Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə28/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   24   25   26   27   28   29   30   31   ...   135

 

 

101 



 

Evimizin dalı nanə, 

 

 

Yarpağın töküb hər yana 



 

 

Özüm sənə qaynana. 



Gəlin, xoş gəldin, xoş gəldin, 

Bəyə tuş gəldin, tuş gəldin. 

 

Evimizin dalı pazı, 



Yarpağı var qazı–qazı. 

Baldızların sənə bacı. 

Gəlin, xoş gəldin, xoş gəldin, 

Bəyə tuş gəldin, tuş gəldin. 

 

Bazardan aldım soğanı, 



Bu soğan hara soğanı, 

 

          Sağ olsun oğlan doğanı. 



 

 

Gəlin, xoş gəldin, xoş gəldin, 



Bəyə tuş gəldin, tuş gəldin.     

 

Yallılar 

 

Toyda belə yalli gedirdilər, düzülüllər, bir tərəf derdi: 



Mənim yarım seyitdi 

 

O yannan o biri dəstə derdi: 



Cüyüm ağdan gedibdi, 

        Əvvəl əri döyüpdü

Çöldə qurban deyipdi. 

Aman məsməli dağlar. 

Qurban kəsməli dağlar. 

Onnan  sora  da  yallını  gedirdilər,  çöpüdümü  gedirdilər, 

gəlirdilər  kimi  tuturdular,  alırdılar  qucaxlarına.  Görürdün 

birinin pencəyini götürdülər, birinin papağını götürdülər, birini 

də ağacınan vurdular boylum. 

 



 

 

102 



Bəy yallısı 

 

Belə  bir  bəy  yallısı  var.  Əslində  Köçəri  yallısıdı.  Əmə 

indi ona bəy yallısı deyillər. 

O yallı da elə bil ki, bir növ yarışdı, oyundu. Onnan sora 

hər  iki  tərəf  bir–birinin  qollarının  altınnan  keçir.  Bu,  rəqsin 

ikinci  hissəsində  olur.  Bu  rəqs  çəkir  bir  saata  qədər.  Bu  vaxt 

heç  kəs  dayanmamalıdı.  Ikinci  hissə  bitənnən  sora  üçüncü 

hissədə  oynaya–oynaya  hər  iki  dəstə  bir–birinin  çiyninnən 

tullanır.  Bu  zaman  yıxılmamalısan.  Yoxsa  rəqib  tərəf  oyunu 

udar.  Sora  da  dəstə  üzvləri  bir  -  biri  ilə  güləşillər.  Axırda 

dəstələrdən hər bir nəfər oynamağa başlıyır. Udan, uduzan tərəf 

bilinir. Ona görə bəy yallısı deyillər ki, bəy də oynuyur ta yarış 

başlıyanda bəy çıxıb gedir. 

 

Çöpüdü 

Bizdərdə  buna  deyəllər  çöpüdü.  Toyda  bir  dəstə 

düzələr, biri olar yallıbaşı, bu yallıbaşı da əlinə bir çubux alar. 

Yallı gedəllər, birdən başçı məsəltün, əlin atar bir uşağı 

götürər,  gərəh  yanındakı  da  eliyə.  Eliyənməsə  başçı  çubuğnan 

onu vurar. 

 

Asma – kəsmə 

 

Əlincəçay  boyu  kənddərdə  asma  –  kəsmə  oyunu 

keçirilir.  Toyun  axırıncı  günü  bəy  öz  sağdış  –  solduşu  ilə 

birlikdə  taxt  qurur.  Özünə  vəzir  –  vəkil  və  cəlladdar  seçir. 

Toyda  kimin  bir  istəyi,  gileyi,  güzarı  olsa,  bəyə  bildirir.  Bəy 

kimi  isə  cəzalandırır,  kimi  isə  cərmə  edir.  Yığılan  pullar 

kasıplara  verilir.  Qalan  pullarla  məclis  düzəldilir.  Camaat 

məclisdə  iştirak  edir.  Bu,  "bəyin  bəylik  gecəsi",  "Asma  – 

kəsmə" adlandırılır. 

 

Xəlil dövrü 




 

 

103 



 

 

Oyun  əl  hərəkətdəri  ilə  göstərilir. 



Oyunda  iki  qadın  iştirak  edir.  Biri  oyunun  sözlərini  dedikcə 

ikinci  çarşab  altından  əl  hərəkətləri  ilə  göstərir.  Birinci  arvad 

Xəlilin  anasıdı.  Onun  sözlərinnən  məlum  olur  ki,  oğlu  Xəlil 

çox  vuran–tutan  olup.  O  öldühdən  sora  anası  tək  qalıp.  Daha 

ona heç köməklik edən olmuyup. Buna görə də o tez–tez Xəlil 

dövrünü xatırlayır.  

Xəlil dövrü, Xəlil dövrü, 

Qəndlər gəlirdi kəllə–kəllə 

Qırırdım bir az o qonşuma, 

Bir az bu qonşuma, 

Bir az da salırdım çaya. 

Tökürdüm ağzıma, 

Gedirdi boğazıma. 

Yanasan dizdər (dizinə çırpır), 

Çıxasan gözdər… 

Xəlil dövrü, Xəlil dövrü, 

Çitlər gəlirdi top–top, 

Cırırdım bir az da o qonşuma, 

Bir az da bu qonşuma 

Yanasan dizdər, çıxasan gözdər. 

Xəlil dövrü, Xəlil dövrü, 

Xəlil gedirdi bazara 

Şaqqa–şaqqa ət gətirirdi. 

Toxmaca döyürdüm, küфtə salırdım, 

Bir az o qonşuma, 

Bir az da bu qonşuma. 

Bir az da atırdım ağzıma, 

Gedirdi boğazıma. 

 

Yanasan dizdər, çıxasan gözdər. 



Xəlil dövrü, Xəlil dövrü... 

Düyü alıb gətirirdi tay–tay 

Tökürdüm qazana, plov süzürdüm. 



 

 

104 



Bir az o qonşuma, 

Bir az da bu qonşuma. 

Bir az da qoyurdum ağzıma, 

Lumb gedirdi boğazıma, 

Yanasan dizdər, çıxasan gözdər. 

Beləliklə oyun sona çatır. 

 

Məzhəkəli oyunlar 

 

Mehracın arvadının həmişə qızı olurmuş. Buna görə də 

Mehrac  özünə  yeni  arvad  almaq  istəyir.  Bunu  bilən  Mehracın 

arvadı baldızı ilə daim bu barədə söhbət edir. 

 

 

Mehracın atı aladı, bacı,  



 

 

Başıma qovğa–bəladı, bacı.  



 

 

Əvləndi Mehrac, əvləndi, bacı.  



 

 

Başıma qayğac, əvləndi, bacı.  



Qırdan gətirdim qovğanı, bacı.  

Doğradım tökdüm saçını, bacı.  

Mehrac aldı oğlan doğanı, bacı.  

Əvləndi Mehrac, əvləndi, bacı.  

Başıma qayğac, əvləndi, bacı.  

Ay bacı, bacı, can bacı…  

 

Arvadı: Mehrac neynədi?  

 

Mehracın bacısı:  

Mehrac bir belə qənd aldı, apardı ora.  

 

Bu gün də bir boxca paltar apardı ora.  



 

Qırdım gətirdim çoğanı, bacı,  

      

 

Doğradım tökdüm soğanı, bacı.  



 

 

Mehrac aldı oğlan doğanı, bacı.  



 

 

Əvləndi Mehrac, əvləndi, bacı.  



 

 

Başıma qayğac əvləndi, bacı.  



 

 

Ay bacı, bacı, can bacı–bacı.  



 

 

Mehracın arvadı neyləyir?   



Mehracın bacısı: Mehracın arvadı öldü.  


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə