AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
27
16.
Məmməd Əziz oğlu
İBRAHİM
© şəxsi Facebook profili
Saxlanma tarixi: 30 sentyabr 2015-ci il
İttiham: CM-in 221.2.2-ci maddəsi (
xuliqanlıq ictimai qaydanın qorunması üzrə
vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət
nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə)
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Məmməd İbrahim müxalifət partiyası olan Azərbaycan Xalq
Cəbhəsi Partiyası Sədrinin müşaviri, qurumun Siyasi Şurasının üzvüdür. Facebook
sosial şəbəkəsində, o sıradan başqa onlayn platformalarda fəal olan siyasətçi
hakimiyyəti tənqid edən məlumat və çıxışlarla fərqlənib. O, partiyanın tədbirlərinin və
aksiyalarının fəal təşkilatçılarından olub.
M.İbrahim AXCP-nin 28 sentybarda keçirilən Qurultayından iki gün sonra saxlanılıb.
O, 2015-ci ilin fevralında AXCP-dən uzaqlaşan Mikayıl Quliyevin şikayəti əsasında
tutulub. Nurullayev və onunla birgə partiyadan gedən şəxslər AXCP-yə alternativ
olaraq eyni adlı qurum təsis ediblər, bu səbəbdən Ədliyyə Nazirliyi partiya
qurultayının nəticələrini təsdiqləməkdən imtina edib, bununla bağlı məhkəmə
iddiaları təmin olunmayıb.
Mikayıl Quliyevdən başqa istintaq həbsdən 2 ay sonra daha bir neçə şəxsi də
zərərçəkən kimi işə qoşub, onların da M.İbrahimin xuliqanlıq hərəkətindən zərər
çəkdiklərini iddia edib və fəala qarşı ittihamı ilkin ittihama nisbətən ağırlaşdırıb. Oruc
Vəliyev və Məhəmməd Qurbanov ifadə verib ki, onlar Mikayıl Quliyevlə Məmməd
İbrahim arasında insident zamanı onları ayırmağa çalışıblar və bu zaman da zərər
çəkiblər. Halbuki M.İbrahim bu iki şəxsi, ümumiyyətlə, tanımır və istintaq bunun
əksini sübut edən heç bir materialı işə əlavə etməyib. Bundan əlavə, Nərimanov
Rayon Məhkəməsində proses zamanı üzə çıxıb ki, M.Quliyevin özü də zərərçəkən
kimi göstərilən başqa iki şəxsi tanımır.
Məhkəmə proseslərinin müşahidəsi nəticəsində məlum olur ki, Mikayıl Quliyevin
verdiyi ilkin ifadə ilə məhkəmədə verdiyi ifadə arasında kəskin ziddiyyələr var, o,
polisə yazdığı şikayət ərizəsində Məmməd İbrahimin AXCP Sədrinin müşaviri kimi
qeyd etməsinin hansı zərurətdən yarandığı sualına cavab verə bilməyib. 28 dekabr
2015-ci ildə ifadə verdikdən və vəkillərin suallarını cavablandırdıqdan sonra Mikayıl
Quliyev şikayətindən imtina
etmək istədiyini bildirib, məhkəmə zalında barışıq ərizəsi
yazaraq hakimə verib və ərizə iş materiallarına əlavə olunub.
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
28
İş üzrə başqa iki zərərçəkən də məhkəmə prosesləri zamanı ziddiyyətli ifadələr verib,
onlar polisə nə zaman ərizə ilə şikayət etdiklərini, M.İbrahimi necə tanıdıqlarını və
adını necə öyrəndiklərini izah edə bilməyiblər.
Məmməd İbrahim 15 mart 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin hakimi
Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı
Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı
ildə bu hökmü qüvvədə saxlayıb. Həmin qərardan verilən kassasiya şikayəti isə Ali
Məhkəmənin (sədrlik edən hakim İlham Cəfərov) 28 sentyabr 2016-cı il tarixli
qərarı ilə rədd edilib.
M.İbrahim 16 iyul 2016-cı ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə
köçürülüb. Onun körpücük sümüyü sındığından və əməliyyata ehtiyacı olduğundan
xəstəxanaya aparılıb. M.İbrahimin təyin edilmiş cəzanın 1/3 hissəsini çəkdiyi üçün
məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı ərizəsini Suraxanı Rayon
Məhkəməsi (hakim Elçin Ağayev) 26 noyabr 2016-cı il tarixli qərarı ilə təmin
edilməyib. Bakı Apellyasiya Məhkəməsi də (sədrlik edən hakim Sahibxan Mirzəyev)
bu qərarı 29 dekabr 2016-cı il tarixdə qüvvədə saxlayıb.
17.
İlqar Eldar oğlu
MƏMMƏDOV
©
www.coe.int
Saxlanma tarixi: 4 fevral 2013-cü il
İttiham: CM-in 220.1-ci
(zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın
məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə
iğtişaşlarda iştirak etmə) və 315.2-ci
(xidməti vəzifələrini yerinə yetirməsi ilə
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor
tətbiq etmə) maddələri
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: İlqar Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra
fəal şəkildə siyasətlə məşğul olan şəxslərdən biri, 10 ildən çoxdur mövcud olan və
Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi
Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın – German Marşal
Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının
üzvüdür
26
.
26
http://bit.ly/1fsL2aR