Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə39/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
82 
 
icrası  adı  altında  digər  şəxslərin  hüquqlarını  pozmuş  və  bu  hərəkətlərinə  2  nəfər 
yetkinlik yaşına çatmayan şəxsi də cəlb etmişlər.  
 
Qonşuların  məzmunca  eyni  olan  şiakyətinin  eyni  gündə  yazılması,  şikayətə  iki 
nazirliyin  operativ  və  sərt  reaksiya  verməsi  bu  hadisənin  hüquq-mühafizə  orqanları 
tərəfindən  qabaqcadan  hazırlanması  və  nəyin  bahasına  olursa  olsun  dindar  şəxslərin 
həbsinə yönəlmiş əməliyyat olmasını nümayiş etdirir. Halbuki bu qrupun məqsədi hər 
hansı  siyasi  məqsəd  güdmədən  dinc  surətdə  İslam  dininin  sünni  məzhəbindən  olan 
alim  Səid  Nursinin  kitablarına  əsaslanan,  “Nurçuluq”  adlandırılan  təriqətin 
“sunqurçular”  cərəyanının  təbliğ  etmək  olub.  Təbliğatın  dinc  xarakterli  olmasına, 
ittiham  olunan  şəxslərin  hər  hansı  zorakılığdan  istifadəsi  və  Azərbaycan 
Respublikasının  qanunlarına  zidd  hərəkətlər  etməsi  ilə  bağlı  nəinki  sübutların,  hətta 
ehtimalların belə mövcud olmadığına baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər 
haqqında ilk gündən həbs qətimkan tədbiri seçilib. Onlara istinad olunan AR CM–in 
168.2-ci maddəsində cərimə və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə 
sanksiyaları nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərin dərhal  həbs edilməsi, 
cinayət  işinin  materiallarında  təqsirləndirilənlərin  təqsirləndirilməsi  üçün  kifayət 
qədər  əsasların  olmadığını  məhkəmənin  nəzərə  almaması  bu  iş  üzrə  adı  keçən 
şəxslərin  dini  inanclarına  görə  məsuliyyətə  cəlb  olunduğunu  deməyə  əsas  verir.  Bu 
şəxslərdən  tapılmış  ədəbiyyatın  -  İslam  alimi  Səid  Nursinin  külliyyatının  rəsmi  dini 
ekspertizası bu iş üzrə təqsirləndirilən şəxslərin oxuduğu və yaydığı kitabların qanuna 
zidd məzmunda olmadığını müəyyən edib. Sonradan 2014-cü ilin sentyabr ayında hər 
üç təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz 
edilib.  
 
2014-cü ilin aprel ayında Göyçay rayonunda da Səid Nursi tərəfdarlarına qarşı cinayət 
təqibi  başlanıb,  onların  Göyçay  şəhərində  yığışdığı  məznildə  baxış  və  götürmə 
istintaq  hərəkəti  keçirilib,  2  şəxs  -  Şahin  Həsənov  və  Zəkəriyyə  Məmmədov 
təqsirləndirlən  şəxs  qismində  cəlb  edilib,  ancaq  onların  barəsində  həbs  qətimkan 
tədbiri seçilməyib, polisin nəzarəti altına verilib.  
 
Yasamal  Rayon  Məhkəməsi  2015-ci  il  oktyabrın  7-də  təqsirləndirilən  şəxslərin 
müxtəlif müddətlərə azadlqıdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb və barəsində 
həbslə  bağlı  olmayan  qətimkan  tədbiri  seçilməyən  şəxslər  məhkəmə  zalında  həbsə 
alınıblar.  Lakin  məhkəmə  hökmündə  bu  məsələyə  münasibət  bildirilməyib,  yalnız 
oktyabrın  9-da  məhkəmə  yenidən  proses  keçirərək  bu  şəxslərin  barəsində  həbs 
qətimkan tədbirinin seçilməsini qərara alıb. Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 
2016-cı  il  tarixli  qərarı  ilə  Zəkəriyyə  Məmmədov  və  Şahin  Həsənov  şərti  olaraq 
azadlığa  buraxılıblar,  Rəvan  Səbzəliyevin  cəza  müddəti  azaldıldığı  və  faktiki  olaraq 
bu qərarla müəyyən edilən müddəti həbsdə keçirdiyindən məhkəmə zalından azadlığa 
çıxmışdır. Digər 2 şəxsin - Eldəniz Hacıyev və İsmayıl Məmmədovun cəza müddəti 2 
il 6 aya qədər endirilib. Ali Məhkəmə 2016-cı ilin oktyabrında bu qərarı olduğu kimi 
qüvvədə  saxlayıb.  E.Hacıyev  və  İ.Məmmədov  hazırda  məntəqə  tipli  cəzaçəkmə 
müəssisəsində cəza çəkirlər.   
 
 
117.
 
Eldəniz Balamət oğlu 
HACIYEV
 
 
Saxlanma tarixi: 12 aprel 2014-cü il 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
83 
 
İttiham: CM-in 167-2.2.1 (müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və 
elektron  daşıyıcılarında),  audio  və  video  materialları,  mal  və  məmulatları  və  dini 
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə 
idxal  etmə,  satma  və  yaaymaqabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil 
dəstə tərəfindən törədildikdə), 168.1 (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası 
adı  altında  fəaliyyət  göstərən  və  bu  fəaliyyətlə  ictimai  asayişi  pozan,  yaxud 
vətəndaşların  sağlamlığına  zərər  vuran  və  ya  formasından  asılı  olmayaraq 
vətəndaşların  hüquqlarını  pozan,  habelə  vətəndaşların  qanunla  müəyyən  edilmiş 
vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya 
belə  qrupda  iştirak  etmə)  və  168.2-ci  (yetkinlik  yaşına  çatmamış  şəxslərin  cəlb 
edilməsi  ilə  Dini  ayinlərin  icrası  adı  altında  vətəndaşların  hüquqlarına  qəsd  etmə
maddələri 
 
Saxlandığı yer: 2 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsi 
 
 
118.
 
İsmayıl İsax oğlu 
MƏMMƏDOV
 
 
Saxlanma tarixi: 12 aprel 2014-cü il 
 
İttiham: CM-in 167-2.2.1 (müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və 
elektron  daşıyıcılarında),  audio  və  video  materialları,  mal  və  məmulatları  və  dini 
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə 
idxal etmə, satma və ya yaymaqabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil 
dəstə tərəfindən törədildikdə), 168.1 (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası 
adı  altında  fəaliyyət  göstərən  və  bu  fəaliyyətlə  ictimai  asayişi  pozan,  yaxud 
vətəndaşların  sağlamlığına  zərər  vuran  və  ya  formasından  asılı  olmayaraq 
vətəndaşların  hüquqlarını  pozan,  habelə  vətəndaşların  qanunla  müəyyən  edilmiş 
vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya 
belə  qrupda  iştirak  etmə)  və  168.2-ci  (yetkinlik  yaşına  çatmamış  şəxslərin  cəlb 
edilməsi  ilə  Dini  ayinlərin  icrası  adı  altında  vətəndaşların  hüquqlarına  qəsd  etmə
maddələri 
 
Saxlandığı yer: 2 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsi 
 
 
 
 
 
(7) Digər inanclı fəallar  
 
119.
 
Sərdar Akif oğlu 
BABAYEV
                          
 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə