Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
87
iv) İnternet-kommersiya fəaliyyəti - məhsul
və xidmətlərin birbaşa alıcılara satılması.
Tədqiqatlar göstərir ki, internet iqtisa-
diyyatı informasiya cəmiyyətinin inkişaf
etdiyi ölkələrdə daha geniş yayılmışdır və
dinamik inkişaf meyillərinə malikdir. Belə ki,
2010-cu ildə “Böyük-20”lik ölkələrində in-
ternet iqtisadiyyatının ümumi həcmi 2,3 tril-
yon ABŞ dollarına çataraq, həmin ölkələrdə
ÜDM-in 4.1%-ni təşkil etmişdir. Sözügedən
ölkələrdə internet iqtisadiyyatının həcminin
2016-cı ildə 4.1 trilyon ABŞ dollarına çat-
ması proqnozlaşdırılır. Bu da ümumilikdə
bu ölkələrdəki ÜDM-in 5.3%-ni təşkil etmək
deməkdir [5].
Yuxarıdakı
konseptual
struktu-
ra əsasən qeyd etmək olar ki, elektron
ticarət (e-ticarət) internet iqtisadiyyatı mexanizminin işləməsi üçün əsas
elementlərdən biridir. Yəni e-ticarət ilk növbədə məhsul və ya xidmətlərin
satışının həyata keçirilməsi üçün onlayn biznes fəaliyyəti kimi başa düşülür.
Bu o deməkdir ki, onlayn biznes zamanı ticarət edən tərəflər (alıcı-satıcı)
ənənəvi üsuldan çox elektron sövdələşmə üsuluna üstünlük verərək alqı-satqı
əməliyyatlarını daha çox internet vasitəsilə həyata keçirirlər. Belə ki, ənənəvi
ticarətdən fərqli olaraq məhsul və xidmətlərdən istifadə, onlara aid sahib-
karlıq hüquqları, o cümlədən alqı-satqı və ödəniş, adətən, onlayn rejimdə
həyata keçirilir. Bu fenomen yeni texnoloji inkişafla bağlı olduğu üçün daha
mükəmməl tərifə malik deyil. Amma müasir texnoloji inkişafı nəzərə alaraq
e-ticarəti daha uyğun anlayış kimi belə ifadə etmək olar: E-ticarət biznes
fəaliyyətində elektron kommunikasiya və rəqəmsal informasiya texnologiya-
larından istifadə etməklə əlavə dəyərin yaradılması üçün təşkilatlar, təşkilat
və fərdlər arasında qarşılıqlı əlaqələrin yaradılması, ötürülməsi və inkişaf
etdirilməsi üzrə fəaliyyətdir [6]. Bu baxımdan, iqtisadi əlaqələrin internet
mühitində formalaşdırılması, genişləndirilməsi və inkişaf etdirilməsi üçün
e-ticarətin biznes-biznes (B2B), biznes–müştəri (B2C), biznes-hökumət (B2G)
və müştəri-müştəri (C2C) kimi növləri mövcuddur.
Tim Berners-Li tərəfindən Ümumdünya İnternet Şəbəkəsinin (World Wide
Web) yaradılması ilə Books.com, Amazon.com, Walmart.com, eBay.com
və s. bu kimi e-ticarət saytları fəaliyyətə başlamış, e-ticarət vasitəsilə aparı-
lan əməliyyatlar sürətlə inkişaf edərək qlobal miqyas almışdır. “eMarketer”
şirkətinin bu sahədə apardığı tədqiqatlar göstərir ki, 2011-ci ildə dünya üzrə
aparılmış e-ticarətin həcmi 893.33 milyard ABŞ dolları idisə, 2012-ci ildə bu
rəqəm 1.08875 trilyona çataraq 21.9% artımla nəticələnmişdir [7].
Geniş mənada internet
iqtisadiyyatı iqtisadi, sosial və
mədəni sahələrdə fəaliyyətin
təşkili zamanı internet və
İKT-nin əsas vasitə kimi
tətbiq edilməsi ilə əlavə
dəyərin yaradılmasıdır. Daha
dəqiq anlamda isə internet
iqtisadiyyatı məhsul və
xidmətlərin istehsalı, alqı-
satqı, çatdırma və istehlakın
internet üzərindən həyata
keçirilməsidir.
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
88
Şəkil 2. Qlobal regionların 2012-ci il üzrə e-ticarətdəki pay bölgüsü
Mənbə: http://www.internetretailer.com saytına istinadən müəllif tərəfindən
hazırlanmışdır.
Araşdırmalar göstərir ki, internet iqtisadiyyatı informasiya cəmiyyətinin
inkişaf meyilləri ilə sıx bağlı olduğu üçün genişzolaqlı internetə çıxış imkan-
ları, elektron hökumətin tətbiqi, informasiya sistemlərinin və şəbəkələrinin
təhlükəsizliyi, İKT sahəsində bilik, bacarıq və məşğuliyyət, rəqəmsal texnolo-
giyaların biznesə geniş tətbiqi, tədqiqat və inkişaf (R&D) proqramları, rəqəmli
resurslar və elektron ödəniş sistemi və s. imkanlar onun formalaşmasında mü-
hüm təsirlərə malikdir. Bunlarla yanaşı, bu sektorun genişlənməsi üçün intel-
lektual resurslar, rəqəmsal məhsul və xidmətlər bazarı, müvafiq normativ hü-
quqi baza, o cümlədən dövlət siyasəti mühüm əhəmiyyət kəsb edir.
3. Azərbaycanda milli internet iqtisadiyyatının
mövcud vəziyyəti
Azərbaycanda milli internet iqtisadiyyatı son doqquz ildə formalaşmağa
başlamış, e-ticarətin rəsmi anlayışı 2005-ci ildə e-ticarət haqqında qanun-
vericiliyin tətbiqindən sonra müəyyən edilmişdir. Mövcud qanunvericiliyə
görə, e-ticarət (i) iştirakçıların hüquqi bərabərliyi, iradə sərbəstliyi, əmlak
müstəqilliyi, (ii) mülkiyyətin toxunulmazlığı, (iii) müqavilə azadlığı, (iv) sahib-
karlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, (v) azad və ədalətli rəqabət, (vi)
malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti və (vii) hüquq-
ların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərinə uyğun olaraq
informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin
göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir [8].
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
89
Azərbaycanda milli e-ticarətin baş tutması üçün ilk onlayn ödəniş sis-
temi 2008-ci ildə “Silverkey Azərbaycan” şirkəti tərəfindən yaradılmışdır.
Şirkətin təklif etdiyi “GoldenPay” sistemi vasitəsilə aşağıdakı istiqamətlər üzrə
ödənişlərin həyata keçirilməsi mümkündür:
Şəkil 3. “GoldenPay” sistemi vasitəsilə həyata keçirilən ödənişlər
Mənbə: http://goldenpay.az saytına əsasən müəllif tərəfindən tərtib edil-
mişdir
Yuxarıda qeyd edilən istiqamətlər üzrə təkcə “GoldenPay” sistemi vasitəsilə
öz mal və xidmətlərini satışa çıxarmaq istəyən şirkətlərin sayı 200-ə yaxın-
laşmış, bu sistemlə işləyən www.hesab.az internet ödəmə resursuna kütləvi
ödəmə xidmətləri göstərən 25-dən artıq böyük şirkət və 15 mindən artıq aktiv
istifadəçi qoşulmuşdur [9]. Bu sistemlə www.topshop.az, www.shop-az.com,
www.besmart.az, www.shopera.az, www.kitabevim.az, www.modshop.az, www.
bakuelectronics.az, www.florist.az, www.yarmarka.az, www.jewels.az, www.er-
zag.com, www.maqazin.az, www.bestshop.az, www.shoping.az və s. onlayn
rejimdə məhsul və xidmətlər təklif edən yerli internet saytları mövcuddur.
Azərbaycanda e-ticarətin dövriyyəsinin həcmi ilə əlaqədar rəsmi açıqlama-
lar göstərir ki, ölkə üzrə pərakəndə ticarət şəbəkəsində satılmış istehlak mal-
larının həcmində sözügedən sektorun payı çox cüzi rəqəmlərlə ifadə olunur.
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salsaq görərik ki, 2012-ci
ildə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsində e-ticarətin dövriyyəsinin həcmi
1.599.800 manat təşkil etmişdir. Bu rəqəm 2012-ci ildə ümumilikdə ölkə üzrə
pərakəndə ticarət şəbəkəsində satılmış istehlak mallarının həcmində (17,6 mil-
yard) 0.009% təşkil etmişdir. Lakin buna baxmayaraq, bu sahədə tendensiya
artım nümayiş etdirir. Belə ki, 2013-cü ilin rəsmi statistikasına əsasən, elektron