Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
78 
 
barəsində,  o  sıradan  həbs  olunan  başqa  şəxslərin  barəsində  həbs  qətimkan  tədbiri 
seçilib.         
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli qərarı ilə Mövsüm 
Səmədov  12  il,  Rufulla  Axundzadə  11  il  6  ay,  Vaqif  Abdullayev  11  il,  Fəramiz 
Abbasov  11  il,  Firdovsi  Məmmədrzayev  10  il,  Dəyanət  Səmədov  10  il  müddətinə 
azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Zülfüqar Mikayılzadə isə 5 il 
sınaq  müddəti  tətbiq  olunmaqla  11  il  şərti  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum  olunub.  Bakı  Apellyasiya  Məhkəməsi  17  may  2012-ci  ildə,  Ali  Məhkəmə 
isə 21 fevral 2013-cü ildə bu qərarı olduğu kimi qüvvədə saxlayıb. 
  
 
Məhkəmə proseslərinin müşahidəsi və yekun hökmün tədqiqi zamanı məlum olur ki, 
M.Səmədov  onunla  birgə  həbs  edilən  şəxslərlə  əvvəlcədən  heç  bir  cinayət  əlaqəsinə 
girməyib, yanvarın 2-də etdiyi çıxışı özü hazırlayıb və keçirilən tədbirdə iştirak edən 
partiyanın  sədr  müavini  Vaqif  Abdullayev,  partiyanın  Astara  rayon  şöbəsinin  sədri 
Rufulla  Axundzadə,  tədbirə  tanınmış  ruhanilər  olaraq  qonaq  kimi  dəvət  edilmiş 
Fəramiz  Abbasov  və  Zülfüqar  Mikayılzadə  bu  çıxışı  orada  eşidiblər.  M.Səmədov 
çıxışı zamanı istintaqın iddia etdiyi kimi “cihad” sözünü, ümumiyyətlə, işlətmədiyini, 
xalqı,  başqa  müxalif  siyasətçilər  kimi,  inandığı  dəyərlər  uğrunda  mübarizəyə 
çağırdığını və hakimiyyəti sərt tənqid etdiyini bildirib.  
 
Məhkəmənin  istinad  etdiyi  bütün  sübutlar  hüquq  mühafizə  orqanlarından  təqdim 
edilən  sənədlərə  və  ya  ifadələrə  əsaslanıb.  İstintaq  zamanı  təqsirləndirilən  şəxslərin 
əleyhinə ifadə vermiş şahidlərin əksəriyyəti məhkəmədə bu ifadələrindən imtina edib, 
istintaqda  basqı  altında  olduqları  üçün  bu  cür  ifadələr  verdiklərini  bildiriblər. 
Məhkəmə  isə  hökm  çıxarılarkən  bu  şəxslərin  ifadələrini  dəyişməsini  şahidlərə  kənar 
şəxslərin təsir göstərmələrinin nəticəsi kimi qiymətləndirib.  
 
Silahların  tapıldığı  iddia  edilən  Dəyanət  Səmədovun  çalışdığı  mağazada  axtarış 
barədə  tərtib  edilmiş  protokolda  hal  şahidi  kimi  Rasim  Muxtar  oğlu  Güloğlanov 
göstərilsə  də,  məhkəmədə  bu  şəxsin  adının  əslində  Taleh  Rasim  oğlu  Piroğlanov 
olduğu bilinib. Hal şahidi Həzrət Əliyev isə axtarış protokolunu axtarış aparılan yerdə 
deyil,  polis  bölməsində  imzaladığını  bildirib,  polis  şöbəsinə,  ümumiyyətlə,  niyə 
getdiyini  izah  edə  bilməyib.  Firdovsi  Məmmədrzayevlə  Dəyanət  Səmədovun 
Qubadakı  məsciddə  söhbətlərini  eşitdiyi  iddia  edilən  şahid  İlham  Şərafəddinov  isə 
məhkəmə  zalında  Məmmədrzayevi  tanımayıb,  bu  söhbətləri  eşitdiyini  iddia  edən 
başqa bir şahid Natiq Məmmədov istintaqa ifadə verərkən hərbi biletini təqdim edib, 
şəxsiyyət  vəsiqəsinin  isə  olmadığını  bildirib.  Bu,  şahidin  şəxsiyyəti  ilə  bağlı  sual 
yaratsa da, məhkəmə buna əhəmiyyət verməyib. Özünü dindar kimi qələmə verən və 
mütəmadi  şəkildə  Qubada  məscidə  getdiyini  deyən  şahid  dinlə  bağlı  adi  suallara, 
məsələn,  namazın  neçə  rükətdən  ibarət  olduğunu,  Ramazan  ayının  nə  olduğunu 
bilməyib. 
 
M.Səmədovun  və  həbs  edilən  başqa  şəxslərin  Azərbaycan  dövləti,  milli  maraqları, 
mənafeyi  əleyhinə  fəaliyyətini  göstərən  və  İran  xüsusi  xidmət  orqanları  və  ya  başqa 
qurumlarla  cinayətkar  əlaqədə  olmasını  təsdiqləyən  hər  hansı  sübut  cinayət  işinin 
materiallarında yoxdur. 
 
Həbs  edilən  zaman  səhhətində  ciddi  problemləri  olan  cənab  Abdullayev  saxlanma 
şəraiti ağır olan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Özünün və vəkillərinin 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
79 
 
onun  burada  qala  bilməməsi  və  səhhətinin  daha  da  ağırlaşması  ilə  bağlı  dəfələrlə 
müraciət etməsinə baxmayaraq, V.Abdullayev azadlığa buraxılmayıb. Nəticədə Vaqif 
Abdullayev 2012-ci ilin iyulunda Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb.   
Səhhətində  ciddi  problemləri  olan  Rufulla  Axundzadə  2013-cü  ilin  mayında  kəskin 
miokard  infarktı  keçirib,  onun  azadlığa  buraxılmasının  zəruriliyi  ilə  bağlı  dəfələrlə 
müraciət  edilsə  də  buna  əhəmiyyət  verilməyib.  R.Axundzadə  səhhətindəki 
problemlərə görə dəfələrlə Penitensiar Xidmətin Müalicə  Müəssisəsinə köçürülüb.   
 
Avropa İnsan Hüquqları Məhkəməsi bu iş üzrə verilmiş şikayəti artıq icraata götürüb. 
 
2014-cü ilin oktyabrında AİP Sədri Mövsüm Səmədov saxlandığı 11 saylı CM-dən 12 
saylı  CM-ə  köçürülüb,  orada  karserə  salınıb.  Qaradağ  Rayon  Məhkəməsi 
M.Səmədovun  2  il  müddətinə  Qobustan  Qapalı  Həbsxanasına  göndərilərək  cəzasını 
orada çəkməsi barədə 09.10.2014-cü ildə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 
bu qərarı qüvvədə saxlayıb.   
 
112.
 
Fəramiz Zeynal oğlu 
ABBASOV
 
 
Saxlanma tarixi: 24 yanvar 2011-ci il                                       
 
 
İttiham: CM-in 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və 
ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən  cinayətə  hazırlıq),  28,  214.2.3 
(odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
cinayətə  hazırlıq),  228.3  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 
hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə 
dövlətin  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  yönələn  hərəkətlər) 
maddələri 
 
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
113.
 
Rufulla Höccətullah oğlu 
AXUNDZADƏ
 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə