Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
85
qlobal əhatədə birləşdirir. 1991-ci ildə dün-
yada 3 milyon əhali internetdən istifadə
edirdisə, Beynəlxalq Telekommunikasiya
İttifaqının məlumatına əsasən, 2013-cü
ildə ümumdünya internet istifadəçilərinin
sayı 2.7 milyarda çataraq dünya əhalisinin
39%-ni təşkil etmişdir [1]. “Cisco” şirkətinin
proqnozuna əsasən isə bu rəqəmin 2015-ci
ildə 3 milyarda, yəni planet əhalisinin 40%-
nə çatacağı ehtimal edilir [2].
İnternet inkişaf etdikcə ənənəvi rabitə
və kütləvi media vasitələri olan telefon,
musiqi, film və televiziya keyfiyyət və for-
ma baxımından dəyişiklikliyə məruz qal-
mış, bu sahədə internet üzərindən səsli və
multimedia rabitə (VoIP), internet protokol
televiziya (IPTV), elektron poçt (email), ani
xəbərləşmə texnologiyaları (Google Talk, Windows Live Messenger və Skype),
sosial media saytları (Flickr, Youtube və Slideshare), sosial şəbəkə saytları (Fa-
cebook, Twitter, Myspace), elektron ticarət saytları (TradeMe, Ebay, Amazon,
Walmart), onlayn məlumat axtarış sistemləri (Google, Blekko, Yahoo!, Bing, Bu-
siness.com) kimi rəqəmsal texnologiyalar meydana çıxmışdır. Müasir dövrün
texnologiyaları hesabına yazılı mətbuat, kitab və digər çap nəşrləri tədricən
öz yerini elektron resurslarla əvəz edir, insanlar, özəl və dövlət müəssisələri
və digər qruplar arasındakı münasibətlər, o cümlədən ictimai iştirak, ticarət
fəaliyyəti rəqəmsal texnologiyalar vasitəsilə daha sürətlə inkişaf edir. Belə ki,
sosial-iqtisadi fəaliyyətin təşkilində internet əsaslı texnologiyaların tətbiqi
“e-hökumət”, o cümlədən “e-kommersiya” həllərinin genişlənməsinə şərait
yaradır. Bu minvalla müasir cəmiyyətdə hökumət-vətəndaş (G2C), hökumət-
biznes (G2B), hökumət-işçi (G2E), hökumət-hökumət (G2G), biznes-biznes
(B2B), biznes-müştəri (B2C), biznes-hökumət (B2G), müştəri-müştəri (C2C)
əlaqələri internet texnologiyaları əsasında təşəkkül tapmış, e-təhsil, e-səhiyyə,
e-ticarət, e-vergi və s. onlayn xidmətlərdən istifadə kütləvi hal almışdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının şərhlərinə əsasən, internet öz
əhəmiyyətinə görə iqtisadi fəaliyyətin təşkilində əsas infrastruktur rolunu oy-
nayaraq, iqtisadiyyata birbaşa, dinamik və dolayı formada təsir edir. Birinci hal-
da birbaşa internetlə bağlı olan iqtisadi fəaliyyət əlavə dəyər yaradır, ikinci hal-
da internetin əlavə vasitə kimi məhsul və xidmətlərin istehsalında və satışında
tədbiqi məhsuldarlığı artırmaqla ümumi daxili məhsulun artımı ilə nəticələnir,
üçüncü halda isə istehlakçı qalığını
1
təmin etməklə cəmiyyətdə əmin-amanlığa
nail olunması üçün sosial kapitalı
2
formalaşdırır [3].
1
İstehlakçının ödəmək istədiyi maksimum qiymət və faktiki xeyrinə ödədiyi (bazar qiyməti) qiymət arasındakı fərq.
2
Cəmiyyətdə sosial qarşılıqlı fəaliyyətin keyfiyyət və kəmiyyətini formalaşdıran
institutlar, əlaqələr və normalar.
Hazırda internet qarşılıqlı
kompüter şəbəkələrinin
elə bir qlobal sisteminə
çevrilmişdir ki, o, standart
İnternet Protokol dəstlərinin
(TCP/IP) tətbiq edilməsi ilə
milyonlarla insan, özəl, dövlət,
elm, biznes və hökumət
şəbəkələrini geniş yayılmış
naqilsiz və optik şəbəkə
texnologiyaları vasitəsilə
sürətlə yerli əhatədən qlobal
əhatədə birləşdirir.
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
86
Şəkil 1. İnternetin sosial-iqtisadi fəaliyyətə təsiri
Mənbə: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının şərhlərinə istinadən
müəllif tərəfindən tərtib edilmişdir.
İnternetin iqtisadiyyata effektli təsirlərini Dünya Bankının qiymətləndir-
mələrindən də görmək olar. Belə ki, genişzolaqlı internetin yayılma səviyyəsinin
hər 10% artması aşağı və orta gəlirli ölkələrdə 1.38%, yüksək gəlirli ölkələrdə
isə 1.21% iqtisadi artımı təmin edir [4].
2. İnternet iqtisadiyyatının mahiyyəti və hazırkı vəziyyəti
Geniş mənada internet iqtisadiyyatı iqtisadi, sosial və mədəni sahələrdə
fəaliyyətin təşkili zamanı internet və İKT-nin əsas vasitə kimi tətbiq edilməsi
ilə əlavə dəyərin yaradılmasıdır. Daha dəqiq anlamda isə internet iqtisadiy-
yatı məhsul və xidmətlərin istehsalı, alqı-satqı, çatdırma və istehlakın internet
üzərindən həyata keçirilməsidir [3].
Bu sahənin dərindən öyrənilməsi üçün bir sıra elmi-tədqiqat mərkəzləri,
o cümlədən Texas Universitetinin “Elektron Ticarət və Tədqiqat üzrə Mərkəzi”
tərəfindən araşdırmalar aparılmışdır. Sözügedən Mərkəzin tədqiqatları göstərir
ki, internet iqtisadiyyatının işləmə mexanizmi aşağıdakı dörd seqmentdən
ibarət konseptual struktura söykənir:
i) Fiziki (internet) infrastruktur - Net və Veb üçün şəbəkə təchizatı, proqram
təminatı (software), texniki vasitə və qurğular (hardware);
ii) İnternet-tətbiqlər (applications) infrastrukturu - Veb əməliyyatların həyata
keçirilməsi üçün proqram məhsulları və bu əməliyyatların təkmilləşdirilməsi
üçün
məsləhət xidmətləri;
iii) İnternet-vasitəçilik fəaliyyəti - satıcı və alıcı arasında e-ticarət əlaqələrinin
və əməliyyatların baş tutması üçün imkanların yaradılması və vebkontentin
təşkili;
Rəqəmsal iqtisadiyyatı
formalaşdırmaqla əlavə dəyər yaradır.
ÜDM-in artımında əlavə vasitə
rolunu oynayır.
Sosial kapital formalaşdırır.