Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
54 
 
E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı yuxarı 
instansiyalara  şikayət  edib,  şikayət  təmin  edilmədiyi  üçün  Avropa  Məhkəməsinə 
müraciət edib (ərizə N 30813/16).  
 
E.Qasımov  və  onun  yaxınları  bu  cinayət  işinə  görə  həbs  edilmiş  digər  şəxslər  kimi 
onun  da  işgəncəyə  və  qeyri-insani  rəftara  məruz  qaldığını  bildirib,  Ombudsman 
Aparatına  və  digər  qurumlara  şikayətlər  ünvanlayıblar.  Lakin  bu  müraciətlər  lazımi 
şəkildə  araşdırılmayıb.  E.Qasımov  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin 
müddəti  20  sentyabr  2016-cı  ildə  Nəsimi  Rayon  Məhkəməsinin  qərarı  ilə  26  dekabr 
2016-cı ilə qədər uzadılıb. 
 
Nardaran  hadisələrinə  görə  həbs  edilən  bir  sıra  şəxslərin  işi  Elçin  Qasımovun  işi  ilə 
birlikdə  Bakı  Ağır  Cnayətlər  Məhkəməsinə  göndərilib  və  bu  şəxslərə  qarşı  analoji 
maddələr üzrə ittihamlar irəli sürülüb.   
 
Bu  iş  üzrə  axtarışda  olan,  MHB-nin  üzvü  Elxan  İsgəndərov  15  mart  2017-ci  il 
tarixində  yaşadığı  evdə  tutulub,  ona  qarşı  eyni  ittihamlar  irəli  sürülüb  və  Nəsimi 
Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.   
 
 
 
47.
 
Vüsal Nadir oğlu 
ALIŞ
 
 
Saxlanma tarixi: 02 dekabr 2015-ci il 
 
İttiham: CM-in 28, 214.2.1 (cinayətə hazırlıq, terrorçuluq, yəni ictimai təhlükəsizliyi 
pozmaq,  əhali  arasında  vahimə  yaratmaq,  yaxud  dövlət  hakimiyyət  orqanları  və  ya 
beynəlxalq  təşkilatlar  tərəfindən  qərar  qəbul  edilməsinə  təsir  göstərmək  məqsədilə 
insanların  həlak  olması,  onların  sağlamlığına  zərər  vurulması,  əhəmiyyətli  əmlak 
ziyanının  vurulması  və  ya  başqa  ictimai  təhlükəli  nəticələrin  baş  verməsi  təhlükəsi 
yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin 
məqsədlə  bu  cür  hərəkətlərin  törədiləcəyi  ilə  hədələmə,  qabaqcadan  əlbir  olan  bir 
qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən 
törədildikdə)  28,  214.2.3  (cinayətə  hazırlıq,  terrorçuluq,  yəni  ictimai  təhlükəsizliyi 
pozmaq,  əhali  arasında  vahimə  yaratmaq,  yaxud  dövlət  hakimiyyət  orqanları  və  ya 
beynəlxalq  təşkilatlar  tərəfindən  qərar  qəbul  edilməsinə  təsir  göstərmək  məqsədilə 
insanların  həlak  olması,  onların  sağlamlığına  zərər  vurulması,  əhəmiyyətli  əmlak 
ziyanının  vurulması  və  ya  başqa  ictimai  təhlükəli  nəticələrin  baş  verməsi  təhlükəsi 
yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin 
məqsədlə  bu  cür  hərəkətlərin  törədiləcəyi  ilə  hədələmə,  odlu  silahdan  və  silah 
qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə  törədildikdə),  214-2 
(terrorçuluğa  açıq  çağırışlar),  220.2  (hakimiyyət  nümayəndəsinin  qanuni  tələblərinə 
fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq 
etməyə  çağırışlar  etmə),  228.3  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt 
hissələrini,  döyüş  sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı 
istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, 
saxlama,  daşıma  və  ya  gəzdirmə,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə),  228.4 
(qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, 
satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq 
peşəsi  ilə  bağlı  olaraq  soyuq  silahı  gəzdirmə  halları  istisna  olmaqla),  233  (ictimai 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
55 
 
qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür  hərəkətlərdə 
fəal  iştirak  etmə),  278  (Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq 
hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə 
dövlətin  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  yönələn  hərəkətlər),  279.3 
(Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmayan  silahlı 
birləşmələr və  ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində 
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, 
yaxud  əsgəri  ləvazimatla  təchiz  etmə,  adamların  həlak  olmasına  və  ya  digər  ağır 
nəticələrə  səbəb  olduqda),  281.2  (hakimiyyətin  zorla  ələ  keçirilməsinə,  zorla 
saxlanılmasına  və  ya  Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunun  zorla 
dəyişdirilməsinə  və  ya  ərazi  bütövlüyünün  parçalanmasına  yönələn  açıq  çağırışlar 
etmə,  habelə  bu  cür  məzmunlu  materialları  yayma,  təkrar  və  ya  bir  qrup  şəxs 
tərəfindən  törədildikdə),  283.2.3-cü  (milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və 
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən 
kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla  törədildikdə,  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə) maddələri 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası    
 
 
48.
 
Seymur Tərlan oğlu 
ASLANOV
 
 
Saxlanma tarixi: 23 dekabr 2015-ci il 
 
İttiham: Yuxarıdakı işdə göstərilən eyni maddələr 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası   
  
 
49.
 
Elgün Ənvər oğlu 
AXUNDOV
 
 
Saxlanma tarixi: 01 dekabr 2015-ci il 
 
İttiham: Yuxarıdakı işdə göstərilən eyni maddələr 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası    
 
 
50.
 
Əmirəli  İsmayıl oğlu 
ƏLİYEV
 
 
Saxlanma tarixi: 03 dekabr 2015-ci il 
 
İttiham: Yuxarıdakı işdə göstərilən eyni maddələr 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası    
 
 
51.
 
Ramil Zabil oğlu 
ƏLİYEV
 
 
Saxlanma tarixi: 08 dekabr 2015-ci il 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə