Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə10/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

 i.e.n. Mübariz CAMALOV 
30 
Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə 
etdiklərinizi biləndir!”
13
 
“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa 
sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq 
üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə  və (cihad üçün bəslənilən) 
döyüş atları  tədarük edin. Allah yolunda nə  xərcləsəniz, onun əvəzi 
artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!”
14
 
“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha 
qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə 
söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar 
Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri  əməllər 
barəsində xəbər verəcəkdir!”
15
 
“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan 
əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapa-
sınız! - Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan 
və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”
16
 
Nəticə olarak demək olar ki, Qurandakı hökmlərin illətlərə bağlı olaraq 
qoyulduğu açıqdır. Bu illətlərin təyin olunması yollarından biri olan nəslə 
təyin etmə metodu ən güvənilir hesab olunur. Qurandakı hökmələrə 
baxdığımız zaman bu illətlərin müxtəlif yollarla bildirildiyini görərik. Bunlar 
əsas etibarilə önqoşmaların vasitəsi ilə bildirilir. Hökmlərin illətləri 
əksəriyyətlə hökmlərlə birgə qeyd olunur və vasitəsizdir. Yəni Quran 
hökmlərinin illətləri dolaylı yollarla deyil, birbaşa bildirilmişdir.  
                                                 
13
 Nur, 24/27-28. 
14
 Ənfal, 8/60. 
15
 Ənam, 6/108. 
16
 Maidə, 5/90-91. 


Qurani-Kərimdə hökmlərin illətinin nəslə təyin olunması 
31 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
Candan, Abdurrahman, İslam hukukunda illeti tesbit yolları, doktora 
tezi, Konya, 2005. 
Deniz, Abdülbaki, İslam hukukunda illet ve faizin illeti, yüksek lisans 
tezi, Bursa, 2006. 
İbrahim Kafi Dönmez, “İllet”, DİA, İstanbul, 2000. 
İci,  Əbül-Fəzl  Ədududdin  Əbdurrəhman,  Şərhu müxtəsəril-müntəha li-
İbnil-Hacib, yy. ty. 
Pəzdəvi, Kənzul-vusul ilə mərifətil-usul, İstanbul, 1307. 
Şatibi, Müvafaqat, İstanbul, 1990. 
Sədi, Abdulhakim Abdurrahman Əsəd, Məbahisul-illə fil-qiyas indəl-
usuliyyin, Beyrut, 2000. 
Selvi, Abdulkadir, İslam hukuk metodolojisinde illet kavramı ve bilinme 
yolları, Sivas, 2006. 
Səraxsi, Usulus-Seraxsi, Darul-kutubil-ilmiyyə, I-II, Beyrut, 1995. 
Sövqani, İrşadul-Fuhul ilə təhqiqil-haqq min ilmil-usul, Beyrut, 1992. 
V.M.Məmmədəliyev, Qurani-Kərim məalı, Bakı, 2007. 
Wael B. Hallaq, The Development of Logical Sturucture in Suni Legal 
Theory, Der Islam, 64/42-67, 1987. 
Zərkesi, əl-Bəhrul-muhit fi usulil-fiqh, Küveyt, 1992. 
 


 i.e.n. Mübariz CAMALOV 
32 
 
 
RESUME 
 
This work deals with one of the concepts which burning question in 
recent years. It focuses on the theoretical bases of this concept. Its clear that 
The Qoranic judgements have cause (illa). There are many ways for 
explanation of causes. The securest way of explanation for causes is the 
Qoranic text, namely the Qoran itself explaines causes of judgements. Most 
important element of causes is the pronounes. The causes in the Qoran are 
explaining with judgements. In other words causes of judgements are clear 
and directly. 
 


Ərəb ədəbi dilində kəmiyyət kateqoriyasının özünəməxsus 
formalarından olan təsniyənin şəkilçiləri və leksik-semantik xüsusiyyətləri 
33 
 
 
ƏRƏB ƏDƏBİ DİLİNDƏ KƏMİYYƏT KATEQORİYASININ 
ÖZÜNƏMƏXSUS FORMALARINDAN OLAN TƏSNİYƏNİN 
ŞƏKİLÇİLƏRİ VƏ LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 
 
Aslanova Süsən Yusif qızı

 
 
 
Dilçilərimizin kəmiyyət kateqoriyası barəsində fikirlərinə əsaslanaraq ilk 
öncə onu deyə bilərik ki, insanın əşya haqqındakı əlavə anlayışlarından biri 
olan kəmiyyət kateqoriyası əşyanı hərtərəfli dərk etmək üçün onun azlığı və 
ya çoxluğuna dair məlumat verən vasitələrin bu və ya digər dildə öz ifadəsini 
necə tapmasında özünü göstərir. Nitq hissələrindən olan saylar elə bu 
zərurətdən yaranmışdır. Saylar və  məlumatın maddi daşıyıcısı olan ad, bu 
adın məfhumla  əlaqəsi - bütün bu münasibətlər dünya dillərində müxtəlif 
şəkildə öz əksini tapmışdır və  hər bir dildə  də özünəməxsus xüsusiyyətlər 
kəsb edir.  
Digər dünya dillərindən fərqli olaraq, ərəb dilində kəmiyyət kateqoriyası 
tək, təsniyə və cəm olmaqla üç növə ayrılır.  
Təsniyə forması ikilik bildirən bir kəmiyyət formasıdır, hər hansı bir 
əşyanın və ya varlığın sayca iki olmasını bildirir. Ərəb dilində ىنثم və ya ةينثت 
adlanan bu forma eyni cinsli əşyanın sayca iki olmasını bildirməklə yanaşı, 
həm də ərəb əlifbasının iki nöqtə ilə yazılan samitlərini ifadə edir. 
Ərəb dilində isimlərin qrammatik kəmiyyət kateqoriyası, yuxarıda qeyd 
etdiyimiz kimi, tək, təsniyə və cəm şəkillərində təmsil olunur. Əşyanın sayca 
iki olduğu və ya iki müxtəlif şeyi əhatə etdiyi leksik və morfoloji yolla ifadə 
edilə bilir.  
Leksik vasitəyə özlüyündə heç bir şəkilçi qəbul etmədən çütlük və ya 
qoşalıq bildirən isimlər daxildir. Məsələn:  جوز - cüt; qoşa; iki, عفش - cüt; 
qoşa; iki, 
 اكزلا
 /
اكز
 - cüt.  
                                                 

 BDU, İlahiyyat fakültəsi 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə