136
- Buy, qarı nənən sənə qurban, o mənim əlimdə asan bir şeydi,
düzəldərəm gedər, geri qayıtmaz,- deyib üz qoydu qalaçaya
sarı. O gün oğlan yenə şikara getmişdi. Qarı qapını döydü. Qız
gəlib qapını açdı, gördü ki, qarıdı, bunu otağa apardı. Qarı bir
xeyli söhbətdən sonra dedi:
- Qarı nənən sənə qurban, heç yaraşar ki, sənin kimi alagözlü,
qələmqaşlı gözəl bir xanım bu qalaçada tək qalsın? Yaxşısı
budur ki, qardaşını göndər, getsin,Yəmən səhrasında olan
rəngarəng ağacı gətirsin. O ağac gələr sizin həyətinizdə olar.
Yenə sən ona baxıb фərəhlənərsən. Qarı bu söznən qızın ağlını
aldı. Qız da razı oldu. Qarı gedəndən sonra qız başladı qaş-
qabağını tökməyə. Qardaşı ovdan gəlib gördü ki, bacısı
фikirlidi. Yanına gəlib soruşdu:
- Nə olubdu belə фikirlisən? Məgər mən ölmüşəm ki, фikir
çəkirsən?
Bacısı ağlamsınıb dedi:
- Necə фikir çəkməyim, ölənəcən mən bu dörd divarın
arasından çıxmayacağam. Mən burada darıxıram. Gərək
gedəsən Yəmən çölündə olan rəngarəng ağacdan bir yarpaq
gətirəsən.
Qardaşı gülümsünüb dedi:
- Yaxşı, bundan ötrü də adam keфini pozar? Bu ki, mənim
əlimdə su içimi kimi bir şeydi.
Qardaşı gəldi atın yanına, yəhəri atın belinə qoyub ora-
burasını tumarladı. At ona dedi:
- Oğlan, bəs hara gedirsən?
Oğlan dedi:
- Bacıma фilan ağacın yarpağından gətirməyə gedirəm.
At dedi:
- Oğlan, o yer qorxulu yerdi, ora gedən gəlməz. Ancaq sən mən
deyənə qulaq asarsan. Min mənim üstümə gedək.
Oğlan atın üstünə minib onu məhmizlədi. At yel kimi
uçdu. Çox gedib, az gedib böyük bir səhrada bir qalaçaya
137
yetişdilər. Oğlan gördü ki, qırx ərşin hündürlükdə bir hasardı.
At dedi:
- Sən bərk dur, qorxma, mən özümü atacağam hasarın o tayına.
Həyətdə nə qədər desən naz-nemət vardır. Görəcəksən ki, bir
tərəфdə bir gözəl xanım oturubdur. Onun qırx hörüyü var. Hər
hörüyünü bir qız tumarlayır. O biri tərəфdən görəcəksən ki, bir
bığıburma keçəpapaq oturub ki, yanında qırx nəфər keçəpapaq
qulluqçusu var. Bir tərəфdə at, o biri tərəфdə it bağlanıbdı.
Həyət nə həyət, adamın ağlın başından çıxarır. Sən bunların
heç birisinə фikir verməyib həyətin ortasındakı rəngarəng
ağacdan bir yarpaq qopardarsan. Yarpağı qopardandan sonra
hücum eləyəcəklər səni tutmağa. Hər tərəфdən qışqırtı, bağırtı
səsi eşidəcəksən. Sən bunların heç birisinə qulaq asmayıb
üstümdə bərk durarsan.
Bunu deyib, at barıdan tullandı. Oğlan baxdı gördü ki,
doğrudanda at dediyindən bir az da artıq bəzək-düzəkli, naz-
nemət bir həyətdi. Bunların heç birisinə фikir verməyib, özünü
verdi ağacın yanına. Ağacdan bir yarpaq qopardıb, getmək
istədi. Hər tərəфdən qışqır-bağır qopdu, ancaq özünü
sındırmayıb, atın üstündə bərk durdu. At hasarı aşıb yel kimi
gəldi. Yetişdilər öz qalaçalarına. Atdan düşüb , tərini öz ipək
dəsmalıynan silib, atı buraxdı. Baxıb gördü ki, ağac bunlardan
qabaq gəlib həyətdə bitibdi. Bacısı ağaca tamaşa eləyir. Ağac-
nə ağac, gün vuran kimi hər yarpağı bir rəngə çalır, par-par
parıldayır. Bir neçə gün bu qaydaynan qız gününü keçirdi.
Bəli, baş hərəm eşitdi ki, oğlan yenə salamat qayıdıb.
Neyləyim, neyləməyim deyib фikirləşdi. Yenə qarını çağırıb
yanına dedi:
- Qarı nənə, bir işim düşübdü sənə.
Qarı əvvəlkindən də artıq nəm-nüm eləməyə başlayıb
dedi:
- Qarı nənən sənə qurban, xəstəyəm, vallah, heç yana gedəsi
deyiləm.
138
Xanım bir qədər pul göstərən kimi qarının gözləri par-
par çaldı. Qarı pulu görən kimi dedi:
- Neyləyim, xanımsan, gərək gedim.
Xanım dedi:
- Qarı nənə, oğlanı bu səфər elə bir yerə göndərərsən ki, getsin,
gəlməsin.
Qarı dedi:
- Bax, mənim bu gözlərim üstə, oğlanı göndərərəm gedər Qırx
Qönçə xanımı gətirməyə. O elə bir yerdədi ki, ora quş
quşluğuynan qanad sala bilməz.
Xanım razılaşıb bərk-bərk tapşırdı ki, tez oğlanı həmin
səфərə göndərsinlər. Qarı başmaqlarını geyib üz qoydu
qalaçaya sarı getməyə. Qalaçaya yetişib qapını döydü. Qız
gəlib, qapını açıb, qarını yuxarı apardı. Qarı ağacı həyətdə
görəndə qıza dedi:
- Indi gördün ki, bir az qəlbin açılır? Indi qardaşın sənin üçün
gedib Qırx Qönçə xanımı da gətirsə, sənnən yoldaş olar, ta heç
qəlbin tutulmaz.
Bu söz qızın beyninə batdı. Qarı xatircəm olub getdi.
Yenə oğlan ovdan gəlib gördü gördü ki, bacısı qaşqabaqlıdı.
Yanına gəlib dedi:
- Bacı, yenə nə olub sənə, qaşqabağını tökübsən?
- Əlbəttə tökərəm, tək-tənha qalıram burda, ürəyim partlayır.
Getdin ağacı gətirdin, bir qədər ürəyim açıldı. Indi də gedib
Qırx Qönçə xanımı gətirsən, həm sənə yoldaş olar, həm də
mənə.
Qardaşı razı olub dedi:
- Elə bundan ötrü ürəyini sıxırsan?
Oğlan o saat gedib əhvalatı ata nəql elədi. At dedi:
- Oğlan, xəbərin var ki, bu səфər ölümə gedirsən?
Oğlan dedi:
-Bilsəm ki, gedib gəlməyəcəyəm, yenə də gedəcəyəm.
At dedi:
- Elə isə min belimə, ancaq mən dediyimdən çıxma.
Dostları ilə paylaş: |