Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
93
izi, ali məktəblərin isə hamısı kompüter avadanlığı ilə təmin olunmuşdur. Bu
dövrdə pedaqoji kadrların İKT üzrə hazırlığı da diqqət mərkəzində olmuş,
ümumtəhsil məktəblərində 12232 nəfər müəllim, dövlət ali məktəblərinin 391
nəfər professor-müəllim heyəti İKT-yə dair xüsusi hazırlıq kursları keçmiş, təhsil
müəssisələrinin internetə qoşulması təmin edilmişdir [16].
Sözügedən istiqamətdə işlərin davam etdirilməsi məqsədilə ikinci Dövlət
Proqramı (2008–2012-ci illər) çərçivəsində təhsil müəssisələrinə 5565 ədəd
stolüstü kompüter, 1640 ədəd noutbuk paylanmış, ümumtəhsil məktəblərində
104406 nəfər müəllim heyəti İKT-yə dair xüsusi hazırlıq kurslarından keçmişdir
ki, bu da pedaqoji kadrların 69%-ni təşkil etmişdir.
Bundan əlavə, 2009-cu ildən başlayaraq ölkədə orta məktəblərin
müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri üçün
bazar qiymətlərindən 25%-40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə fa-
izsiz kredit şərti ilə kompüterlər almaq imkanı verən “Xalq kompüteri” layihəsi
həyata keçirilir.
Ç) E-hökumət infrastrukturunun yaradılması
Ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının inki-
şafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)” çərçivəsində Azərbaycan Respublikasında rabitə və in-
formasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər və 2010-2012-
ci illər üçün Dövlət Proqramları (Elektron Azərbaycan) həyata keçirilmişdir.
Nəticədə, sosial-iqtisadi fəaliyyətin internet məkanında təşkilinə imkan verən
elektron hökumət (www.e-gov.az), elektron imza (www.e-imza.az) və elektron
ticarət (www.b2b.az) portalları yaradılmışdır. Hazırda Azərbaycanda elektron
hökumət portalı vasitəsilə əhali və sahibkarlıq subyektlərini əhatə edən 282
növ e-xidmət mövcuddur. Bu portalda kənd təsərrüfatı, tikinti, İKT, turizm,
səhiyyə, istirahət və əyləncə, təhsil, biznes və maliyyə xidmətləri, nəqliyyat və
sənaye sahələrində alqı-satqı təkliflərinin yerləşdirilməsi mümkündür.
Ölkədə elektron biznes fəaliyyətinin həyata keçirilməsi üçün elektron
bəyannamələr, ƏDV depozit hesabları, elektron hesab fakturaları, elektron
qeydiyyat və mobil imza layihələri həyata keçirilmiş, İnternet Vergi İdarəsi
(www.e-taxes.gov.az), “elektron vergi hesab-fakturası”, “onlayn kargüzar-
lıq”, “e-bəyannamələr”, fərdi sahibkarın və kommersiya hüquqi şəxslərin
“e-qeydiyyat” alt sistemləri yaradılmışdır.
C) Elektron ödəniş imkanları və milli ödəniş sistemləri
Azərbaycan Mərkəzi Bankı tərəfindən beynəlxalq təcrübə əsasında Milli
Ödəniş Sisteminin (MÖS) təşkili və inkişafı istiqamətində geniş islahatlar apa-
rılmış, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılması zərurəti
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
94
nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr
tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin in-
kişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata
keçirilmişdir. Bundan əlavə, 2008-ci ildən etibarən Kütləvi Ödənişlər üzrə
Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq istismara verilmişdir. Hazır-
da ölkədə “AzeriCard”, “MilliKart” və “KapitalKart” milli prosessinq sistemləri
mövcuddur ki, hər üç sistem internet vasitəsilə ödənişlərin təhlükəsiz aparıl-
ması məqsədilə “3-D Secure” texnologiyalarının tətbiqi nəticəsində Master-
Card və VISA təşkilatlarında müvafiq olaraq “SecureCode” və “VerifiedbyVISA”
üzrə sertifikasiyadan keçmişdir. Bu da kart sahibləri və pərakəndə ticarət, iaşə
və digər xidmət müəssisələri üçün ödənişlərin tam təhlükəsizliyini təmin edir.
Cədvəl 1. 2012-ci il tarixinə ölkədə kart prosessinq sistemi üzrə bölgü
Kart prosessinq sistemi
Xidmət olunan
bankların sayı
Ödəniş kartlarının sayı
AzeriCard
29
2197686
MilliKart
10
247351
KapitalCard
1
2207798
Cəmi:
4 652 835
Mənbə: Azərbaycan Mərkəzi Bankı
Ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi, habelə ödəniş
kartları üzrə risklərin idarə olunması məqsədilə Mərkəzi Bank tərəfindən xü-
susi normalar müəyyən edilərək, “Ödəniş kartlarının emissiyası və istifadə
Qaydaları” təsdiq edilmişdir. Bu normalar əsasında ölkədə fəaliyyət göstərən
banklar tərəfindən “VisaInt.”, “MasterCardWorldwide”, “American Express”, “Di-
nersClub” kimi təşkilatlara məxsus beynəlxalq ödəniş kartları və həmçinin lokal
ödəniş kartları emissiya olunur [17].
Dövlət tərəfindən ödəniş infrastrukturunun inkişaf etdirilməsi və elekt-
ronlaşdırma istiqamətində aparılan davamlı siyasət nəticəsində nağdsız və
elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən ödəniş sistemləri
təkmilləşdirilmiş, bu sahədə sabitlik təmin edilmişdir. Mərkəzi Bankın
məlumatlarına əsasən, 2013-cü ildə elektron ödənişlərin həcmi ÜDM-in 2 mis-
lini ötüb keçmişdir [18].
D) İnformasiya sistemləri və şəbəkələrinin təhlükəsizliyi
Bu istiqamətdə bir sıra addımlar atılmış, ölkəmiz “Fərdi məlumatların avto-
matlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında”
1981-ci il yanvarın 28-də Strasburq şəhərində və “Kibercinayətkarlıq haqqın-
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
95
da” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış konvensiyala-
ra qoşulmuşdur. Bundan əlavə, kibertəhlükəsizlik sahəsində aparılan dövlət
siyasətinin aşağıdakı istiqamətlər üzrə effektiv təşkili məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanı
ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında Elektron
Təhlükəsizlik Mərkəzi (www.cert.az) yaradılmışdır. Bu Mərkəzin əsas fəaliyyət
dairəsinə aşağıdakı məsələlər daxildir:
► kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin
fəaliyyətinin koordinasiyası;
► informasiya sistemləri və şəbəkələrinin, kompüter avadanlıqları və on-
ların proqram təminatının, lokal və korporativ informasiya sistemləri və
ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanun-
suz müdaxilələr, ziyanverici proqramlar barədə istifadəçilərdən, proqram
təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki ana-
loji strukturlardan və digər mənbələrdən daxil olan məlumatların toplanıl-
ması və təhlili;
► mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində
məlumatlandırmanın həyata keçirilməsi, kibertəhlükəsizlik sahəsində
istifadəçilərin maarifləndirilməsi;
► elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən
istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə
təlimatların hazırlanması, onlara tövsiyələr verilməsi, metodiki dəstəyin
göstərilməsi;
► ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi
ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
E) İnternet mühitində yaranan münasibətlərin tənzimlənməsi üzrə
normativ-hüquqi baza
İnternet mühitində iqtisadi fəaliyyətin təşkili zamanı qarşılıqlı münasibətlərin
hüquqi tənzimlənməsi məqsədilə müvafiq hüquqi baza yaradılmış və aşağıda-
kı vacib normativ-hüquqi sənədlər qəbul edilmişdir:
● Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı
münasibətlərin, milli informasiya məkanının fərdi məlumatlar bölümünün
formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə
əlaqədar məsələləri tənzimləyən, o cümlədən bu sahədə fəaliyyət göstərən
dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və
vəzifələrini müəyyən edən “Fərdi məlumatlar haqqında” Azərbaycan Res-
publikasının Qanunu;
● Elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd
dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin
hüquqlarını müəyyən edən, onların arasında yaranan münasibətləri
Dostları ilə paylaş: |