Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

 

 

139 



 

Oğlan  ayağını  qoydu  üzəngiyə,  at  yel  kimi  götürüldü. 

Günə  bir  mənzil,  teyyi  mənazil,  gethaget  özlərini  yetirdilər 

həmin qalaçaya. At bir yerdə durub dedi: 

- Oğlan,  yenə mən atılacağam həmin  yerə. O şeyləri ki, keçən 

gün  görmüşdün,  yenə  həmin  şeyləri  görəcəksən.  Görəcəksən 

ki,  Qırx  Qönçə  xanım  qırx  qulluqçuynan  həyətdə  oturub. 

Yetişib yapışarsan qızın qolundan. Qız getmək istəməyəcək, nə 

qədər  yalvarsa,  qulaq  asma,  elə  ki,  dedi:  «Həzrəti  Süleyman 

eşqinə,  burax  məni,  sənnən  gedəcəyəm».  Onda  burax.  Həmin 

saat alarsan qızı tərkinə, mən sizi kənara çıxaracağam. Nəbadə-

nəbadə qızın dilinə inanasan ha. Yoxsa qulluqçular həmin saat 

səni  parça-parça  edərlər.  Oğlan  atın  dediyi  kimi  elədi.  At 

birdən  atıldı  həyətə.  Oğlan  gördü  ki,  Qırx  Qönçə  xanım  öz 

qulluqçularıynan  oturub.  Özünü  onun  yanına  yetirib  tutdu 

əlindən.  Istədi  ki,  qaldırıb  ata  mindirsin,  qız  başladı 

yalvarmağa. 

-Sən  allah,  mənə  dəymə,  mən  sənnən  gedərəm,  burax  məni, 

mən söz verirəm  sənlə  getməyə.Oğlanın ürəyi  yanıb istədi ki, 

qızı özbaşına buraxsın. At silkəndi. Oğlan tez başa düşdü, yenə 

qızın  əlindən  dartmağa  başladı.  Qız  bu  səфər  dedi  ki,  həzrət 

Süleyman  eşqinə,  mən  söz  verirəm  sənnən  getməyə,  məni 

burax. Oğlan qızı buraxdı. Qız atılıb mindi oğlanın tərkinə. At 

quş kimi hasarı aşıb yel kimi gəlib qalaçaya çatdı. Atdan düşüb 

yuxarı çıxdılar. Oğlan yenə atın tərini silib buraxdı. Qız gördü 

ki, qardaşı bir gözəl qıznan gəlir. Özünü tez yetirib, qucaqlaşıb 

öpüşdülər. Xoş-beş, on beşdən sonra başladılar gün keçirməyə.  

 

Gəl sənə xəbər verim padşahdan. Bir gün padşah vəzirə 



dedi  ki,  vəzir  hazırlaş  bir  şikara  çıxaq.  Vəzir  işi  əvvəldən 

bilirdi,  əgər  işin  üstü  açılsaydı  padşah  vəziri,  bir  də  bacısını 

öldürəcəkdi.  Vəzir  naəlac  qalıb  hazırlıq  apardı.  Qıznan  oğlan 

olan  qalaçanın  yanında  böyük,  güllü  bir  çəmən  var  idi. 

Padşahın  фikri  həmin  yerə  getməkdə  idi.  Qərəz,  hazırlaşdılar, 

at,  qatır,  dəvə  yükləriynən  bir  qədər  qoşun  götürüb  şikara 

çıxdılar.  Özləri  də  gəlib  həmin  qalaçanın  yanında  çəmənlikdə 



 

 

140 



düşdülər. Oğlan gördü ki, padşah öz qoşunuynan gəlib bunların 

çəmənliyində  düşdü.  Фikir  elədi  ki,  gedib  desin  ki,  nə  haqnan 

mənim çəmənliyimə düşübsən. Bu vaxt bacısı dedi: 

-Qardaş, necə olsa,  yenə qoca padşahdı. Sənə  yaramaz ona elə 

sözlər deyəsən. Get xoş gəldin de, görüş. 

 

Oğlan  padşahın  yanına  gəldi,  baş  əyib  salam  verdi. 



Oğlan, doğrudan da, gözəl oğlan idi. Padşah oğlanı görən kimi, 

ona  ürəkdən  məhəbbət  bağladı.  Çay-çörək  yeyib  qurtardıqdan 

sonra soruşdu: 

- Bəs, adın nədi. 

 

Oğlan dedi: 



-Nəsir,  dəyirmançı  oğluyam.  Bu  sözü  eşidən  kimi  elə  bil 

padşahın  başına  bir  qazan  qaynar  su  tökdülər.  Öz-özünə 

фikirləşdi:  sən  padşah  olasan,  səndən  olan  övlad  olsun  it 

küçüyü,  amma  dəyirmançıdan  belə  gözəl  övlad  olsun.  Bunu 

фikir  eləyib  əhvalı  qarışdı.  Vəzirə  dedi  ki,  hazırlaş,  başım 

ağrıyır,  getməliyəm.  Bunlar  durub  səфərdən  qayıtdılar,  oğlan 

da durub qayıtdı öz evinə.  

 

Baş  hərəm  günü-gündən  фikir  eləyirdi  ki,  ay  dadi-



bidad, bu  oğlan  yenə  də  sağ-salamat  qayıtdı. Tez hərəmlərdən 

bir  neçəsini  çağırıb,  məsləhət  elədilər  ki,  bir  çarə  tapsınlar. 

Hamısı bu фikrə gəldilər ki, qarının əliynən oğlanı ağır səфərə 

göndərsinlər. Səhər baş hərəm qarını çağırtdırıb dedi: 

-  Qarı  nənə,  bilmirəm,  göydə  allah,  yerdə  sən,  bu  səфər  nə 

təhər olmuş olsa, o oğlanı yox eləməlisən.  

 

Qarı  nəm-nüm  eləməyə  başladı.  Sonra  qızılın  ucunu 



görən  kimi razı  oldu. Qərəz,  qarı  bir neçə  qızılı  alandan sonra 

yavaş-yavaş    qalaçaya  tərəф  getdi.  Qız  iki  gün  idi  ki, 

naxoşlamışdı.  Birtəhər  hiyləynən  qapını  açıb  qızın  yanına 

çıxdı. O yandan, bu yandan söhbət eləyəndən sonra qıza dedi: 

-  Mən  dediyimə  qulaq  asmasan,  günü-gündən  saralıb 

solacaqsan. 

 

Qız dedi: 




 

 

141 



-  Nə  çarə  eləyim,  qardaşım  Qırx  Qönçə  xanımı  gətirib  onunla 

gündə  keyф  eyləyirlər.  Mən  də  burada  yorğan-döşəkdə 

qalmışam. 

 

Qarı dedi: 



-Sənə  bir  yaxşı  məsləhət  eləyim.  Qardaşını  çağırıb  ona  de, 

getsin  qara  dev  yurdunda  olan  ağ  almadan  gətirsin.  Hərgah  o 

almaları gətirsə, onnan birin soyub yeyən kimi sağalıb durarsan 

ayağa.  


 

Qız  qarının  sözünə  inandı.  Bir  azdan  sonra  qardaşı 

gəlib, bacısının halını soruşdu.  

 

Bacısı dedi: 



-Iki-üç  gündü  ki,  yorğan-döşəkdə  yatıram,  heç  mənə  dava-

dərman eləmirsən.  

 

Qardaşı dedi: 



- Nə istəyirsən eləyim.  

 

Qız dedi: 



- Gərək gedəsən qara dev yurdunda olan ağ almadan gətirəsən, 

mənim dərmanım ancaq odu. 

 

Oğlan gəlib Qönçə xanımın yanına əhvalatı ona bildirdi. 



Qönçə xanım dedi: 

- Ora gedər-gəlməz yoldu. Orda yeddi dev var. O devlərin əlinə 

düşən salamat qurtarmaz. Oğlan cavab verdi: 

- Bacıma söz vermişəm, ölüm də olsa gedəcəyəm. 

 

Qönçə xanım dedi: 



- Elə isə al bu üç dənə tükü, işin bərkə düşəndə bunun birisini 

tutarsan  oda.  Nə  təhər  olmuş  olsa,  mən  sənin  imdadına 

çataram.  

 

Oğlan  bunlarla  görüşüb,  gəldi  atın  yanına.  Atın  o  yan 



bu yanını tumarlayıb yəhərini belinə qoydu.  

 

At dedi: 



- Oğlan, yenə qızın sözünə baxıb ölümə gedirsən, gəl bu yoldan 

qayıt. 


 

Oğlan dedi: 

-Mənim xasiyyətimi bilirsən, ölüm də olmuş olsa, gedəcəyəm. 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə