133
- Arvad doğanda nə təhər olursa-olsun uşağı gizlədib, onun
yerinə it küçüyü qoyduraram.
Qarı mamanı öyrədib, ona çoxlu pul verdi. Bəli, vaxt
yetişdi, arvad doğan zaman onun iki gözəl uşağı oldu. Mama o
saat uşaqları gizlətdi, yerinə it küçüyü qoydu və padşaha tez
xəbər yetirdi ki, arvadın it küçüyü doğmuşdur. Padşah
qəzəblənib, əmr etdi ki, dərhal arvadı zindana salsınlar. Amma
vəzir qabağa yeriyib, padşaha dedi:
- Qibleyi-aləm, bu yaxşı iş deyil. Təzə doğan arvadı zindana
salmaq sizə yaramaz. Başqa yerdən eşidib bizə gülərlər.Yaxşısı
budur ki, arvadı qov, şəhərin bir kənarında, bir xaraba yerdə
qalsın. Gündə xörək-mörəklərin artıqlarından göndərərik,
birtəhərnən dolanar.
Baş hərəm yenə qarını çağırıb uşaqların halını soruşdu.
Qarı dedi:
- Xanım, bir qutu qayırtdırıb, uşaqları içinə qoyub, atdıq
dənizə.
Sizə xəbər verim qutudan.
Dəryanın üzündə qutu üzə-üzə getdi çıxdı bir
dəyirmana. Dəyirmançı dən üyüdən yerdə gördü ki, dəyirmanın
novuna bir qutu ilişib. Tez qutunu gətirdi, açıb gördü ki, körpə
uşaqdı. Həmin dəyirmançının heç uşağı olmamışdı, uşaqları
evə gətirib arvadına dedi:
- Arvad, övladımız yoxdu deyən, Allah bu uşaqları bizə yetirib.
Gərək bunlara öz gözümüzün işığı kimi baxaq.
Bu minvalnan uşaqlar on beş yaşına yetişdilər.
Dəyirmançı ilə arvadı öldü. Bir bacı, bir qardaş qaldılar. Bir
gün qardaş yuxuda gördü ki, bir at dayanıb qapıda, buna deyir
ki, gəl mənnən gedək, axırın xoşbaxtlıqdır. Oğlan yuxudan
oyanıb gördü ki, doğrudan da eşikdə bir at dayanıb. Rəvayətə
görə, bu at yel atı imiş. At dilə gəlib dedi:
- Ay oğlan, min belimə, bərabər gedək, səni elə bir yerə
aparacağam ki, orda xoşbəxt olacaqsan.
134
Oğlan tez ata minib yola düşdü. At yel kimi uçurdu.
Dərələrdən yel kimi, badeyi-sərsər kimi, gethaget, bir qalaçaya
yetişdilər. At dayanıb dedi:
- Oğlan, düş.
Oğlan düşüb qalaçaya yaxınlaşdı. Gördü ki, qırx arşın
ucalıqda bir hasarlı qalaçadı. Həmin qalaçanın da bir dəmir
qapısı var.
At dedi:
- Oğlan, mən gedirəm, sən burda qalarsan. Hər vaxt mən sənə
lazım olsam, bu tüklərimdən oda tutarsan, hazır olaram.
Oğlan qapıya yaxınlaşıb, bir təkan vurdu. Qapı
açılmadı. Ikinci təkan vuranda qapı açıldı. Oğlan içəri girib
gördü ki, burda bir-birindən bəzəkli qırx otaq var. Otaqları bir-
bir gəzdi, amma heç bir adam görmədi.
Bəli, üç gün burda qaldıqdan sonra yadına düşdü ki,
bacısını da bura gətirmək lazımdır. Tez tükü oda tutdu, at hazır
oldu. Ata minib yola düşdü. Bir neçə saatdan sonra bacısının
yanına gəldi. Bacısı üç gün idi ki, фikir eləyib ağlayırdı.
Qardaşının gəlməsini görüb yaman sevindi. Qardaşı dedi:
- Bacı, ta durmaq vaxtı deyil, bizim qismətimiz başqa yerdədir.
Dur min tərkimə, bərabər gedək.Bacısı da durdu ayağa, ikisi də
mindilər ata. At bunları həmin qalaçanın yanına gətirdi. Oğlan
ipək dəsmalını çıxarıb, atın tərini sildi. Keçdilər otağa, bir-bir
otaqları gəzib, bacısına göstərdi. Bacısı da bu imarəti bəyəndi.
Bunlar burda qalmaqda olsunlar. Bunların səsləri, soraqları hər
yerə yayıldı. Hamı danışırdı ki, bəs фilan qalaçada bir bacı-
qardaş yaşayır. Qız olduqca gözəl, qardaşı da pəhləvandır.
Gündə ov ovlayıb gətirir. bunlar burda yaşamaqda olsunlar, gəl
sənə xəbər verim baş hərəmdən.
Gözünə döndüyüm padşahın baş hərəmi eşitdi ki, bəs
фilan yerdə bir bacı-qardaş şad gün keçirirlər. Tez qarını
çağırıb dedi:
- Qarı nənə, nə təhər olmuş olsa, bu gün mənə bir xəbər
gətirməlisən, görək o oğlannan qız kimdi. Qarı əvvəlcə getmək
135
istəmədi. Axırda baş hərəm ona birqədər qızıldan-zaddan
verdikdən sonra qarı dedi:
- Buy, qarı nənə sənə qurban, niyə getmirəm, gedərəm, bir də
üstəlik. Qarı çadrasını başına saldı.Yavaş-yavaş gedib özünü
qalaçanın yanıa yetirdi. Başladı ah-vaynan qapını döyməyə.
Oğlan ova getmişdi, evdə yoxuydu. Qız qapını açdı, gördü ki,
bir nəфər qarıdı. Qarı qızı görən kimi dedi:
- Buy, qarı nənən sənə qurban, heç rəvadı ki,sənin kimi gözəl,
göyçək bir qız bu qalaçada tək-tənha qalsın? Heç kəsin də
xəbəri olmasın? Bəs kişi xeylağından-zaddan nəyin var?
Qız dedi:
- Qarı nənə, bir qardaşım var, o da ova gedib.
Qarı əhvalatı bilib, durdu getməyə. Çadrasını başına
salıb dedi ki, darıxma, qızım, mən tez-tez gələrəm, söhbətdən-
zaddan elərik, günün xoş keçər. Qarı mürgüləyə-mürgüləyə
özünü baş hərəmin yanına yetirdi. Baş hərəm oturub фikir
edirdi ki, görəsən, qarı nə xəbərnən gələcək. O, yəqin eləmişdi
ki, bu oğlannan qız padşahın naxırçı arvadından olan
uşqlardı.Odur ki, çarə axtarırdı ki,oğlanı yox eləsin. Bu vaxt
qarı tövşəyə-tövşəyə özünü yetirib dedi:
- Xanım, həmin qalaçada bir oğlan və bir qız yaşayır. Özləri də
bacı-qardaşdılar. Baş hərəm tez barmağını dişləyib dedi:
- Aha, ey dili-qaфil, bu həmin uşaqlardı. Mən nə təhər eləyim
ki, onların başını batırım.
Qarını çağırıb dedi:
- Qarı nənə, bu səфər sənə bir çətin işim düşüb. Nə təhər
olursa-olsun, gərək ona əməl eləyəsən.
Qarılarda adətdir, bir az nəm-nüm eləyər. Bu qarı da bir
az nəm-nüm eləyir.
Xanım dedi:
- Gərək yenə gedəsən həmin qalaçaya, birtəhər eləyib o qızı
başdan çıxarasan ki, qardaşını bir gedər-gəlməz yola göndərsin.
Qarı əvvəl boynuna almadı, sonra qızılları görən kimi
razı oldu. Yenə çadrasını başına örtüb:
Dostları ilə paylaş: |