Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
72 
 
2014-cü  ildə  Şirvan  Apellyasiya  Məhkəməsi  bu  qərarı  dəyişdirmədən  qüvvədə 
saxlayıb.   
 
 
(4) 2012-ci ilin mayında həbs edilən inanclı fəallar 
 
Bu iş üzrə həbs edilən şəxslərin bir neçəsi jurnalist Nicat Əliyevlə birgə “Avroviziya 
2012”  mahnı  müsabiqəsi  ərəfəsində  gey-parad  keçiriləcəyi  ehtimalı  olduğuna  və 
bunun islam dini üçün qəbuledilməzliyinə inanan dindar gənclərdir. Bu şəxslər 2010-
cu  ilin  sonunda  Azərbaycanda  orta  məktəblərdə  hicab  qadağan  olunduqdan  sonra 
buna qarşı keçirilmiş dinc etiraz aksiyalarında iştirak ediblər. Bəziləri N.Əliyevin baş 
redaktoru  olduğu  saytda  məqalələrlə  çıxış  edib,  informasiyaların  toplanmasında 
yardımçı olub.   
 
Onlar Nicat Əliyevlə birgə “Avroviziya” ərəfəsində evlərin məhkəmə qərarı və zəruri 
kompensasiya  olmadan  sökülməsinə,  inanclı  şəxslərin  şərlənərək  həbs  edilməsinə, 
hicabın  qadağan  olunmasına  və  gey-paradın  keçirilməsinə  etiraz  olaraq  öz 
mövqelərini  açıq  şəkildə  yaymaq  və  təşviq  etmək  qərarına  gəliblər.  Onlar  ruhanilər 
Abgül  Süleymanov  və  Tale  Bağırovun  (hər  iki  şəxs  saxta  ittihamlarla  həbsdədir) 
çıxışlarından,  Azərbaycan  Tibb  Universitetinin  müəllimi  Rəşid  Mahmudovun  ANS 
telekanalında  LGBT  məsələsi  ilə  bağlı  mövqeyindən,  o  sıradan  sosial  tələblərlə 
keçirilən  müxtəlif  etiraz  aksiyalarından,  bəzi  Azərbaycan  filmlərindən  görüntülərin 
yer  aldığı  disklər  hazırlayaraq,  məhkəmə  qərarında  qeyd  edildiyi  kimi,  “aşkar 
surətdə”  Bakı  şəhərinin  müxtəlif  yerlərində  yayıblar.  Həbs  edilən    bütün  şəxslər 
istintaqa  və  məhkəməyə  ifadələrində  bununla  öz  fikirlərini  başqalarıyla  bölüşmək 
məqsədi daşıdıqlarını bildiriblər.  
 
“Eurovision 1” adı ilə və adsız yayılan disklərdəki kadrların və məlumatların dövlət 
quruluşuna, hakimiyyət  orqanlarına qarşı dözümsüzlük  və nifrət  aşıladığı, çaxnaşma 
törətməyə yönəldiyi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti 28 
iyun 2012-ci ildə rəy verib. Məhkəmə isə müstəqil ekspertizanın keçirilməsi ilə bağlı 
vəsatəti  təmin  etməyib.  Bundan  əlavə,  ekspert  Nahid  Qədir  oğlu  Məmmədov 
ekspertiza  zamanı  hansı  metodologiyadan  yararlandığını,  hansı  səbəblərə  görə 
disklərdəki  materialların  neqativ  xarakterli  olması  nəticəsinə  gəldiyini  məhkəmə 
prosesində  izah  edə  bilməyib.  Əksər  suallara  “yadımda  deyil”,  “xatırlamıram”  kimi 
cavablar verib. Ekspertin suallara cavab verməyə hazır olmadığı və hazırlaşması üçün 
ona  əlavə  vaxt  verilməsylə  bağlı  vəkillərin  vəsatətini  hakim  təmin  etməyib  və 
ekspertin dindirilməsinin başa çatdığını bildirib. 
 
Həbs  edilmiş  şəxslərə  qarşı  irəli  sürülmüş  başqa  ittihamlar  üzrə  istintaqın  təqdim 
etdiyi  sübutlar  yalnız  polis  əməkdaşlarının  və  hal  şahidlərinin  ifadələri  olub  ki, 
məhkəmə prosesi zamanı sualları cavablandırarkən ziddiyyətli məqamlar ortaya çıxıb. 
Nicat  Əliyev  və  Elvin  Nəsirov  həbs  edilərkən  şiddətli  işgəncələrə  məruz  qalıblar, 
nəticədə  Əliyevin  iki  dişi  sındırılıb  və  qulaq  pərdəsi  zədələnib.  Hər  iki  şəxs 
məhkəmədə bu barədə məlumat versə də, hakim Bakı İstintaq Təcridxanasına məktub 
yazaraq hər iki şəxsin ora köçürülməsi zamanı bədənlərində işgəncə əlamətinin olub-
olmamasını  öyrənməklə  kifayətlənib.  Təcridxanadan  gələn  məktubda  isə  heç  bir 
işgəncə əlamətinin olmadığı bildirilib.     
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
73 
 
Azadlıqdan  məhrum  edilən  şəxslərdən  ikisi  –  Valeh  Abdullayev  və  Əli  Əliyev 
barəsində  ilkin  olaraq  həbs  qətimkan  tədbiri  deyil,  başqa  yerə  getməmək  haqqında 
iltizam  tədbiri  seçilsə  də,  məhkəmə  hökmü  ilə  onlara  şərti  məhkumetmə  tətbiq 
olunmayıb.  Ancaq  mövcud  hüquq  praktikasına  görə  hər  iki  şəxs  barəsində  şərti 
azadlıqdan məhrumetmə haqqında qərar veriləcəyi ehtimal edilirdi.  
 
105.
 
Valeh Məmmədağa oğlu 
ABDULLAYEV
 
 
Saxlanma tarixi: 9 dekabr 2013-cü il 
 
İttiham:  CM-in  167.2.2.1  (qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil 
dəstə  tərəfindən  müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini 
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə 
idxal etmə, satma və ya yayma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ 
keçirilməsinə,  zorla  saxlanılmasına  və  ya  Azərbaycan  Respublikasının  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn 
açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu  materialları  yayma)  və  283.2.3-cü 
(mütəşəkkil  dəstə  tərəfindən  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin 
salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri 
 
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi   
 
İş  üzrə  qısa  arayış:  09  dekabr  2013-cü  ildə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin 
qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.  
 
 
106.
 
Qorxmaz Hüseyn oğlu 
CAMALOV
 
 
Saxlanma tarixi: 18 yanvar 2013-cü il                               
 
İttiham:  CM-in  167.2.2.1  (qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil 
dəstə  tərəfindən  müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini 
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə 
idxal etmə, satma və ya yayma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ 
keçirilməsinə,  zorla  saxlanılmasına  və  ya  Azərbaycan  Respublikasının  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn 
açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu  materialları  yayma)  və  283.2.3-cü 
(mütəşəkkil  dəstə  tərəfindən  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin 
salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri 
 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  09  dekabr  2013-cü  ildə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin 
qərarı  ilə  7  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilib.  Bakı 
Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü ildə bu hökmü qüvvədə saxlayıb. 
 
 
107.
 
Əli Etibar oğlu 
ƏLİYEV
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə