Azərbaycan


 ƏMƏK BAZARINDA VƏ MƏġĞULLUQ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

112 
 
7. ƏMƏK BAZARINDA VƏ MƏġĞULLUQ 
SĠYASƏTLƏRĠNDƏ BAġ VERƏN DƏYĠġĠKLĠKLƏR 
 
Əmək  bazarı  inkişafa,  rəqabət  qabiliyyətinə  və  yoxsulluğun  azaldılmasına  təsir  göstərən  əsas 
amildir.  Bunu  nəzərə  alaraq,  Azərbaycan  hökuməti  özəl  investisiyaların,  yeni  müəssisələrin 
yaradılmasının,  kiçik  müəssisələrin  inkişafının  təşviq  edilməsi  və  siyasətlərin  və  tənzimləyici 
bazanın  təmin  edilməsi  vasitəsilə  yeni  iş  yerlərinin  yaradılmasına  və  artıma  istiqamətlənən  bir 
sıra  addımlar  atmışdır.  Ən  yaxşı  qarşılanana  addımlardan  biri  qadınlar  arasında  məşğulluq 
səviyyəsinin  nəzərəçarpacaq  dərəcədə  yüksəldilməsi  olmuşdur.  Lakin  digər  əmək  bazarı 
göstəricilərində cüzi artım olmuşdur. Kiçik ölçülü kəndli təsərrüfatı hələ də üstünlük təşkil edən 
iqtisadi  fəaliyyət  növüdür  və  ümumi  məşğulluğun  40  faizini  təşkil  edir.  ÜDM-in  (və  artımın) 
böyük  hissəsinin  yaradıldığı  sektorlar  məşğulluğun  yaradıldığı  sektorlarla  eyni  deyil.  Məsələn, 
2007-ci  ildə  ümumi  məşğulluğun  cəmi  1  faizi  ÜDM-in  53  faizinin  yaradıldığı  mədənçıxarma 
sektorunun payına düşmüşdür, lakin kənd təsərrüfatı məşğulluğun 40 faizini özündə cəmləsə də 
ÜDM-in  cəmi  6  faizini  vermişdir.  Beləliklə,  Azərbaycanın  ixtisaslı işçi  qüvvəsinə  və  çevik  əmək 
bazarına malik diversifikasiya etmiş və elm tutumlu iqtisadiyyata çevrilməsi üçün hələ çox işlərin 
görülməsinə ehtiyac vardır.  
 
A.
 
Əmək bazarının əsas xüsusiyyətləri  
 
7.1
 
Son  illərdə  Azərbaycan  iqtisadiyyatının  böyük  sürətlə  inkişaf  etməsinə  baxmayaraq 
əmək  bazarı  üzrə  əsas  göstəricilər  yalnız  orta  irəliləyişlərə  malikdir.  Həyat  Səviyyəsinin 
Qiymətləndirilməsi  Sorğusuna  (2008),  eləcə  də  BƏT-in  beynəlxalq  səviyyədə  qəbul  olunan 
metodologiya  və  anlayıĢlarına  əsasən,  əmək  qabiliyyətli  yaĢda  olan  əhlinin  (15-64  yaĢ)  yalnız 
57%  məĢğuldur  və  iĢsizlik  səviyyəsi  təqribən  10%  təĢkil  edir  (Cədvəl  7-1).  Yaxın  qonĢular 
(Gürcüstan  və  Ermənistan)  ilə  müqayisədə  məĢğulluq  göstəricilərinin  eyni  və  ya  nisbətən  üstün 
olmasına  baxmayaraq,  müvafiq  rəqəmlər  Estoniya  (68%)  və  Çexiya  Respublikası  (65%)  kimi 
uğurlu keçid ölkələri ilə müqayisədə aĢağıdır.
29
  
 
 
Cədvəl 7-1 Əmək bazarının əsas göstəriciləri, 2008 
 
ĠĢsizlik səviyyəsi 
9.9 
MəĢğulluğun əmək qabiliyyətli yaĢda olan əhaliyə nisbəti 
56.7 
Əmək qabiliyyətli yaĢda olan əhalinin ümumi əhaliyə 
nisbəti 
69.2 
Mənbə: 2008-ci il üzrə YSQS məlumatları 
 
 
7.2
 
Kəndlər  ilə  müqayisədə  şəhərlərdə  işsizlik  səviyyəsi  kifayət  qədər  yüksək  olmuşdur, 
müvafiq  olaraq  6.6%  və  13.0%.    Əmək  qabiliyyətli  yaĢda  olan  əhali  üçün  (15-64  yaĢ  qrupu) 
                                                 
29
 Ev təsərrüfatlarının müayinəsi sorğusu (2008) əsas etibarilə yanvar-may aylarında keçirilmiĢdir ki, bu dövrlər də iĢçi 
qüvvəsinin  iĢtirakına  təsir  göstərirlər.    2006-cı  ilin  may-iyun  aylarında  təĢkil  edilən  Əhalinin  Ġqtisadi  Fəallığının 
Müayinəsi  sorğusunun  məlumatlarına  əsasən  məĢğulluq  səviyyəsi  63.7%,  iĢsizlik  səviyyəsi  7.1%,  iqtisadi  fəallığı  isə 
68.6% (15-64 yaĢ qrupu) təĢkil etmiĢdir. 


113 
 
məĢğulluq səviyyəsi kənd ərazilərində 67.3%, Ģəhər ərazilərində isə 48.1% təĢkil etmiĢdir ki, bu 
da  təqribən  19%-lik  fərq  deməkdir  (Diaqram  7-1).  Rəsmi  olaraq  kənd  ərazilərində  məĢğulluq 
səviyyəsinin  yüksək,  iĢsizlik  səviyyəsinin  isə  aĢağı  olmasına  baxmayaraq,  əksər  iĢ  yerlərində 
əmək haqları aĢağıdır və onlar mövsümü xarakter daĢıyır. Hər bir məĢğul Ģəxs üçün median gəlir 
Ģəhər  ərazilərində  qeyri-kənd  təsərrüfatı  fəaliyyəti  üzrə  ayda  120  manat  olduğu  halda,  kənd 
ərazilərində  müvafiq  rəqəm  yalnız  75  manata  bərabər  olmuĢdur.  Kənd  təsərrüfatı  iĢləri  üçün 
gəlir səviyyəsi bir qədər də aĢağıdır – orta hesabla adambaĢına aylıq 51 manat.    
 
 
Diaqram 7-1 Azərbaycanın əmək bazarının əsas xüsusiyyətləri (15-64 yaĢ qrupu) 
 
Mənbə: 2008-ci il üzrə YSQS məlumatları 
 
7.3
 
2008-ci  il  üzrə  YSQS  məlumatlarına  əsasən  Azərbaycanın  əmək  bazarında  müşahidə 
edilən və 2003 və 2006-cı illərdə təşkil edilən Əhalinin İqtisadi Fəallığının Müayinəsi (ƏİFM) 
sorğusu  vasitəsilə  təsdiq  edilən  ən  müsbət  amillərdən  biri  qadınların  məşğulluq  səviyyəsində 
əhəmiyyətli artımın qeydə alınmasıdır. KiĢilər arasında isə məĢğulluq səviyyəsi dəyiĢməz olaraq 
qalmıĢdır.  Lakin,  qadınlar  arasında  məĢğulluq  artımının  əsas  hissəsi  qeyri-rəsmi  sektorun, 
xüsusilə  də,  natural  kənd  təsərrüfatının  payına  düĢür.  Bununla  belə,  iĢçi  qüvvəsində  iĢtirak 
baxımından  kiĢilər  ilə  qadınlar  arasında  əhəmiyyətli  fərq  mövcuddur  ki,  bu  da  əmək  bazarının 
ikili  xarakterindən  xəbər  verir.  2008-ci  il  üzrə  YSQS  sorğusu  məlumatlarına  əsasən  15-64 
yaĢlarında  olan  qadınlar  arasında  məĢğulluq  səviyyəsi  47.3%  olduğu  halda,  müvafiq  göstərici 
kiĢilər  üçün  67.8%  təĢkil  etmiĢdir;  kiĢilər  ilə  müqayisədə  (11.4%)  qadınlar  arasında  (8.1%) 
iĢsizlik  səviyyəsi  aĢağıdır  ki,  bu  da  əksər  qadınların  iqtisadi  cəhətdən  qeyri-fəal  olduğunu  və 
əmək  bazarında  aktiv  Ģəkildə  iĢtirak  etmədiyini  göstərir  (Diaqram  7-2).  Eyni  zamanda, 
Azərbaycanda  kiĢilərin  ailə  baĢçısı  olmasına  əsaslanan  sosial  model  kiĢi  və  qadınların  iĢçi 
qüvvəsi  tərkibində  iĢtirakı  baxımından  bərabərsizliyə  təsir  göstərə  bilər.  Yoxsulluq  profili 
yoxsulluq  səviyyəsində  gender  fərqlərinin  mövcud  olduğunu  və  qadınlar  arasında  yoxsulluq 
həddindən aĢağı düĢmək riskinin böyük olduğunu göstərir.   
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə