Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

 

 

105 



Arvadı:  

Mehracın gül taxtası,  

 

 

O da mənə qaldı.  



 

 

Günümün gül baxçası 



 

 

O da mənə qaldı.  



 

Il adları ** 

 

Qabaxlar 

adamlar 

bilmirmiş 

ki, 

illəri 


necə 

adlandırsınlar.  Navrız  bayramında  bilicilər  yığışıb  çıxıllar 

gəzişə. Deyillər ki, qabağımıza hansı heyvan çıxsa, o heyvanın 

adını verəcəyik bı ilə. 

Bıların  qabağına  on  iki  adda  heyvan  çıxır.  O 

heyvanların  addarıynan  on  iki  ilə  ad  verillər.  Özü  də  il  hansı 

heyvanın üstündə təhvil olsa, adamlar o heyvanın xasiyyətində 

olur. 


Birinci, siçan  ilidi.  Insannar siçan kimi  olallar, hər  şeyi 

gəmirip dağıdallar. 

Ikinci, öküz ilidi. Insannar işlək olallar. 

Üçncü, pələng ilidi. Insannar pələng kimi yırtıcı olallar. 

Dördüncü,  dovşan  ilidi.  Insannar  dovşan  kimi  qorxaq 

olallar. 

Beşinci, balıx ilidi. Insannar suda çox hərəkət eləllər bı 

ildə. 


Altıncı,  ilan  ilidi.  Bı  ildə  də  insannar  bir  –  birini 

zəhərrər. 

Yeddinci, at ilidi ki, bında insannar dözümnü olullar. 

Səkkizinci, qoyun ilidi, bında insannar həlim, mehriban 

olallar. 

Doqquzuncu,  meymun  ilidi.  Bında  insannar  meymun 

kimi oyunbaz olallar. 

Onuncu, toyuq ilidi. Insannar bı ildə havada uçallar. 

On  birinci,  it  ilidi  ki,  bında  da  insannar  it  kimi 

boğuşallar, müharibə – zad olar. 




 

 

106 



On ikinici ili donquzunan tuşdaşmışdılar. Donquz ilində 

insannar salamat olallar. 

 

 

 



 

Xanbəzəmə mərasimi ** 

 

Yeddiləvin  günü  sübh  tezdən  hamı  böyük  bir  meydana 

yığışır.  Şənlik  başlanır.  Cəngi  havaları  altında  zorxanalar 

qurulur.  Pəhlivannar  üz  –üzə  dayanıb  meydanın  qızışmasını 

gözləyirlər.  Meydanı  dövrəyə  almış  adamlar  pəhlivan 

güləşindən əvvəl bu nəğməni oxuyurlar: 

 

 

Iki iyid çıxdı meydana, 



Ikisi də bir – birindən mərdana. 

Həzrəti – həmzə pirimiz, 

Aradıq, tapdıq bir – birimiz. 

Əl başda, diz yerdə

Güləşəyim düz yerdə. 

Dərələr axar, 

Ərəbtək çaxar. 

Əlini yana sıxınca, 

Zorba nəri yıxınca. 

Ata düşüncə sırma, 

Çox irəlidə durma. 

Dəvə fəndi qutludu, 

Nər oğullar umudludu. 

Haqqış – haqqış, 

Bərk yapış. 

Əldən çıxdı, 

Topuqdan yapış. 

Biz deyərik maşallah, 




 

 

107 



Siz deyin bərəkallah. 

Maşallah deyənin 

gözünə nur, 

Maşallah deməyənin gözünə kül. 

 

Güləş  başlanır.  Pəhlivannar  güləşib  qurtarandan  sonra 



zorxana  yığışdırılır.  Bu  dəfə  oynaq,  məzəli  havalar  çalınır. 

Meydana kosa çıxır. 

Kosa  tərsinə  kürk  geymiş  hazırcavab  bir  adamdı. 

Başında  uzun  motal  papaq,  ayağında  taxta  başmaq  var. 

Boynundan zınqırov sallanır. Paltarının altından qarnına yastıq 

bağlayıb.  Əlində  bəzəkli  qırmızı  çömçə  adamların  arasında 

gəzişir. Adamlar bir ağızdan belə oxuyurlar: 

  

 



 

 

 



Ay Kosa – kosa, gəlsənə, 

Gəlib salam versənə

Çömçəni doldursana, 

Kosanı yola salsana. 

Ay uyruğu – uyruğu, 

Saqqalı it quyruğu. 

Kosam bir oyun eylər, 

Quzunu qoyun eylər. 

Yığar bayram xonçası, 

Hər yerdə düyün eylər. 

Novruz – novruz bahara, 

Güllər – güllər nubara, 

Bağçanızda gül olsun, 

Gül olsun, bülbül olsun

Bal olmasın, yağ olsun, 

Evdəkilər sağ olsun. 

Xanım dursun ayağa, 

Kosaya pay versin ağa. 

Qurbanın olum, yaşıl çuxalı, 

Culfalısan, yoxsa buralı? 




 

 

108 



Baxçanızda gül olsun, 

Gül olsun, bülbül olsun, 

Bal olmasın, yağ olsun, 

Evdəkilər sağ olsun. 

Xanım, ayağa dursana

Kosaya pay versənə. 

Mahnı qurtaran kimi Kosa yıxılır. Guya ölür. Bu zaman 

onunla belə söhbət edirlər: 

 

Ay Kosa, gəldiyin hardan bəridi? 



 

Şərurdan. 



 

Nə gətirdin ordan? 



 

Alma. 



 

Almanı neylədin? 



 

Satdım. 



 

Pulunu neylədin? 



 

Öküz aldım. 



 

Öküzü neylədin? 



 

Vurdum öldü. 



Kosanın başına yığışanlar bir ağızdan deyirlər: 

  

 Başın sağ olsun, Kosa, 



  

 Ərşin uzun, bez qısa, 

  

 Kəfənsiz ölməz Kosa. 



 

Kosa üz – gözünü əcayib hala salıb min cür hoqqa 

çıxardır. Çömçəsini qabağa uzadıb pay istəyir. Adamlar onu 

dolaya – dolaya oxuyurlar: 

 

Ay Kosa – kosa, gəlmisən, 



Lap vaxtında meydana sən. 

Almayınca payını 

Çəkilmə bir yana sən. 

Beş yumurta payındı 

Əskiyini almayasan... 

Mənim Kosam oynayır, 




 

 

109 



Gör necə dingildəyir. 

Ona qulaq asanın 

 

Qulağı cingildəyir. 



Mənim Kosam cannıdı, 

Qolları mərcannıdı. 

Kosama əl vurmayın, 

Kosam ikicannıdı. 

Qələm oynar qaşında, 

Yüz əlli beş yaşında, 

 

Gör nə cavandı Kosam. 



Hamı  Kosaya  pay  verir.  Kosa  yenə  gülməli  oyunlar 

çıxarıb  adamları  əyləndirir.  Bundan  sonra  ağsaqqallardan  biri 

ortaya çıxıb, meydana yağılanlara üz tutub deyir: 

– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş – 

qabaqlı,  sözü  ötkəm  adam  olsun.  Ona  bir  vəzir,  bir  vəkil,  üç 

fərraş, bir də bir cəllad seçib verin. 

Adamlar yer – yerdən deyirlər: 

 



Xanımız olsun başmaqçı Mərdan. 

 



Vəzirimiz də körükçü Əli olsun. 

 



Çayçı Mahmudu vəkil seçək. 

 



Fərraşlığa Qara Xudayar yaxşıdı. 

 



Biri də Çavuş ələmdar olsun. 

 



Qurd Bağırdan da yaxşı fərraş olar. 

 



Cəlladlıq elə əzəldən Qəssab Tağının boyuna biçilib. 

 



Olsun, olsun. 

Xanı  təmtəraqla  meydanın  yuxarı  başında  qurulmuş 

taxtda  oturdurlar.  Vəzir  –  vəkil  də  gəlib  taxtın  sağ  –  solunda 

əyləşir.  Yaraqlı  –  yasaqlı  fərraşlar  xanın  hüzurunda  əmrə 

müntəzir  dayanırlar.  Cəllad  qırmızı  libas  geyib,  əlində  balta 

meydanın  aşağı  başında  gözləyir.  Xan  gözlənilməz  əmrlər 

verir,  adamları  da  onun  buyuruqlarını  can  –  başla  yerinə 

yetirirlər.  Kosayla  təlxək  də  tez  –  tez  meydana  girib  xanı 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə