STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
90
pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq
2,6 milyon manat təşkil etmişdir [10]. Bu da 2013-cü ilin eyni dövründə ölkədə
pərakəndə ticarət (19,7 milyard) üzrə əhali tərəfindən onlayn rejimi vasitəsilə
sifariş verilən istehlak mallarının həcmində 0.013% artım təşkil etmişdir. Bunun-
la yanaşı, ölkədə internet iqtisadiyyatının həcmində yaranan artım meyillərini
son beş ildə bu sektorda yaranmış gəlirlərin təhlilindən də görmək olar. Belə
ki, bu dövrdə internet sektorunda yaranmış gəlirlərin həcmi təxminən 4 dəfə
artaraq 2012-ci ildə 121.5 milyon ABŞ dollarına çatmışdır.
Şəkil 4. Son beş ildə Azərbaycanda internet sektorunun gəlirləri, mln. ABŞ dolları
Mənbə: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
4. Azərbaycanda milli internet iqtisadiyyatının formalaşması
üçün dövlət tərəfindən həyata keçirilən infrastruktur islahatları
İnternet iqtisadiyyatının ölkə iqtisadiyyatında kiçik rəqəmlərlə ifadə olun-
masına baxmayaraq, bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin prioritet
istiqamətlərindən biridir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İn-
formasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi
müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiya-
ları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir” [11]. Bu
çağırışdan irəli gələrək, ölkədə rəqəmsal iqtisadiyyata doğru müvafiq infrast-
ruktur islahatları aparılmış, internetə çıxış imkanları yaxşılaşdırılmış, əhalinin
kompüterləşməsi və informasiyalaşması sahəsində davamlı dövlət proqramları
həyata keçirilmiş, e-hökumət, e-imza, e-ticarət, e-vergi, e-ödəniş xidmətləri
genişləndirilmiş, elektron ödəniş imkanları və milli ödəniş sistemi yaradılmış,
informasiya sistemləri və şəbəkələrinin təhlükəsizliyini təmin edən institusio-
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
91
nal və elektron ticarət sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün
normativ-hüquqi baza formalaşdırılmışdır. Bununla yanaşı, internet iqtisadiy-
yatı sahəsində elmi-texniki bazanın təşkili, yeni və yüksək texnologiyaların milli
iqtisadiyyata inteqrasiyası, o cümlədən elmi-tədqiqat işlərinin və innovasiyala-
rın tətbiqinin genişləndirilməsi məqsədilə davamlı maliyyə resursları müəyyən
edilmişdir.
Yuxarıda sadalanan istiqamətlər üzrə həyata keçirilən tədbirləri aşağıdakı
ardıcıllıqla təhlil edək.
A) Əhalinin internetə çıxış imkanları
Məlumatların ötürülməsi üçün ölkənin bütün ərazisini əhatə edən şəbəkə
infrastrukturu qurulmuş, bütün rayon mərkəzlərini və kəndlərin təqribən 50%-
ni vahid şəbəkədə birləşdirən “AzDataCom”, “Deltatelekom” və “Azərtelekom”
şəbəkəsi yaradılmışdır. Hal-hazırda əhalinin 85%-ni internetə çıxış imkanı ilə
təmin edəcək “Evlərə optika” prinsipinə əsaslanan, ucqar kəndlər də daxil ol-
maqla, ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli (10-100 Mb/s) və
genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması layihəsi
həyata keçirilir [12].
Avrasiya regionunda telekommunikasiya operatorları üçün topdansatış
şəbəkə, daha sürətli şəbəkə üzərindən məlumat ötürülməsi və yüksək tutumlu
video paylaşma, internet mübadilə mərkəzləri, həmçinin bulud texnologiyaları
üçün optimal infrastrukturun yaradılması kimi konsepsiyalara əsaslanan Avro-
pa ilə Asiyanı birləşdirəcək telekommunikasiya tranzit xətti - “Trans-Avrasiya
Super İnformasiya Magistralı” layihəsi irəli sürülmüş, bu istiqamətdə konsorsi-
umun yaradılması üçün Azərbaycan, Rusiya, Türkiyə, Çin və Qazaxıstan tərəfini
təmsil edən telekommunikasiya operatorları arasında anlaşma memorandu-
mu imzalanmışdır [13]. Bununla yanaşı, Azərbaycan Avropa ilə Yaxın Şərqi
birləşdirəcək “Avropa-Yaxın Şərq Yüksəksürətli İnformasiya Magistralı” (EPEG)
layihəsinin də iştirakçısıdır.
Yerüstü genişzolaqlı internet infrastrukturu ilə yanaşı, ölkədə peyk rabitəsi
vasitəsilə genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində də iş
aparılmış, “Azerspace-1” telekommunikasiya peyki orbitə çıxarılmışdır.
İnternet infrastrukturunun inkişafı sahəsində aparılan
islahatlar nəticəsində
son beş ildə (2008-2012-ci illər) ay ərzində internetdən 20 saatlıq istifadə üçün
orta tarif 2.1 manatdan 1.4 manata, internetdən istifadə tarifinin adambaşına
düşən orta aylıq miqdarının ümumi milli gəlirə nisbəti 0.9%-dən 0.3%-ə düş-
müş [10], nəticədə 100 internet istifadəçisinə düşən beynəlxalq internet kana-
lının tutumu 12.9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə, beynəlxalq in-
ternet kanallarının ümumi həcmi isə 2012-ci illə müqayisədə 10 Gbit/s artaraq
2013-cü ildə 210 Gbit/s-yə çatmışdır. 2008-2012-ci illər ərzində müvafiq ola-
raq internetə çıxışı olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
92
çəkisi 30.2%-dən 64.4%-ə çatmış [10], əhalinin hər 100 nəfərinə düşən internet
istifadəçilərinin sayı 2 dəfə, genişzolaqlı internet xidməti istifadəçilərinin sayı
isə 7 dəfə artmışdır [15]. 2014-cü ilin birinci rübünün yekununa əsasən, hazırda
ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı
internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir [14].
Şəkil 5. 2014-cü ilin birinci rübünün yekununa əsasən, əhalinin hər 100
nəfərinə düşən internet və genişzolaqlı internet istifadəçilərinin sayının
dəyişməsi
Şəkil 6. 2014-cü ilin birinci rübünün yekununa əsasən, Azərbaycanda
beynəlxalq internet kanalının dəyişməsi, Gbit/s-lə
Mənbə: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
B) Əhalinin kompüterləşməsi və informasiyalaşması
Azərbaycanda ümumtəhsil məktəblərinin İKT ilə təminatı, o cümlədən təhsil
sisteminin informasiyalaşdırılması məqsədilə xüsusi dövlət proqramları həyata
keçirilmişdir. Belə ki, birinci Dövlət Proqramı (2005-2007-ci illər) çərçivəsində
ölkədə fəaliyyət göstərən 4562 ümumtəhsil məktəbinin 82 faizi, 107 texniki
peşə müəssisəsinin 42 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin 91 fa-