duğu üçün hər Aİ sazişləri ilə islahatlara cəlb edilmiş, gücləndirilmişdir. Vahid
Avropa Aktı (VAA) ilə ilk səlahiyyətlərini qazanan Parlament üçün bu baxım-
dan bu akt bir başlanğıc oldu. VAA-nın bir çox xüsusiyyətləri vardır ki, bunlar-
dan ən başlıcası Təsis Sazişində edilən mühüm dəyişikliklərdir. VAA-ya qədər
bu mühüm toxunulmazlıq, tabu kimi tətbiq olunan Təsis sazişlərində edilən
dəyişikliklər VAA-dan sonrakı sazişlərin imzalanmasına yol açdı.
Ümumi şəkildə ifadə etsək, Parlament hər bir Aİ Sazişi ilə səlahiyyət qazan-
mış, genişlənmiş, inkişaf etmiş orqan kimi Aİ-nin ən çox dəyişən orqanı olmuş-
dur. Son Lissabon Sazişi ilə də Aİ qurumları arasında ən böyük dəyişikliklər və
səlahiyyətlər Parlament ilə bağlı olmuşdur.
1.Avropa İttifaqı Parlamentinin sazişlər əsasında tarixi inkişafi
və fəaliyyəti
1.1. Avropa Kömür və Polad Birliyi Müqaviləsi ilə yaradılan
parlament
Qeyd etdiyimiz kimi, Aİ Parlamenti İttifaq orqanları arasında yeganə seç-
kili orqan kimi bu qurumda demokratiyanın təminatçısıdır. Lakin əslində bu
orqan Aİ yarandığı zaman o qədər səlahiyyətsiz və lazımsız bir qurum kimi
qiymətləndirilmişdi ki, hətta adı belə Parlament olmamışdır.
Təsis sazişlərinə nəzər yetirdiyimiz zaman Avropa Parlamenti terminindən
istifadə edilmədiyini, Assambleya və ya Məclis adlarına üstünlük verildiyi-
ni görürük. Ancaq bütün hallarda milli dövlətlər tərəfindən təyin olunan
nümayəndələrin təşkil etdiyi quruma dərhal Parlament adının verilməsi də
tərəddüdlərə yol açırdı. Hər halda seçilmiş məclis təyin edilmiş məclisdən daha
güclüdür ki, bu da Parlament üçün səlahiyyətlərin rolunun nə qədər önəmli
olmasına işarədir. Başlanğıcda Təsis Sazişlərində əks olunmasına baxmayaraq,
Parlamentin birbaşa seçilməsi məsələsi qüvvədə idi. Lakin səlahiyyətsizlik bu
fikrin yaranma tarixini 1970-ci illərin sonuna qədər uzatdı. Aİ-ni yaradan Avropa
Kömür və Polad Birliyinin (AKPB) institusional strukturu daxilində parlamentar
orqanın yaradılması təklifi 1950-ci ildə AKPB Sazişinin hazırlandığı konfransda
Jean Monnet tərəfindən irəli sürülmüşdür. AKPB qurumlarından olan və adın-
dan da göründüyü kimi mühüm səlahiyyətlərə malik “Yüksək Nüfuz”a nəzarət
edilməsi ehtiyacı yarandıqda tarazlığı təmin etmək üçün milli parlamentlərin
nümayəndələrindən ibarət olan Assamleya təsis edildi. Müştərək Məclis ad-
landırılan bu orqan Yüksək Nüfuza nəzarətetmə səlahiyyətinə malik olsa da,
qanunvericilik səlahiyyəti yox idi. Müştərək Məclisin fəaliyyəti 1957-ci ildə im-
zalanan Roma Sazişi ilə Avropa İqtisadi İttifaqı (Aİİ) və Avropa Atom Enerjisi
İttifaqının (AAEİ) təsis edilməsinə qədər davam etmişdir [3, s.120].