195
bəylərinin bir hissəsi Rusiyaya tabe olmayıb İrəvana qaçmışdı [25, sonod 838, 617-
618; 115, 89J.
İşğal ərəfəsində Rusiyanın Cənubi Qafqazla bağlı siyasi rəqiblərinin
zəifləməsi onun burada işğalçılıq planlarının gerçəkləşməsinə əlverişli şərait
yaratdı. Belə ki, Rusiya 1792-ci ildə bağladığı Yassı müqaviləsi ilə onun bu
regionda güclənməsinə mane olan Osmanlı imperiyasını Cənubi Qafqazda, o
cümlədən Azərbaycanda fəal siyasət yürütmək imkanından məhrum etmişdi. Digər
tərəfdən, həmin dövrdə Qacarlar dövlətində yaranmış siyasi qeyri-sabitlik də
Rusiyanın regionda irimiqyaslı hərbi əməliyyatlarına yol açmışdı.
Yaranmış vəziyyətdən istifadə edən Rusiya imperiyası vaxt itirmədən
Osmanlı imperiyası və Qacarlar İranının sərhədlərində yerləşən İrəvan xanlığını ələ
keçirməyə çalışırdı. Rusiya imperiyası Gürcüstanın işğalı dövründən Azərbaycan
torpaqlarının ələ keçirilməsi üçün geniş hazırlıq işləri görmüşdü. Belə ki, Gəncə və
Car-Balakənin işğalından sonra növbəti hücum İrəvan xanlığına yönəlmişdi. Elə bu
səbəbdən də irəvanlı Məhəmməd xanın "Pəmbək bəyləri ilə əlaqəsini" bəhanə edən
Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı K.F.Knorinq 1802-ci il aprelin
18-də Məhəmməd xana Rusiya təbəəliyini qəbul etməyi təklif etdi [25, sənəd 840,
s.618-619; 115, 90]. Həmin il aprelin 24-də çar I Aleksandr K.F.Knorinqə yeni
təlimat
göndərərək ona Gürcüstanda olan rus qoşunlarının sıralarını
möhkəmləndirməyi və hazır vəziyyətdə saxlamağı, İrəvan xanlığının Rusiya
təbəəliyini qəbul etməsinə nail olmasını tapşırdı [115, 90].
I Aleksandrın təlimatından aydın görünür ki, Rusiya İrəvan xanlığının
strateji mövqeyi və siyasi nüfuzuna mühüm əhəmiyyət verirdi.
Bunu belə bir fakt da təsdiq edir ki, həmin dövrdə İrəvan xanı Məhəmməd
xanın sərhəddə yerləşən rus qoşunlarının üzərinə hərəkət etməsindən xəbər tutan
K.F.Knorinq dərhal hərbi toqquşmaya meyil göstərməmiş, 1802-ci il mayın 17-də
Məhəmməd xana məktubla müraciət edərək bu hərəkətin səbəbini izah etməsini
tələb etmişdi [115, 90].
İrəvan xanlığının müstəqilliyini qorumağa çalışan Məhəmməd xan
K.F.Knorinqi hərbi toqquşmadan çəkindirməyə və hətta ruslarla dostluq əlaqəsi
yaratmaq istədiyinə inandırmağa çalışmışdı. Əslində isə o, Rusiyanın təbəəlik
barədə təklifini dəfələrlə rədd etmiş, hətta Üçkilsə monastırının başçılığına Rusiya
tərəfindən namizədliyi irəli sürülən Danili qəbul etməyərək özünə sadiq Davidi
həmin vəzifədə saxlamışdı [178, 50; 115, 90-91].
Cənubi Qafqazda rus ordusunun baş komandanı K.F.Knorinq gürcü əsilli
P.D.Sisianovla əvəz olunduqdan sonra (1802-ci il, sentyabr — red.) Rusiyanın bu
bölgədəki siyasəti daha da sərtləşdi. Yenicə baş komandan təyin olunan P.Sisianov
İrəvan xanlığını ələ keçirmək və ermənilərin etimadını doğrultmaq məqsədilə
Tehranda həbsdə saxlanılan Danili İrəvana qaytarmağı qərara aldı. Rus generalı
bunun üçün öncə müxtəlif diplomatik vasitələrə əl atdı. O, 1803-cü il fevralın
əvvəlində İrəvan xanına göndərdiyi məktubda xana səmimi dostluq təklif edərək
196
onu Rusiya təbəəliyinə keçməyə çağırırdı. Məktubun sonunda isə böyük Rusiya
imperatoru və böyük sultan (Osmanlı sultanı - ved.) tərəfindən bütün ermənilərin
patriarxı təsdiq edilən Danil haqqında verilən fərmanın dəqiq icra olunmasını tələb
edirdi [26, sənəd 1214, s.609]. Rusiya imperiyası ilə münasibətləri gərginləşdirmək
istəməyən Məhəmməd xan Danilin həbsdən azad olunması haqda göstəriş versə də,
onu yenə də patriarx təyin etmir və öz nəzarəti altında saxlayırdı [148, 120; 188,
19].
Məhəmməd xanla şəxsən görüşmək və irəli sürdüyü şərtləri qəbul
etdirmək məqsədilə P.D.Sisianov öz nümayəndəsi Tomas Orbelianini İrəvana
göndərdi. Bu məqsədlə o, İrəvan xanına və Kalbalı xana müraciət etdi və İrəvan
xanlığına Danilin patriarx vəzifəsinə təyin olunmasına köməklik göstərməsi
xahişini bildirən məktubla xüsusi nümayəndə heyəti göndərdi. Bu heyətə İrəvan
xanlığında gizli kəşfiyyat işləri aparmaq - İrəvan qalasının müdafiəsinin zəif və
möhkəm yerləri, Kartli-Kaxetidən İrəvana gələn əlverişli yolları öyrənmək
tapşırılmışdı [26, sənəd 1215, s.609-610]. Lakin nümayəndə heyətinin fəaliyyəti
heç bir nəticə vermədi. İrəvan xanı Məhəmməd xan Qacar Rusiya komandanlığının
bütün tələblərini rədd etdi [26, sənəd 1215, s.610; 148, 121]. Bu hadisədən
hiddətlənən P.D.Sisianov 1803-cü il martın 12-də çara göndərdiyi məlumatında
yazırdı ki, irəvanlı Məhəmməd xan əlahəzrət imperatorun Danilin erməni patriarxı
təyin olunması barədə yüksək göstərişini yerinə yetirməkdən imtina edir. Onun
cəzasız qalması silahla ələ keçirdiyimiz yerlərdə Əlahəzrətin nüfuzunu zəiflədir.
Ona görə də mən Məhəmməd xanı cəzalandırmaq və Danili erməni patriarxı təyin
etmək üçün 6 taborla İrəvana getməli və orada qarnizon yerləşdirməliyəm. Yerli
erməni tacirləri bu qarnizonu ərzaqla təmin edəcəklərinə söz verirlər [26, sənəd
1216, s.610; 132, 46]. Lakin İrəvan xanlığını işğal etməyin elə də asan
olmayacağını dərk edən P.D.Sisianov Rusiya imperatorundan əlavə hərbi kömək
*
istədi [26, sənəd 1216, s.610].
Bəhs olunan dövrdə Rusiya qoşunlarının Car-Balakəni (1803-cü il, mart-
aprel), çətin və qanlı döyüşlərdən sonra Gəncə xanlığını (1804-cü il, 3 yanvar)
işğal etməsi P.D.Sisianovun digər Azərbaycan xanlıqlarını ələ keçirmək iştahasını
daha da artırdı. O, İrəvan və Qarabağ xanlarının yanına nümayəndə göndərərək
onlara döyüşsüz təslim olaraq Rusiya dövlətinin itaətini qəbul etmələrini tələb etdi
[9,265]. Lakin bu danışıqlar heç bir nəticə vermədi.
İrəvan xanının ağır vəziyyətindən istifadə etməklə məqsədinə nail olmağa
çalışan P.D.Sisianov 1804-cü il mayın 10-da təkrarən Məhəmməd xan Qacara
məktub göndərdi. Həmin məktubda çar generalı Məhəmməd xanı hədələyir və öz
şərtlərini İrəvan xanının nəzərinə çatdırırdı: 1. Hər şeydən əvvəl Davidlə aparılan
*
P.D.Sisianov 1 Aleksandıra yazdığı 1803-cü il 12 mart tarixli məlumatında İrəvan xanlığını ələ
keçirmək üçün əlavə olaraq 3 alay və 100 min rubl lazım olduğunu bildirir və bu qüvvənin köməyi ilə
İrəvanı, Naxçıvanı, Şuşanı almağı və hətta Kür-Araz boyu ərazilərin işğalını başa çatdırmağı vəd edirdi
[26, sənəd 1216,s.610; 148,121].