Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
80 
 
Saxlanma tarixi: 21 yanvar 2011-ci il                                       
 
 
İttiham: CM-in 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və 
ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən  cinayətə  hazırlıq),  28,  214.2.3 
(odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
cinayətə  hazırlıq),  228.3  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və  ya  gəzdirmə),  278  (Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq 
hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə 
dövlətin  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  yönələn  hərəkətlər)  və 
283.1-ci  (milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli 
ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq 
vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən 
edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən 
istifadə olunmaqla törədildikdə) maddələri 
 
Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
114.
 
Firdovsi Teymur oğlu 
MƏMMƏDRZAYEV
 
 
Saxlanma tarixi: 12 yanvar 2011-ci il                                              
 
 
İttiham: CM-in 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə 
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-
cü  (odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
cinayətə hazırlıq) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddələri 
 
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
115.
 
Dəyanət Ələsgər oğlu 
SƏMƏDOV
 
 
Saxlanma tarixi: 08 yanvar 2011-ci il 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
81 
 
İttiham: CM-in 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və 
ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən  cinayətə  hazırlıq),  28,  214.2.3 
(odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
cinayətə hazırlıq) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddələri 
 
Saxlandığı yer: 12 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
116.
 
Mövsüm Mərdan oğlu 
SƏMƏDOV
 
 
Saxlanma tarixi: 20 yanvar 2011-ci il                                    
 
 
İttiham:  Cinayət  Məcəlləsinin  28,  214.2.1  (qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs, 
mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən  cinayətə 
hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən 
istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt 
hissələrini,  döyüş  sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı 
istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, 
saxlama,  daşıma  və  ya  gəzdirmə)  və  278-ci  (Azərbaycan  Respublikasının 
Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin 
zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə 
yönələn hərəkətlər) maddələri 
 
Saxlandığı yer: Qobustsan Qapalı Həbsxanası  
 
 
 (6) “Nurçu”ların işi 
 
1086 saylı cinayət işi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (2015-ci 
ilin oktyabrında ləv edilib) tərəfindən aparılıb. İş üzrə təqsirləndirilən şəxs qismində 
cəlb  olunmuş  İsmayıl  İsax  oğlu  Məmmədov  və  Eldəniz  Balamət  oğlu  Hacıyev  12 
aprel 2014-cü ildə həbs edilmiş və 14 aprel tarixində onlar barəsində 2 ay müddətinə 
həbs  qətimkan  tədbiri  seçilmişdir.  Digər  təqsirləndirilən  şəxs  Rəvan  Həkim  oğlu 
Səbzəliyev  barəsində  isə  23  may  tarixində  2  ay  müddətinə  həbs  qətimkan  tədbiri 
seçilmişdir.  Sonradan  hər  3  təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılma  müddəti  2  ay 
uzadılmışdır.  
 
İş materiallarında göstərilir ki, Bakı şəhəri Yasamal rayonunun bir neçə sakini polisə 
müraciət edərək, qonşuluqdakı həyət evində müxtəlif vaxtlarda yığışan dini qurumun 
üzvlərinin  onların  sakit  yaşayışına,  normal  gediş-gəlişinə  və  rahatlığına  mane  olan 
hərəkətlər  etməsindən  şikayət  etmişlər.  Elə  həmin  günü,  yəni  12  aprel  2014-cü  ildə 
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi həmin 
ünvanda  birgə  əməliyyat  keçirərək,  orada  ibadət  etmək  və  kitab  oxumaqla  məşğul 
olan 40-dan çox şəxsi saxlayıblar. İttihama görə, bununla həmin 3 şəxs dini ayinlərin 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə