185
164]. Ağa Məhəmməd şahın əmrinə əsasən onun ögey qardaşı Əliqulu xan Qacar
İrəvanda hakimiyyəti idarə edirdi [41, II, 426; 95, 164; 200, 9]. Lakin Əliqulu
xanın vergiləri artırması səbəbindən İrəvan əhalisi üsyan edib onu hakimiyyətdən
qovdu [41, II, 431; 214, 59]. C.Bornoutyan isə bu hadisəni fərqli təqdim edərək
yazır ki, Əliqulu xan Qacar qardaşı Ağa Məhəmməd xanın ölümündən dərhal sonra
şah taxt-tacı iddiası ilə Tehrana tələsdi. Yaranmış vəziyyətdən istifadə edən Həsən
xan Makulu İrəvan xanlığında hakimiyyəti ələ keçirdi və xalqdan ağır vergilər
tələb etdi [200,9]. Ağa Məhəmməd şahın 1797-ci il iyulun 4-də Şuşada
öldürülməsindən sonra taxta çıxan varisi Fətəli şah (1797-1834) İrəvanı silah
gücünə əldə saxlamağın mümkün olmadığını nəzərə alaraq, İrana - Qacarlar
dövlətinə sədaqətini saxlaması şərtilə, Məhəmməd xanı həbsdən azad edib İrəvana
göndərdi [115, 85]. Lakin Məhəmməd xan qacarların müti vassalı olmadı. Əksinə,
xoylu Cəfərqulu xanla birləşərək yeni şaha tabe olmaqdan imtina etdi. Lakin onlar
şahzadə Abbas Mirzənin və sərdar Süleymanın başçılıq etdiyi Qacar qoşunu
tərəfindən məğlubiyyətə uğradıldılar. Bundan bir neçə il sonra Abbas Mirzə İrəvan
xanlığına hücum edərək İrəvan qalasını 40 günlük mühasirədə saxladı. Bu
müddətdə ətraf kəndlər və ellər çapılıb-talandı. Nəticədə Məhəmməd xan Abbas
Mirzəyə təzminat və sədaqət əlaməti olaraq girovlar verməyə məcbur oldu [115, 8
5-86].
XIX əsrin əvvəllərində Axalsıx hakimi Şərif paşanın sultana qarşı qiyamı
ilə bağlı olaraq İrəvan xanlığı ilə Osmanlı dövləti arasında münasibətlərdə
gərginlik yarandı. İrəvanlı Məhəmməd xanın Şərif paşanı dəstəkləməsi Osmanlı
imperiyası ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Qiyamın yatırılması
Ərzurum paşasına həvalə olundu. Ərzurum paşası bu zaman Fransa ilə müharibədə
Türkiyə ilə ittifaq bağlamış Rusiyanın Qafqazdakı qoşunlarının komandanı
K.F.Knorinqə kömək üçün müraciət etdi. K.F.Knorinq Tiflisdə olmadığından onun
köməkçisi, erməni mənşəli general İ.P.Lazaryev gürcü şahzadəsi Davidi
Borçalıdan və Qazaxdan topladığı azərbaycanlılardan ibarət dəstələrlə birlikdə
Ərzurum paşasının köməyinə göndərdi (türkləri bir-birinə qırdırmaq siyasəti!!! -
red.). Bununla yanaşı, 1801-ci ildə Ərzurum paşası K.F.Knorinqə məktub
göndərərək Məhəmməd xanın Şərif paşaya kömək etməkdən əl çəkməsinə təsir
göstərməsini ondan xahiş etdi [25, sənəd 1031, s.705].
1802-ci ildə Fətəli şah onun hakimiyyətini qəbul etməyən Azərbaycan
xanlarını özünə tabe etmək məqsədilə tədbirlər görməyə başladı. İrəvan xanını
Naxçıvandan olan köçkünləri Naxçıvana qaytarmadığı üçün hədələyən Fətəli şah
sərkərdəsi Abbasqulu xanı İrəvan xanlığına qarşı göndərdi, özü də 1802-ci ilin
martında İrəvana gəlmək və öz qüvvələrini buradan Gürcüstana yönəltmək fikrində
idi. Müdafiəyə hazırlaşan İrəvan xanı qalanı möhkəmləndirdi, hərbi sursat və ərzaq
ehtiyatı topladı. Lakin öz qüvvələrinə arxayın olmadığından ruslardan kömək
istədi. General-leytenant Knorinq Fətəli şahın qoşununu Gürcüstandan kənarda
qarşılayacağını və onları İrəvana buraxmayacağını vəd etdi [41, II, 513-514].
186
İmperatorun verdiyi 23 aprel 1802-ci il fərmanında Knorinqə bildirilirdi
ki, o, Fətəli şahın qüvvələrini Gürcüstana buraxmasın və hər vasitə ilə İrəvan
xanının Rusiya himayəsinə qəbul edilməsinə və İrəvanın rus qoşunları tərəfindən
tutulmasına nail olsun. Lakin Fətəli şah İrəvana və Gürcüstana yürüşünü təxirə
saldı. Bu zaman İrəvan xanı nəinki Rusiya təbəəliyindən imtina etdi, hətta rusların
düşməni sayılan naxçıvanlı Kalbalı xanla birlikdə Gürcüstandakı rusları buradan
sıxışdırıb çıxara bilməsə də, imkan düşdükcə onlara zərər yetirməyə başladı [41, II,
514-516].
1802-ci ilin mayında naxçıvanlı Kalbalı xan, onun qardaşı Abbasqulu xan
və İrəvan xanının birləşmiş qüvvələri Qars əyalətinə hücum və qarət məqsədilə
Pəmbək və Qars paşalığı istiqamətində hərəkət etdi. Qarslı Məhəmməd paşa
kömək üçün Knorinqə müraciət etdi. Knorinq Pəmbəkdəki rus qoşunlarının
komandanına Qarsla olan sərhəd xəttinin lap yaxınlığında Qars paşasının qüvvələri
ilə birləşməyi və xanlıqların birləşmiş qüvvələrinə zərbə endirməyi tapşırdı. 1802-
ci ilin iyununda rusların və Qars paşasının birləşmiş qüvvələri irəvanlı Məhəmməd
xanla naxçıvanlı Kalbalı xanı məğlubiyyətə uğratdı [41, II, 516-517].
Bebliklə, İrəvan xanlığı tarixinin bütün istiqamətlərdə araşdırılması aydın
sübut edir ki, bu dövlətin idarə olunmasında ermənilərin heç bir iştirakı olmamışdır
[162,44]. Əksinə, ermənilər İrəvan xanlığının ərazisini ələ keçirib burada öz
dövlətlərini yaratmaq üçün xanlığa qarşı bütün istiqamətlərdən hücuma keçən
təcavüzkarlara fəal köməklik göstərirdilər. Azərbaycan torpağında - ölkənin
qərbində yaranmış bu xanlıqda bütün hakimiyyət Azərbaycanın qədim türk tayfası
olan Ağcaqoyunlu Qacarların əlində cəmlənmişdi və bu dövlət Azərbaycanın
dövlətçilik ənənələri tarixində xüsusi yer tutur.