STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
102
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
103
Açar sözlər: Avropa Parlamenti, parlament seçkiləri, siyasi partiyalar, siyasi
qruplar, institusional strukturlar, Təsis sazişləri, Lissabon Sazişi
Key words: European Parliament, parliament elections, political parties,
political groups, institutional structures, the founding treaties, the Treaty of
Lisbon
Ключевые слова: Европейский парламент, парламентские выбо-
ры, политическиe партии, политические группы, институциональные
структуры, учредительный договор, Лиссабонский договор
Avropa İttifaqında
parlamentar siyasət:
Aİ parlamentinin və
siyasi partiyaların
yenidən strukturlaşması
Elnarə
QƏRİBOVA
Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin
elmi işçisi
elnara.garibova@ sam.gov.az
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
104
Giriş
Xüsusi struktura, səlahiyyətlərə malik və bu istiqamətdə bir çox
dəyişikliklərdən keçən tarixi ilə daim diqqət mərkəzində olan Avropa İttifaqı
(Aİ) Parlamenti İttifaq orqanları arasında yeganə seçkili orqan kimi Aİ-də de-
mokratiyanın təminatçısıdır.
Aİ bir tərəfdən fəaliyyətini artıraraq dərinləşmə istiqamətində hərəkət edir,
digər tərəfdən də öz tərkibinə yeni üzvlər qəbul etmək yolu ilə genişlənərək bir
çox məsələlərdə stabilliyə doğru addımlar atır. Təbii ki, bu yöndə də Aİ-nin ins-
titusional strukturu və funksionallığını öyrənmək mühüm əhəmiyyət kəsb edir.
Aİ-nin qurumlarında mərhələli şəkildə islahatlar həyata keçirilmişdir. Hər bir
mərhələ başa çatdıqda gələcəyə istiqamətlənmiş hədəf müxtəlif elementləri
birləşdirə biləcək mütəhərrik sistemin yaranmasına yönəlmişdir. Bundan daha
çox, təbii ki, Aİ-də hər zaman açıq qalan və tez-tez bəhs edilən demokratiya
boşluğunun doldurulması və şəffaflıq məsələsi baxımından da Avropa xalqları
ilə Aİ-nin yaxınlaşmasının konkret tərəfi kimi qurumlarla yaxınlaşmanı təmin
etmək prioritet hədəflər hesab olunur. Bu hədəflər çərçivəsində isə önəmli və
avanqard qurum Avropa Parlamentidir (AP).
Aİ-nin daha şəffaf və effektli struktura çevrilməsi üçün həyata keçirilməsi
vacib olan işlərdən biri də institusional islahatlardır. Belə ki, Şura, Komissiya
və Parlament arasındakı institusional tarazlıq kontekstində üzv dövlətlərdən
bəziləri Şuranın səlahiyyətlərinin qorunması fikrini müdafiə etdiyi hal-
da, digərləri Parlamentin bu tarazlıq daxilindəki çəkisinin artırılması fikrini
dəstəkləyirlər. Komissiyanın rolu məsələsində də buna bənzər fikir ayrılıqları
mövcuddur. Qərar qəbuletmə mexanizmlərinin yenilənməsi məsələsində bəzi
ölkələr qəbul edilən bütün qərarlarda yekdil rəy əvəzinə kvalifikasiyalı səs
çoxluğunun, bir qayda olaraq, qəbul edilməsi fikrini müdafiə etdikləri halda,
digərləri bu istiqamətdəki dəyişikliyə şübhə ilə yanaşırlar.
Bu yerdə D.Krissoçun “Aİ qurumları ilə əlaqədar olaraq” adlandırdığı demok-
ratiya məhdudluğunun “Ortodoks yanaşması” ideyasına diqqət yetirməyimiz
yaxşı olardı. Bu ideyaya əsasən, “Qanunvericilik səlahiyyəti və məsuliyyətləri
milli parlamentlərdən Aİ-nin Şura və ya Komissiya kimi inzibati qurumlarına
köçürülmüş, Avropa səviyyəsində və beynəlxalq səviyyədə reallaşan yeganə
birbaşa seçilmiş qurum olan Parlament isə belə qüvvə transferinə uyğun və
layiq olan demokratik məsuliyyət və qanunvericilik səlahiyyətinə malik ola
bilməmişdir” [1, s. 71].
Buna görə də qurumların hesabatvermə məsuliyyəti və ötürülən qüvvə ara-
sında yaranan bu boşluq, Uilyamsa görə, Avropa mütəxəssisləri və ya texniki
komitələr kimi tanınan milli mülki kadrlar tərəfindən doldurulur. Bundan baş-
qa, bəzi hallarda çox sayda biznes qrupları və lobbiləri bu prosesdə aktyor
vəziyyətinə düşürlər. Əslində, bu məsələlər Parlamentin səlahiyyətini artıran Va-
hid Avropa Aktından bu günə qədər daha da geniş yayılmağa başlamış, Aİ-nin
qərar qəbul etməyə dair yeni siyasət sahələrinə genişləndirilən yeni hüquqlar və
Şurada kvalifikasiyalı səs çoxluğu sisteminin tətbiqinə icazə verilmişdir [2].
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
105
Aİ qurumlarının demokratik məhdudluq arqumenti bir-biri ilə bağlı olan
bir çox problemi gündəliyə gətirir. Bu səbəbdən qurumların zəif funksiya
yerinə yetirməsi məsələsinə hesablanmayan bu mübahisələr daha çox xalqın
kifayət etməyən iştirakı və təmsil olunması, şəffaflığın olmaması, nəzarət və
hesabatvermə məsələlərindəki çatışmazlıq və texnokratik qərarvermə prose-
durları üzərində cəmləşir. Demokratik prosedurun məhdudluğunun digərlərinin
funksiyalarına mənfi təsir göstərməsi fikri əsas götürülməklə Aİ-nin əsas qu-
rumlarının demokratiyanın məhdudluğu ilə bağlı həll və konseptuallaşdırma
təşəbbüsləri davam edəcək [1, s. 74-102]
Yaxın gələcəkdə 30 üzvdən ibarət İttifaqa çevrilməsi müzakirə edilən Aİ-
nin qərar qəbuletmə mexanizmi və demokratik funksionallığını bu fakta görə
çoxpilləli şəkildə yenidən strukturlaşdırması zəruri idi. Avropa Şurası, Komis-
siyası və Parlamenti arasında artıb-azalan dinamikaları ilə özünəxas qərar
qəbuletmə proseduru işləyib hazırlayan Aİ-nin bu orijinal (sui generis) vəziyyəti
elmi ədəbiyyatda “demokratiyanın avropalaşması” (Europeanization of the De-
mocracy) kimi xarakterizə edilir.
Xüsusilə Şərqə doğru genişlənmə prosesindən sonra 28 üzvdən ibarət
struktura malik olan Aİ-nin qurumları arasındakı və bu qurumların Aİ
vətəndaşları ilə yaratdıqları münasibətləri yenidən formalaşdırmaq istədiyini
müşahidə edirik. Məsələn, Avropa Şurasında artıq xroniki hal alan veto-
lar, azlığın çoxluq qarşısında maneələr yaratması, Aİ-nin idarəetmə prob-
lemi açıq şəkildə hiss edildiyi halda, çox vaxt bu proses nəticəsində çı-
xarılan qərarlar çox ciddi şəkildə tənqid olunur. Brüsselin artıq daha çox
milli mənfəətlər istiqamətində hərəkət edən üzv ölkələrin “Şərq qaydasın-
da qiymət sövdələşməsi” nəticəsində qeyri-şəffaf metodlarla qəbul etdikləri
qərarlardan şikayət edən Aİ bürokratiyası da islahat tərəfdarı kimi öz möv-
qeyini açıqladı. Aİ-nin qərar qəbuletmə və idarəetmə prosesində veto qoy-
ma hüququna malik olan fiqurlar get-gedə potensial qərar qəbul edəndən
potensial maneə yaradana çevrildilər.
Lissabon Sazişinə əsasən, hər şeydən əvvəl qərar qəbuletmə mexanizmi
daxilində Avropa Parlamentinin səlahiyyətləri artırıldığı halda, 2014-cü ildən
etibarən Avropa Komissiyası kiçildiləcək və hər bir üzv ölkənin bir komis-
sara malik olacağı sistem tətbiq ediləcək. Digər tərəfdən 6 aylıq dövrlərlə
sədrlik sistemini aradan qaldıran yeni razılaşma ilə birlikdə tətbiq olunan da-
imi Aİ Sədri 2,5 illik dövr üçün təyin ediləcək və o, Aİ sammitlərinə sədrlik
edəcək. Yəni Lissabon Sazişinin nəticəsi olaraq tətbiq olunan və “ikitərəfli
əksəriyyət sistemi” adlandırılan kvalifikasiyalı səsvermə metodu üzv ölkələrin
qərar qəbul edə bilmələri üçün ölkələrin sayı nəzərə alındıqda 55%, ölkələrin
əhalisinin sayı nəzərə alındıqda isə 65% dəstək təmin etmələrini zəruri edir.
Onu da qeyd edək ki, öz ətrafında müxtəlif istiqamətlərə ayrılan ideyaları
birləşdirən, gözlənilən yeni islahatlarla Təsis Sazişində dəyişikliyə yol açan
Lissabon Sazişi 13 dekabr 2007-ci il tarixində Aİ-yə üzv olan 27 ölkənin
dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Lissabon Sazişi Aİ-nin
və onun orqanlarının effektivliyi, şəffaflığı və demokratik legitimliyi artırıl-
Dostları ilə paylaş: |