114
götürüb, qapı–qapı gəzər və Xıdır Nəbiyə xalqın illərlə
qəlbində yaşatdığı ən səmimi istəklərini bildirərdilər:
Xıdıra Xıdır deyəllər,
Xıdıra çörək verəllər.
Mən Xıdırın nəyiyəm?
Ayağının nalıyam,
Xanım, ayağa dursana,
Yükün dalın açsana.
Torbanı doldursana,
Qonağı yola salsana.
Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı?
Məhlənizə gələndə
Itlər bizi taladı.
Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və
uşaqlara bayram payı verilərdi. Qovurğadan həyətdəki toyuq–
cücəyə atardılar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta
versinlər. Müqəddəs bir bayram olduğundan qovurğanın yerə
dağılmasına və ayaqlanmasına imkan vermək olmaz.
115
Xına gecəsi
Xına gecəsi hakuşka getməklə bitmir, eyni zamanda
məclis əhli əlinə–ayağına xına qoyar, qaşlarına rasıx çəkərdilər,
səhərə qədər yuxusuz qalıb, deyə–gülə toyun dolmasını bükər,
düyüsünü arıtlayar, ət çəkər, eyni vaxtda lətifələr söyləyərdilər.
Bu zaman yorğunluqdan gedib yatanları yorğan–döşəyə tikər,
saç–saça hörər, üz–gözlərini gülünc boyayardılar. Səhər
oyananlar
yorğan–döşəkdən
qalxa
bilməz,
saç–saça
bağlandıqlarından başlarını qaldırdıqları zaman bir–birini
incidər, gülüşə səbəb olardılar. Əsl qəhqəhə isə ayna qabağında
sir–sifətini görüncə qopardı.
Xına gecəsi məzəli olsun deyə, qoca qarılardan biri
cavan gəlin kimi geyinər, üz–gözünü bağlayar, barmaqlarına
üskük taxar və xına yaxan, dolma bükən, deyib–gülən
qadınların yanına gələrdi. Hamı onun rəqs etmək fikrində
olduğunu başa düşərdi. Qadınlardan biri qədim bir hava ilə
"gəlini" yarı xoş, yarı zor ortalığa çəkər, qalanlar da bir neçə
dəqiqəlik iş–gücü buraxıb əl çalardılar. "Gəlin" bu rəqsi
barmaqlarındakı üskükləri bir–birinə vuraraq çox məzəli
oynayardı. Qaval çalan qadın belə oxuyurdu:
Bu torpağın adı Ənzəli,
Çopur Ağəli!
Bir addım da tullan irəli,
Ay mənim balam!
"Gəlin" bir az da ortaya gəldikdə nəğmənin davamını
oxuyardılar:
Oyna bənövşəli xanım,
Əlləri şüşəli xanım.
116
Bu rəqslər bitər–bitməz qadınlardan biri yalançı
"gəlin"in baş yaylığını açar və bu zaman rəqs edənin kim
olduğu aşkar olar, gülüş səhərə qədər davam edərdi. Ortalığa
çəkilmiş "gəlin" rəqs edə–edə deyərdi:
Qaynanam öləndə özüm ağlaram,
Şiş götürüb dabanınnan dağlaram.
Eşşəh kimi samannıxda bağlaram.
Qaynana, qaynana, xanım qaynana,
Tumanıvı geyim, gedim meydana.
Rəqs edən "gəlin" yaşlı olduğundan qayınana–gəlin
münasibətinə nə qədər sataşsa da, ondan heç kim inciməz.
Əksinə, gülüşərdilər. Bəzən hakuşkadakı sözlər həddi–hüdudu
aşardı.
117
VI. PIRLƏR, OCAQLAR
Ocaqtəpə
Ocaxtəpə ziyarətgahdı. Der, burda qədim şəhər ətəyində
çoban qoyun otarır, görür ki, şəhərdən toz – duman qalxdı. Der,
bu, o qədər dəhşətdi olup ki, dağlar da silkələnip. Ocaxtəpiyə
qayıdan çoban gözdərinə inanmır. Göör ki, Lələ köçüp, yurdu
qalıp, nə şəhər var, nə də ins – cins. Indi də Ocaxtəpədəki
qədim evlərin xarabalıxları durur.
Piri piri
Pəzməri kəndinin yaxınnığında «Piri piri» adlanan pir
vardı. Belə rəvayət edillər ki, həmin yer kəndlilərin yaylağına
çevrilmişdi. Burada çobannar çadır qurup, payıza kimi
qalırdılar. Bir gün çoban günorta obuya gələrkən çadırın
içinnən çıxan ilan görür. Çoban qaçır ki, ilanı öldürsün, ancaq
ilan çınqılın içinə girir. Çoban başlıyır çınqılı qazmağa ki, ilanı
öldürsün. Çınqılın içində dərin bir yuva görünür. O, başqa
çobannarnan birlihdə oranı qazır və çox heyrətdənillər.
Qazdıxları quyunun içində iki məzar görüllər. Məzarın biri
balaca, biri isə böyüh idi. Belə güman edillər ki, həmin
məzarlar imamlarımızın nəslinnən olan ata və balanındı. Həmin
günnən ora ziyarətgaha çevrilip.
Kənddərdən hamı ora nəzir deyir. Hamı «Piri piri»ni
ziyarət edir. Son zamannara kimi bu pirin qapısında həmişə bir
ilan durur, girənə heç nə etmirdi. Ancaq kim içəridən bir əşya
götürüb çıxırdısa ilan qapının ağzında durub o şəxsi çölə
buraxmırdı, ta ki o əşyanı yerinə qoymuyunca.
118
Kündəli pir
Kəndimizin qırağında bir kündəli pir var. Ora cındalı
pir də deyərik. Kimin ki, bir niyyəti, diləyi olsa, aparıb oradakı
dağdağan ağacının budaqlarına parça bağlayar. Dağdağannan
bir az o yana təndirdi. Təndirin daşlarının üstü elədi ki,
deyirsən bə xamır kündələridi, quruyub–qalıb.
Deyir, bir vaxtlar çörək yaman boluymuş. Odur ki, aclıq
əzabı, Allah sınağı yaddan çıxıbmış. Çörəyi zibilliyə atırmışlar.
Bir gün arvadlar bu təndirdə çörək yapırmışlar.
Uşaqlardan biri çörəyə dilinən demək olmayan hörmətsizlik
eləyir.
Təndir də daşa çöyrülür, kündələr də. O vaxtdan
buranın adı qalır Kündəli pir.
Vaxım yerlər
Bizlər vaxım yerləri müqəddəs bilərik. Oraları əkmək,
qazanc götürmək olmaz, günahdı. Əkib–becərsən də əlin boşda
qalar, xeyir gotürməzsən, xəstəlik taparsan. Bir də necə
əkəsən? Odey, Kündəli pirdən azca bu yana da vaxımdı.
Dədə–babadan deyərlər ki, orda buynuzlu, qocalıb–
qartalmış bir ilan var. Kim oranı əkmək istəsə, ilan gələr
üstünə, vaxımın qırağınacan onu qovar.
Mirməjlum ağa ocağı
Muğannı kəndində Mirməjlum ağa ocağı hamının and
yeridi. Der, bu ocağa axşmçağılar ovlar gələrmiş sağılmağa.
*
*
*
Der, bir gün Mirəziz ağa bərk hesdənir, elə hala gəlir ki,
tüfəngi götürüp evin qabağındakı tut ağacına güllə atır.
Dostları ilə paylaş: |