Elşad MAHMUDOV
52
ziyarəti məqsədilə Ərəbistana, Hicaza və daha dəqiq desək ticarət yolları
üzərində yerləşən Məkkə şəhərinə gəlirdilər. Ərəblər, xüsusilə də tacirlər və
Kəbə ziyarətinə gələn hacılar vasitəsilə qonşu millətlər və dövlətlərin tarixi-
nə aid məlumatları əldə edirdilər. Məkkədə və Ərəb yarımadasının müxtəlif
yerlərində təşkil olunan yarmarkalarda, ticarət mərkəzlərində insanlar bir
yerə toplanır, görüb eşitdikləri, şahid olub iştirak etdikləri mühüm hadisələr
haqqında məlumat verir, müzakirələr aparır, arzu edənlər məsələlərlə bağlı
söz alıb danışırdılar. Bununla bərabər bəzi araşdırmaçılar Ərəb yarımada-
sında xüsusilə böyük nüfuza malik olan Məkkəlilərin tarixi məlumatlara
sahib olduqlarını, İslamaqədərki dövrdə Məkkədə tarixi məsələlərlə maşğul
olan xüsusi idarənin mövcud olduğunu, xarici işlərələ məşğul olan idarə ilə
müştərək fəaliyyət göstərən bir “tarix qurumunun” mövcud olduğunu qeyd
edirlər. O zamanlarda Məkkədə tarix sahəsində ən səlahiyyətli şəxslərdən
biri Ömər İbn əl-Xattab idi. Məkkə şəhər dövlətinin ümumi səfiri və ya
xarici işlərə baxan səlahiyyətli nümayəndəsi olan Ömər İbn əl-Xattab
vəzifəsinin gərəyi olaraq qonşu dövlətlərin tarixini və hüququnu yaxşı
bilməli idi.
19
Bundan başqa məşhur tarixçi İbn Hişamın qeyd etdiyinə görə
Məkkədə yaşayan və İslam peyğəmbərinə böyük düşmanlığı ilə tanınan Nadr
İbn Haris adlı bir şəxs Hirə krallığına getmiş, orada İran kisraları, Rüstəm və
İsfəndiyar haqqında tarixi məlumatlar əldə etmişdir. İbn Hişam həmçinin
Qurani-Kərimin ehtiva etdiyi məlumatlar işığında öz qövmünə keçmiş
millətlərin və dövlətlərin tarixləri və sonları haqqında məlumatlar verən,
bunlarla əlaqəli ayələri oxuyan İslam Peyğəmbərinin müsəlmanları və dinə
dəvət etdiyi şəxsləri eyni vəziyyətə düşməmələri üçün xəbərdar etdiyi, lakin
Nadr İbn Harisin onu addım-addım təqib edərək qulaq asanlara “Mənim
yanıma gəlin, sizə Muhəmmədin söylədiklərindən daha gözəlini söyləyim”
dediyini, bu şəkildə İran Kisraları ilə bağlı bildiklərini anlatdığını və
“Muhəmmədin dedikləri keçmiş ümmətlərin əfsanələrindən ibarətdir, mənim
yazdığım kimi o da yazmışdır” dediyini xəbər verir.
20
Bu da Məkkəlilərdə
müəyyən tarixi məlumatların və tarix anlayışının olduğunu göstərir.
19
Muhamməd Hamidullah, “ Siratu İbn İshaq (Kitabul-Mubtəda və-Məb´as vəl-Məğazi)” adlı
əsərə yazdığı müqəddimə, Konya 1981/1401 s. d, z; Sabri Hizmetli, İslâm Tarihçiliği
Üzerine, s. 38-39.
20
İbn Hişam, əs-Sira ən-Nəbəviyyə, I, 239-240.
İslamaqədərki dövr Ərəbistan yarımadasında tarix və tarixşünaslıq
53
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
БОЛЪШАКОВ, O. Г. История Халифата, I-III, Восточная
Литераура, Москва 2000.
əl-BUSTANİ, Butrus (1300-1883), Qutrul-Muhit, Mektebetü Lübnân,
Beyrut 1995.
əl-CAHİZ, əl-Bəyan vət-Təbyin, (nəşr edən: Abdussalam M. Harun),
Qahirə-Misir 1368/1949, III.
CAVAD ALI, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, I-X, Bağdad
1993.
ÇETİN, Nihad M. “Ahbâr”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi,
İstanbul 1988, I, 486-487.
ÇETİN, Nihad M. “Ahbâr”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi,
İstanbul 1988, I, 486.
ÇETİN, Nihad M. “Arap” Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi,
İstanbul 1991, III, 276.
ƏBU UBEYDƏ, Mamər İbn əl-Müsənna ət-Teymi, Kitabu Əyyamil-
Arab Qabləl-İslam, (nəşrə hazırlayan: Adil Casim Beyati), I-II, Aləmul-
Kutub, Beyrut 1987.
FAYDA, Mustafa “Câhiliye”, Türkiye Diyanet Vakfı İslâm
Ansiklopedisi, İstanbul 1993, VII, 17.
FAYDA, Mustafa “Ensâb”, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi,
İstanbul 1995, XI, 244-245.
HAMİDULLAH, Muhamməd “ Siratu İbn İshaq (Kitabul-Mubtəda və-
Məb´as vəl-Məğazi)” adlı əsərə yazdığı müqəddimə, Konya 1981/1401.
HİZMETLİ, Sabri, İslâm Tarihçiliği Üzerine, Ankara 1991.
HİZMETLİ, Sabri, İslâm Tarihi – İlk Dönem -, Ankara 2006.
İBN HİŞAM, (218/833) Əbu Muhamməd Abdulməlik əs-Siratun-
Nəbəviyyə, (nəşrə hazırlayanlar: Mustafa əs-Saqqa, İbrahim əl-Əbyari,
Abdülhafiz Şələbi), I-IV, Darul-Xayr, Beyrut 1995.
İBN MANZUR, Əbul-Fadl Cəmaluddin Muhamməd b. Mukərrəm
(711/1311), Lisanul-Arab, I-XV, Daru Sadr, Beyrut tarixsiz.
Elşad MAHMUDOV
54
İBRAHİM, Muhamməd Əbul-Fadl, Əyyamul-Arab fil-Cahiliyyə, Daru
İhyail-Kutubil-Arabiyyə, Qahirə 1974.
KAPAR, Mehmet Ali “Eyyâmü’l-Arab”, Türkiye Diyanet Vakfı İslâm
Ansiklopedisi, İstanbul 1995, XII, 14-16.
KATİB ÇƏLƏBİ, Kəşfuz-zunun an Əsamil-Kutub vəl-Funun (nəşr
edənlər: Kilisli Muallim Rifat – Şerefeddin Yaltkaya,) I-II, İstanbul 1360-
1362 / 1941-1943.
KAZICI, Ziya, İslam Medeniyeti ve Müesseseleri Tarihi, İstanbul 2003.
KÜTÜKOĞLU, Mübahat S. Tarih Araştırmalarında Usul, İstanbul
1997.
LÉON – E. Halkın, Tarih Tenkidinin Unsurları, (Çeviren. Bahaeddin
Yediyıldız), Ankara 1989.
MİTTWOCH, E. “Eyyâmü’l-Arab”, İA, MEB, İstanbul 1988, IV, 421 –
422.
ROSENTHAL, F. İlmut-Tarix İndəl-Muslimin, (tərcümə edən: Salih
Ahməd əl-Ali) Beyrut, tarixsiz.
SARIÇAM, İbrahim Hz. Muhammed ve Evrensel Mesajı, Ankara 2004.
KAŞİF, Seyyide İsmail İslam Tarihinin Kaynakları ve Araştırma
Metodları, (Tercüme edenler: Mehmet Şeker, Rıza Savaş, Ramazan Şimşek)
, İzmir 1997.
ŞEŞEN, Ramazan Müslümanlarda Tarih-Coğrafya Yazıcılığı, İstanbul
1998.
TOGAN, A. Zeki Velidi, Tarihte Usul, İstanbul 1985.
Dostları ilə paylaş: |