Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
76 
 
Saxlanma tarixi: 20 may 2012-ci il 
 
İttiham: CM-in 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəst 
ə  tərəfindən  müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini 
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə 
idxal  etmə,  satma  və  ya  yayma),  234.4.1  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq 
narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  şəxsi  istehlak  miqdarından  artıq 
miqdarda əldə etmə və ya saxlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və 
ya  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə),  234.4.3  (satış  məqsədi  ilə  qanunsuz 
olaraq  narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama, 
hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq 
narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  satma,  külli  miqdarda  törədildikdə), 
281.2  (bir  qrup  şəxs  tərəfindən  hakimiyyətin  zorla  ələ  keçirilməsinə,  zorla 
saxlanılmasına  və  ya  Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunun  zorla 
dəyişdirilməsinə  və  ya  ərazi  bütövlüyünün  parçalanmasına  yönələn  açıq  çağırışlar 
etmə,  habelə  bu  cür  məzmunlu  materialları  yayma)  və  283.2.3-cü  (mütəşəkkil  dəstə 
tərəfindən  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli 
ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq 
vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən 
edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən 
istifadə olunmaqla törədildikdə) maddələri 
 
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi  
 
İş üzrə qısa arayış: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 
qərarı  ilə  9  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilib.  Bakı 
Apellyasiya  Məhkəməsi  27 iyun 2014-cü ildə  həmin  hökmü  dəyişdirmədən qüvvədə 
saxlayıb. 
 
 
(5) Azərbaycan İslam Partiyasının Sədri və onunla birlikdə tutulanlar 
 
1991-ci  ildə  Bakıda  təsis  edilən  Azərbaycan  İslam  Partiyası  1992-ci  ildə  dövlət 
qeydiyyatına  alınıb.  1995-ci  ildə  Ali  Məhkəmə  qurumun  qeydiyyatını  ləğv  etsə  də, 
partiyan faktiki olaraq bu gün də qeydiyyatsız fəaliyyət göstərir. 2007-ci ildə keçirilən 
qurultayda  Hacı  Mövsüm  Səmədov  partiyanın  sədri  seçilib  və  qeydiyyat  üçün 
Ədliyyə Nazirliyinə müraciət edilib, lakin Nazirlik qurumu qeydiyyata almayıb.  
 
Partiya  və  M.Səmədov  Azərbaycanda  islam  dininin  tələblərinə  riayət  edilməli 
olduğunu,  Azərbaycan  hakimiyyətinin  islama  qarşı  yönələn  siyasət  apardığını,  ABŞ 
və  İsraili  işğalçı  ölkə  kimi  tanıdığını  bildirib.  M.Səmədov  2009-cu  ilin  dekabrında 
İran  radiosuna  müsahibəsində  Azərbaycanda  bir  neçə  məscidin  sökülməsi  ilə  bağlı 
qərara  etirazını  bildirib  və  dinlə  bağlı  bəzi  qanunlara  edilən  dəyişiklikləri  pisləyib. 
2010-cu ilin aprelində M.Səmədov Prezident İlham Əliyevə müraciət göndərib və ona 
prezident seçildikdən sonra Konstitusiya ilə yanaşı “Qurani-Kərim”ə də and içdiyini, 
lakin bəzi əməllərinin həm Konstitusiyaya, həm də “Quran”a zidd olduğunu bildirib. 
M.Səmədov həmin il Beynəlxalq Qüds Günündə İsrail səfirliyinin qarşısında keçirilən 
dinc aksiyada iştirak edib və saxlanılıb, sonradan sərbəst buraxılıb. “Alma” qəzetində 
Məhəmməd Peyğəmbərlə bağlı yazılara etiraz olaraq 2010-cu ilin noyabrında partiya 
Qafqaz  Müsəlmanları  İdarəsi  ilə  birgə  Mətbuat  Şurasına  müraciət  edib.  Daha  bir 
müraciət  telekanallardan  açıq-saçıq  verilişlərin  yığışdırılmasının  zəruriliyi  ilə  bağlı 
Milli  Televiziya  və  Radio  Şurasına  edilib.  Partiya  və  M.Səmədov  2010-cu  ilin 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
77 
 
noyabrında keçirilmiş parlament seçkilərində iştirak etsə də, mandat qazana bilməyib. 
2010-cu  ilin  dekabrında  Təhsil  Nazirliyinin  məktəblərdə  hicabı  qadağan  etməsi  ilə 
bağlı  qərarının  əleyhinə  keçirilən  ilk  dinc  etiraz  aksiyasında  partiya  fəalları  iştirak 
ediblər.   
 
2011-ci  il  yanvarın  2-də  Partiyanın  Baş  Məclisində  M.Səmədov  çıxış  edərək  hicaba 
qadağa ilə bağlı təhsil naziri Misir Mərdanovu,  ölkədəki  ictimai  və sosial  vəziyyətə 
görə  isə  prezident  İlham  Əliyevi  sərt  tənqid  edib.
60
 Çıxışı  zamanı  M.Səmədov 
Dubayda prezident İlham Əliyevə və oğluna məxsus olan villalar barədə bir müddət 
əvvəl “Washington Post” və “New York Times” qəzetlərində dərc edilən məqalələrə 
istinadla  Azərbaycan  xalqının  və  dövlətinin  sərvətlərinin  oğurlandığını,  bu  qədər 
sərvətlərin  olmasına  baxmayaraq,  Azərbaycan  gənci  üçün  iş  yerinin  olmadığını, 
ölkədə  ədalətsizlik  və  rüşvətin  tüğyan  etdiyini,  keçmiş  Prezident  Heydər  Əliyevin 
doğum  günü  keçirilən  Gül  Bayramına  xərclənən  pulların  xalqdan  oğurlandığını  və 
Heydər  Əliyevə  sitayiş  etməklə  ölkədə  bütpərəstliliyin  təbliğ  edildiyini  deyib. 
M.Səmədov çıxışında bildirib ki, Azərbaycan xalqı bu məsələdə ayıq olmalı və ayağa 
qalxmalı,  hakimiyyəti  dəyişməli  və  bu  zülmün  qarşısında  durmalıdır.  Mövsüm 
Səmədovun bu çıxışı sosial şəbəkələrdə, xüsusən Youtube portalında geniş yayılıb və 
müzakirələrə səbəb olub.   
 
M.Səmədov  bu  çıxışından  cəmi  5  gün  sonra,  yanvarın  7-də  müavini  Vaqif 
Abdullayev,  partiya  üzvü  Elçin  Həsənov  və  sürücüsü  Mirhüseyn  Kazımovla  birgə 
həbs  edilib.  Adları  çəkilən  şəxslərin  olduğu  maşını  Dövlət  Yol  Polisi  əməkdaşları 
saxlayıb.  Polis  sürücüdən  sürücülük  vəsiqəsini  aldıqdan  sonra  yol  polisi 
avtomobilinin  qarşısındakı  qara  rəngli  maşından  düşən  bir  neçə  mülki  geyimli  şəxs 
M.Səmədovu və onunla birgə olanları polisə müqavimət göstərməkdə ittiham edərək 
saxlayıb.  Nərimanov  rayonu  19-cu  Polis  Bölməsinə  gətirilən  M.Səmədov  və  onunla 
birgə  olan  şəxslər  orada  izahat  verdikdən  sonra  Binəqədi  Rayon  Məhkəməsinə 
aparılıblar  və  məhkəmə  polisə  müqavimət  ittihamı  ilə  onların  barəsində  10-15  gün 
inzibati  həbs  qərarı  verib  (M.Səmədov  14  gün  inzibati  həbs  alıb).  M.Səmədovdan 
başqa  saxlanılanlar  Binəqədi  Müvəqqəti  Saxlama  Təcridxanasına  aparılıblar. 
M.Səmədovun  harada  saxlanması  ilə  bağlı  bir  neçə  gün  ərzində  heç  bir  məlumat 
verilməyib (sonradan onun Milli Təhlükəsizlik Nazirliyində saxlandığı məlum olub).  
 
M.Səmədov inzibati qaydada həbs edildiyi gün Daxili İşlər Nazirliyi bu quruma daxil 
olmuş  məlumatlar  əsasında  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinin 
Qubada  əməliyyat-axtarış  tədbirləri  keçirdiyi  ilə  bağlı  açıqlama  yayıb.  Açıqlamada 
bildirilir ki, Qubada yaşayan əmisi oğlu Dəyanət Səmədovla birgə iğtişaşlar törətmək, 
ictimai  təhlükəsizliyi  pozmaq,  insanları  cihada  təhrik  etmək  barədə  M.Səmədov 
tapşırıqlar verib.  Dəyanət  Səmədovun işlədiyi  elektrik malları  dükanından 3  ədəd əl 
qumbarası və yaşadığı evdən 7 avtomat patronu tapılıb, faktla bağlı cinayət işi açılıb. 
Partiyanın  daha  bir  fəalı  Rufulla  Axundzadə,  o  sıradan  M.Səmədovun  əmisi  oğlu 
Dəyanət  Səmədov  və  qaynı  Firdovsi  Məmmədrzayev,  yanvarın  2-də  keçirilmiş  Baş 
Məclisdə  iştirak  etmiş  ruhanilər  Fəramiz  Abbasov  və  Zülfüqar  Mikayılzadə 
saxlanılıb,  onların  evindən  silah-sursatın  tapıldığı  bildirilib.  M.Səmədova  və  onunla 
birgə  həbs  edilmiş  şəxslərə  qarşı  partiya  sədrinin  məhz  yanvarın  2-də  etdiyi  çıxışı 
zamanı hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edilməsi ilə bağlı ittiham və başqa 
ittihamlar  irəli  sürülüb.  İnzibati  həbs  müddəti  bitdikdən  sonra  M.Səmədovun 
                                                        
60
 http://bit.ly/1mb5txL  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə