268
Bu ço xsayh mühacirət Türkmənçay müqaviləsinin Ģərtlərinə uyğun baĢ vərsə də,
müqavilənin bağlanıĢı zamanı bunu qabaqcadan görmək mü mkün deyild i. Bu
məsələ ilə bağlı müəyyən Ģərait, misal üçün qoĢunlarımız tərəfindən uzun
müddət Xoy əyalətin in tutulması və s. hemin kütləvi mühacirətin baĢ verməsinə
xey li təsir göstərmiĢdir. Sü lh bağlandıqdan dörd ay sonra onlar qaytarılmıĢlar
1
;
onları qəbul etmək üçün heç bir tədbir görülməmiĢdi və görülə də bilməzdi.
Bunun üçün pul vəsaiti satıĢmırd ı; onların, onlar üçün yeni olan ölkəyə nabə-ləd
olmağı faciə ilə qurtara bilər; yüksəklik qurĢağında yerləĢən bizim əyalətlərin
Ģəraitində qızmar havanın soyuqla, əksinə, soyuğun qızmar hava ilə əvəz
olunması - bütün bu çətinliklər ço x u zana bilər.
1
1828-ci
il
Türkmənçay
müqaviləsinə
görə
Ġrandan,
sonra
isə
T ürkiyədən Ġrəvan xanlığımın ərazisinə, Qarabağa və Azərbaycanın baĢqa əyalətlərinə erməni
əhalisinin kütləvi köçürülməsi və yerləĢdirilməsi baĢlandı. Bunun nəticəsində yerlərdə demoqrafiya
nisbəti güclü dəyiĢikliyə uğramıĢdı. Misal üçün, Ġrəvan xanlığının yerində yaranan «Erməni
vilayəti»ndə
azərbaycanlıların
(qaynağa
görə
«müsəlman
türklərin»)
xüsusi
çəkisi
1828-ci
ildə
73,8
faiz
idisə,
1834-1835-ci
illərdə
46.2
faizə
enmiĢdi (Gürcüstan MDTA, f. 2, siyahı 1, iĢ 3859, vərəq 20). Naxçıvan əyalətində isə müqavilədən
qabaq 2 min 791 azərbaycanlı ailəsi (qaynaqda yazıldığı kimi, onlar «burada miladın altıncı-yeddinci
yüzillərindən, yəni xilafət hökmranlığı zamanından yaĢayırdılar») və 434 erməni ailəsi var idisə,
sonrakı köçürülənlər hesabına erməni ailələrinin sayı artıb 2 min 719-a çatmıĢdı. 1832-ci il kameral
sayı-mına görə Qarabağ əyalətində 32,4 min (64,8 faiz) azərbaycanlı və 17,4 min (34,8 faiz) erməni
qeydə alınmıĢdı (göründüyü kimi, erməni əhalisi 1823-cü ildəki 8,4 faizə nisbətən qısa vaxtda dörd
dəfədən çox artmıĢdı). Sonrakı sayımlar üzrə ġuĢa qəzasında 80-ci illərin sonlarında
azərbaycanlıların xüsusi çəkisi 41,5 faizə enmiĢ, ermənilərin xüsusi çəkisi isə 58,2 faizə qalxmıĢdı.
1897-ci il Ümumrusiya sayımına görə isə həmin göst əricilər uyğun surətdə 53 və 45 faiz olmuĢdu.
(bax: Обозрение Российских владений за Кавказом, ч. III, СПб., 1836, cədvəl ― V‖; Свод
статистических списков 1886 г. Тифлис, 1893, IV; Кавказский календарь Российскои империи
1897 г. LXIII- Елизаветская губерния. СПб., 1904, с.3).
Ermənilərin köçürülməsi siyasətinin müəllifi A.S.Qriboyedov bu məsələ ilə bağlı yazırdı:
«Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində
yaranan qorxunu aradan qaldırmaq və (sonuncuların) düĢdükləri ağır vəziyyətin uzun sürməyəcəyini
bildirməklə onları sakitləĢdirmək məsələsini biz... dəfələrlə götür-qoy etmiĢik». (Грибоедов А.С.
Записка о переселении армян из Персии в наши области.-Соч., т. 2.М. 1971, c. 314); köçürmə
iĢinin Zaqafqaziyada demoqrafık vəziyyətə təsiri məsələsi və onun siyasi çalarları haqda
N.N.ġavrovun belə bir qeydi çox maraqlıdır: «Biz müstəmləkəçilik siyasətinə Zaqafqaziyada rus
əhalisinin deyil, bizə yad olan xalqların...yerləĢdirilməsindən baĢladıq... müharibədən sonrakı iki il
ərzində, 1828-ci ildən 1830-cu ilə kimi Zaqafqaziyaya Ġrandan 40 min-dən çox, T ürkiyədən 84
mindən çox erməni köçürmüĢ və onları erməni əhalisinin azlıq t əĢkil etdiyi Yelizavetpol və Ġrəvan
quberniyalarının ən yaxĢı xəzinə torpaqlarında... yerləĢdirmiĢik. YerləĢmək üçün onlara 200 min
desyatindən çox xəzinə torpağı ayrılmıĢ və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox
sahibkar torpağı satın alınmıĢdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə (Sevanın
azərbaycanca adı. - Red.) gölünün sahili həmin ermənilər tərəfindən məskunlaĢdırıldı... Qeyri-rəsmi
köçənlərlə birlikdə köçüb gələnlərin ümumi sayı 200 mini ötüb keçdi». Bu köçürmələr nəticəsində
XX yüzilliyin baĢlanğıcında Zaqafqaziyada yaĢayan 1,3 milyon erməninin bir milyonundan çoxu
«diyarın köklü sakinləri olmayıb, bizim tərəfımizdən məskunlaĢdırılmıĢdı».
269
Zati-a lilərinin ra zılığ ı olsa, biz[im] Ģirkət öz vəsaiti ilə yaĢaya bilməyən
və köçürüldükləri yeni yerlərdə la zımi qaydada və möhkə m kök sala bilməyən
ailə ləri öz idarəsinə qəbul et mə klə bu çət inliklə ri aradan qa ldırmağı həvəslə öz
üzərinə götürür...
II
Aydın səbəblər. Qafqazı aĢıb keçən ruslar, b izim monarxların
himayəçiliy ini xah iĢ edən Gürcüstanda və imperator silahı gücünə əldə edilmiĢ
xanlıqlarda möhkəm kök salmaq üçün hər Ģeydən qabaq qayğı göstərirlər.
Bundan ötrü yeni təbəələrin xaricdən təhlükəsizliyini təmin etmək, sonsuz
vəhĢilikləri və hücumları dəf et məyə hazır olmaq la zım idi. Avropa mühari-
bələri höku mətə ö zünün Asiya tərəfdəki düĢmənlə rin i-farsları və türklə ri eyni
vaxtda cilovlamaq üçün lazımi vəsaitləri tam iĢə salmağa imkan vermirdi. Ələ
keçirilmiĢ əyalətlərdə özgə qaydaların, qabaqlar olmayan münasibətlərin tətbiq
edilməsi, dərhal ic ra et məyi, itaətkarlığ ı istəyən tələbkar rəhbərlik və heç bir
xalq ın könüllü surətdə tabe olmadığı dəyiĢikliklər qiyamlara səbəb olurdu.
Rusiya ilə əlaqə ləri ya lnız böyük çətinliklə və yavaĢ-yavaĢ tə'sis etmə k mü mkün
idi. Ġki dənizin, Xəzər və Qara dənizlərin limanlarına silah gücünə yol açırdıq və
qabaqlar Hərbi-Gü rcüstan yolundakı hər addıma rus qanı ç ilən miĢdi. Be lə b ir
vəziyyətdə nə yeni idarə qaydası, nə də yerli adətlərə uyğun olan qanunlar
hazırlamaq haqqında düĢünmək olmaz, bu qanunların tədqiqi, toplan ması və
yoxlan ması, həm də onlara kodeks hazırlan ması üçün diqqətli araĢdırma, asudə
vaxt və sakit lik la zımdır. Kadastr (vergi siyahısı) tərtib etmək üçün eyni Ģərtlər
lazımd ır. Mü lklərin ço x h issəsi indiyə qədər də müba-h isəli qalır. ġəraitin
tələbinə uyğun olaraq, sözün dar mənasında, Gürcüstandan baĢqa hər yerdə
yalnız hərbi idarə yarandı
1
, [Gürcüstanda is ə] qabaqcadan yaradılmıĢ və
quberniyalar haqqında Təsisata bənzəyən quruluĢ sonralar ölkənin hərbi vəziy-
yətindən irəli gələn qə zalan idarə ü zrə xüsusi tip mülki quruluĢ -la qarıĢdı.
Maliyyə sistemi də bu istiqamətdə ged'rdi. Verg ilərin u zlaĢdırılması və düzgün
alın ması haqqında düĢünməyə vaxt yo x idi. Ordunun yerləĢdirilməsi və ərzaqla
təchiz edilməsi. Yey inti məhsullarımın nəzərdə tutulan mağaza lara və hərbi dəs-
tələrə göndərilməsi qayğısına qalmaq la zımı idi. Belə liklə, hər cür
mü kəlləfiyyətlər qanuni Ģəkil almıĢdı. Zaqafqaziya sakinlərin ö z təsərrüfatını
yaxĢılaĢdırmaq haqq mda düĢünməyə vaxtı yo x idi; onun evi, avadanlığı, qoĢqu
ləvazimat ı, a rabası, ma l-qa rası və de mək ola r ki. Bütün tərpənmə z ə mlakı o rdu
1
«Hərbi idarə» komendant üsuli-idarə sistemi. Yalnız Zaqafqaziyanın müsəlman
əyalətlərində keçmiĢ azərbaycan xanlıqları yerində yaradılnuĢ komendant idarəçiliyi əhali üzərində
çarizmin qatı hərbi-müstəmləkə zülmünün mürtəce ifadəsi və vasitəsi olmuĢdur.
Dostları ilə paylaş: |