V.VƏLİYEV
62
Əbdü Manafın liderlik məharətini
və nüfuzunu nəzərə alaraq, ona
parlamentar səlahiyyəti verdilər ki, onları barışdırsın. Və o da onların
qəlblərindən ədavət və nifrətin səbəblərini çıxarıb atmaq, fitnə alovunu
söndürmək və iki yaxın müttəfiqi barışdırmaq məqsədi ilə onlara aşağıdakı
xütbə ilə müraciət etdi”.
1.“Ey insanlar! Biz İbrahimin nəsliyik. İsmayılın törəmələriyik. Ən-
Nədru-bin Kinənin və Qusay bin Kiləbin övladlarıyıq. Biz Məkkənin söz
sahibləriyik, müqəddəs Kəbənin sakinləriyik. Biz ləyaqət, əsil-nəcabət
zirvəsinə və şan-şöhrət mənbəinə malikiq”.
2.“Hər kəsin hər kəslə (qəbilələr nəzərdə tutulur) ittifaqı var ki, qəbiləyə
asi olmaq və qohumluğa xələl gətirən çağrışlardan başqa bütün çağrışlara
(birgə müdafiəyə) müsbət cavab versin və yardım etsin.
Ey Qusay övladları! Siz bir ağacın iki budağısınız. Onlardan biri sınarsa,
müttəfiqi (dostu) tənha qalar. Qılınc qınından ayrı saxlanmaz. Əşirətinə ox
atan öz oxuna tuş gələr. Daima düşmənçilik edəni
düşmənçilik zülm yoluna
aparıb çıxarar.
3. Ey insanlar! Tədbirli davranış şərəfdir. Səbr zəfərdir. Xeyirxahlıq
tükənməz xəzinədir. Comərdlik şan-şöhrətdir. Cahillik axmaqlıqdır. Günlər
gəldi-gedəndir. Zaman ibrətdir. Kişi hərəkətinə bağlıdır və əməli ilə qəbul
olunar. Yaxşılıq edin ki, həmd qazanasınız. Qarayaxalıqdan (höcətdən) əl
çəkin ki, səfehlər sizdən uzaqlaşsın. Sizinlə ortaq olanlara ehtiram göstərin
ki, sizin ətrafınızda birləşsinlər, sizinlə təmasda olanları qoruyun və bağış-
lamağı bacarın ki, sizin yanınızda olmağa rəğbət göstərsinlər. Onlarla insaf-
la davranın ki, öz haqlarının hamısını alsınlar və sizə etimad göstərsinlər.
Ləyaqət
və əxlaqa riayət edin ki, o ucalıqdır. Özünüzü pis əxlaqdan qoruyun,
çünki o şərəfi alçaldır və şöhrəti aşağılayır. Cahilin cahilliyini qabaqlamaq
(önləmək) onun cinayətindən daha asandır. Qəbilənin başçısı onun ağırlıq-
larını (çiynində) daşıyır. Səbr sahibinin məqamı fayda götürmək istəyənə
öyüddür.
Onlar dedilər: Ey Əbu Nadla (onun künyəsi belə idi) səninlə razıyıq və
barışdılar”
6
.
6
Ali Muhammədil-Cumbulati,
Abdul-Azizi-s-Seyyidi-l Misri, Muhammad İbrahim Nasr, əl-
"Ədəbu ba-n-Nususu, 1981, 1982.
Şifahi ərəb ədəbiyyatinda İslamaqədərki nəsr nümunələrinin izi ilə...
63
Bu xütbənin mətninin heç bir təhrifə və dəyişikliyə uğramadan orijinal
olaraq bizə gəlib çatmasını iddia etmək sadəlövhlük olardı. Yəqin ki, uzun
zaman ərzində ağızdan ağıza keçən, nəql olunan və üzü köçürülən vaxt
mətndə bəzi təhriflər və dəyişikliklər olmuşdur. Lakin əminliklə demək olar
ki, onun əsas özəyi və nüvəsi dəyişməz olaraq qalmışdır.
Çünki bunu o
zamanlardan qalmış başqa xütbə və öyüd-nəsihət məqsədi ilə söylənilmiş
xütbələrin mətnləri ilə müqayisə edəndə anlamamaq mümkün deyil. Belə ki,
islama qədərki və hətta islamın ilk illərində söylənilmiş xütbələrin
müəllifləri xütbələrini yığcam, lakonik söyləməklə bərabər, onları aforizm
və hikmətli kəlamlarla bəzəyirdilər. Az sayda sözlə və qısa cümlələr
vasitəsilə böyük məram və məqsədlər ifadə edirdilər. Heç şübhəsiz, bu
onlara fitrətdən verilmiş lütfün sayəsində ortaya çıxan məharət idi. Çünki
onlar yunan filosof və natiqləri kimi akademiyalarda oxumamışdılar.
Lakin bu kiçik informasiya xarakterli yazının məqsədi xütbənin bədii
xüsusiyyətlərini və dil cəhətdən məziyyətini açmaq deyil. Məqsəd onun
tarixiliyini və xütbəçinin diplomatik və natiqlik
məharətini nəzərə
çatdırmaqdır.
Mətndən göründüyü kimi, Haşim bin Əbdu Manaf tale yüklü xütbəsini
mahir bir diplomat səviyyəsində quraraq, öncə hər iki qəbilənin müqəddəs
ulu əcdadlarını xatırlayır. Sonra Qureyş qəbiləsinin yaxın ulularını yada salır
və sonra öz qövmünün ərəblər arasında şan-şöhrət sahibi olan nəhəng
şəxslərini sadalayır.
Eyni zamanda, qəbiləsinin o zamankı Məkkədə malik
olduğu önəmli məqama işarə edir.
Xütbənin ikinci bölməsində Qureyşin Xuraa qəbiləsi ilə müttəfiq
olmasını xatırlayaraq, o qəbilənin də önəmini dinləyicilərə bəyan edir. Hər
iki qəbilənin bir ağacın iki budağı kimi yaxın və bir-birlərinə bağlı
olduqlarını söyləyir.
Üçüncü hissədə qədim atalar sözlərindən, aforizm və hikmətli
kəlamlardan istifadə edərək onlara təlqin edir ki, zəif sülh, qanlar və
qurbanlarla dolu olan müharibədən daha əfzəldir. Qəbilə başçılarının ağır
məsuliyyətlərini xatırlatmaqla onları tədbirli olmağa,
hərəkətlərini və
əməllərini yüz ölçüb bir biçməyə səsləyir ki, onların düşünülməmiş əməlləri
ağır qırğın və talanlara səbəb olmasın.
Digər bir xütbə Peyğəmbərin (s.a.s.) babası Əbdül Müttəllib bin Haşimə
məxsusdur. Bu xütbə də ərəb xalqının çox ağır bir durumundan üzü ağ
V.VƏLİYEV
64
çıxmağı münasibəti ilə söylənilmişdir. Belə ki, həbəş orduları Əbrəhənin
sərkərdəliyi altında Yəməni işğal edir. Və o müqəddəs Məkkəni də
dağıtmağa cəhd göstərir. Lakin Seyf bin Qiyəzən qılıncı qəsbkarları məğlub
edib geri oturdur və Yəməni azad edir. Bu
xoş münasibətlə yəmənliləri
alqışlayıb təbrik etmək üçün dost qəbilələrin nümayəndə heyətləri Yəmənə
axışırdılar. Və bu səfərdə Qureyş qəbiləsinin başçısı, peyğəmbərin babası
Əbdül-Müttəlib Yəmən hökmdarının şərəfinə çox təmtəraqlı bir təbrik
xütbəsi söyləyir.
Bu xütbələrin müəlliflərinin həyat və yaradıcılıqları barədə qısa da olsa
görkəmli ədəbiyyatşünas Hənnə-əl-Fəxurinin “ Ərəb ədəbiyyatının tarixi”
kitabında əks olunmaması təəccüb və təəssüf doğurur.