119
Görənnər der, bir vaxtdan sora güllə dəən yer şişir, sora da
körpə uşax şəklini alır.
*
*
*
Muğannı kəndində biri yaman xəsdələnir. Heş yerdən
də şəfa görünmür. Bir axşam bunun gözdərinə bir nurani kişi
görsənir, buna der ki, səən nicatın Mirəziz ağanın ocağındadı.
Bu üç gün hər axşam geer ocağa, səri dönür gəlir. Dördüncü
gün sağalır.
Odu ki, deyillər, Mirəziz ağanın ocağı köməyin olsun.
*
*
*
Der ki, bu ocaqda gecələr şam yanarmış. Xəsdələr o
şamı əlinə götürəndə nicat taparmış.
*
*
*
Bu ocaqda bir daş var. O daş, der, hər axşam yerini
dəyişir.
Qutan təpə
Qutan təpənin başında ocax olup. Qədimnərdən hələ ora
nəzir deyəllər.
Nə niyyət eləsən, əmələ gələr.
120
VII. YUXU YOZMALAR
* Yuxuda pencəh, şalvar arxa, köməhdi.
*Yuxuda üzüm görməx göz yaşıdı.
* Təndir qəbirdi.
* Ip yoldu.
* Quyrux bolluxdu.
* Qurd ajlıxdı.
* Qılınc müharibədi.
* Xalça yoldu.
* Qan qovuşuxdu.
* Pul səsdi.
* Su aydınnıxdı.
* Öpuşməh ayrılıxdı.
* At ucalıxdı.
* Alma övladdı.
* Çörəh urzadı.
* Ilan – nəфəsdi.
* It – düşməndi.
* Pıçax – oğlandı.
* Konфet, şokalad – şirinnikdir.
* Tut, üzüm – göz yaşıdı.
* Yuxuda yol getmək – qəşənhdi.
* Yuxuda ilan görməx, elə bil ki, nəfisdi. Sən, məsələn,
bir şey yemisən,
qonşuna, yanındakına verməmisən.
* Yuxuda qoyun, keçi görməx dəvlətdi.
* Yuxuda qız görməx xoşbaxlıxdı.
* At görməx, bala, ucalıxdı. Yuxuda at görən, həyatda
get – gedə ucalır.
* Su oldux qədər aydınnıxdı.
Allah hər qapıdan su axıtsın.
* Yuxuda ölüyə pay verməx yaxşı deil.
121
* Yuxuda diş çəhməx görməx yana yozar, yanı özündə
olmaz da o çıxıntı.
Elə bil ki, ayrı yerdə olar.
* Yuxuda özünü asan görməx adamın günahdan
silkinməyidi.
* Yuxuda yağ görürsən, deyirsən, bılaşıxdı.
* Qət görəndə, bal görəndə, deyirsən, şirinnixdi.
*Yuxuda yağ bulanıxdı, bal şirinniydi, soğan acılıxdı,
üzüm göz yaşıdı.
* Yuxuda çəmənlik görmək, deyir, yaxşı əlamətdi.
* Yuxuda balıq görmək xeyirliyədi.
* Gözü nəzərli adamın ayaqqabısının bir tayının
murdarlanmağı yaxşıdı.
Belədə gözünün nəzəri itər.
* Yuxuda özünü çörək yapan görsən, sevin. Ruzin
artacaq.
* Yuxuda yanan təndir görsən, zərər çəkərsən.
* Yuxuda görülən qurbağa düşmən kimi yozular.
* Yuxuda ziyarət yerlərini görmək savab qazanmaqdı.
* Yuxuda nanə görmək xeyirliyədi.
* Yuxuda ata–ananın səni vurmağı yaxşı deyil,–
deyərlər. Deməli, onnar
sənnən narazıdırlar.
* Yuxuda zərgər görmək, deyərlər, pis əlamətdi.
* Yuxuda lil su bulanıxlıxdı. Həmişə deyərih görən,
bulanıx su nəyin
işarəsidi, nə baş verəcəh?
* Yuxuda üzüm görməh göz yaşıdı. Deyəllər, yuxuda
üzüm görmüşəm,
Allah, sən axırın xeyir elə.
* Yuxuda qırmızı görməh yaxşıdı.