Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

Şifahi ərəb ədəbiyyatinda İslamaqədərki nəsr nümunələrinin izi ilə... 
59 
 
 
ŞİFAHİ ƏRƏB ƏDƏBİYYATINDA 
İSLAMAQƏDƏRKİ NƏSR NÜMUNƏLƏRİNİN İZİ İLƏ... 
 
V.VƏLİYEV 
 
 
Görkəmli ərəb ədəbiyyatşünası Hənnə-əl-Fəxurinin “Ərəb ədəbiyyatının 
tarixi” adlı samballı  tədqiqat  əsərində  qədim  ərəblərin incəsənətə  və söz 
sənətinə münasibətləri barədə belə yazılıb: “ Ərəblər islamaqədərki dövrdə 
incəsənətin öyrənilməsi və  təkmilləşdirilməsi ilə  məşğul olmuşlar. Lakin 
onlar öz hisslərini söz sənətinin yardımı ilə ifadə etdikləri üçün söz sənətinə 
yetərincə müstəsna önəm verirdilər. Çünki sənətin bu növü daha güclü 
təsiretmə və inandırma vasitəsidir”
1

Doğrudan da dünyanın  ən qədim xalqlarından biri olan ərəb xalqı 
ədəbiyyatın poeziya və nəsr janrlarının öyrənilməsinə və kamilləşdirilməsinə 
qədim yunan xalqı kimi töhfələr verməsə  də, poeziya və  nəsr sahəsində 
qədim nümunələr yaradan xalqlar sırasındadır. Çünki ərəb xalqı dövrü-
qədimdən  şair təbiətinə malik bir xalqdır və bu onun ulularının 
zehniyyətindən irəli gələn bir xüsusiyyət və  ərəblərə ötürülən qiymətli bir 
mirasdır.  İndinin özündə  də elmi-texniki tərəqqinin bu dərəcədə irəli 
getməsinə, gündəlik məişət dilinin son dərəcə texnikiləşməsinə, 
elmiləşməsinə  və müasirləşməsinə baxmayaraq, ərəblər nitqlərinin yığcam, 
lakonik və daha təsirli olması üçün onu atalar sözləri, aforizm və hikmətli 
kəlamlarla bəzəməyi və “duzlamağı” çox sevirlər.  
Əminliklə demək olar ki, bu şair təbiətlərinin sayəsində islamaqədərki 
ərəblər çox zəngin bir poeziya ədəbiyyatı yaratmışlar.  İki cildlik ərəb 
ədəbiyyatının fundamental tarixini yaradan Livan ədəbiyyatşünası  Hənnə-l-
Fəxuri çox haqlı olaraq o çağdakı  ərəb  ədəbiyyatını sahilsiz okeana 
bənzətmişdir
2
. Öz əsərində müəllif islamaqədər təxminən yüz əlli illik bir 
dövrü əhatə edən zaman kəsiyində iyirmidən çox şairin həyat və yaradıcılığı 
                                                 
1
 Ханна ал-Фахури: История арабской литературы; стр.45. 
2
 Yenə orada, s.150. 


 V.VƏLİYEV 
60 
barədə yetərincə müfəssəl məlumat vermişdir. Qeyd olunan çağda yaranan 
klassik poeziyanın mövzu dairəsi o qədər zəngindir ki, orada həyatın bütün 
sahələrinə dair çoxlu nümunələr tapmaq olar. İslamaqədərki  ərəblərin 
tarixini, məişətini, hərbi uğurlarını  və  uğursuzluqlarını öyrənməkdə bu 
poeziyanın dəyəri misilsizdir. 
Haqqında danışılan dövrdə poeziyadan başqa ərəblərin uluları həyatın və 
məişətin bu və ya digər sahələrinə dair çoxlu sayda atalar sözləri, aforizmlər 
və hikmətli kəlamlar da yaratmışlar. Məsələn: “Qorxağın anası heç vaxt 
sevinməz və heç vaxt kədərlənməz”
3
. Lakin təəssüflə qeyd olunmalıdır ki, 
həmin dövrdən bizə  gəlib çatan nəsr janrının nümunələri o qədər azdır ki, 
onları barmaqla saymaq olar. 
Görkəmli  ədəbiyyatşünas alim Hənnəl-Fəxuri bunun səbəbini qədim 
ərəblərin nəsrə olan etinasızlığında görmür. Bu janrın ağız ədəbiyyatı olaraq 
nümunələrinin yazıya alınmamasında və yazının da hələ o çağda  ərəblər 
arasında məhdud şəkildə yayılmasında görür
4

Orta  əsr  ərəb alimləri arasında özünə  məxsus çəkisi olan ibn Xəlduyna 
görə  əsasən oturaq həyat sürən yəmənlilər arasında yazı  mədəniyyəti 
müəyyən səviyyəyə çatsa da köçəri  ərəblər yazı praktikası ilə  məşğul 
olmurdular və  hətta onu özləri üçün həqarət sayırdılar
5
. Belə ki, ibn 
Xəldunun da fikri ədəbiyyatşünas alimin fikrinə dayaq olur. Yoxsa natiqlik 
və deklomasiya söyləmək janrını bu dərəcədə sevən ərəblər necə ola bilərdi 
ki, bu sahədə tarixi və  bədii önəm kəsb edən nəsr nümunələri yaratmamış 
olsunlar. Bununla belə,  ədəbiyyatşünas alim əsasən iki görkəmli xütbəçi 
natiqin adını göstərmişdir. Onlardan biri Quss ibn Saida ( 600-cü ildə vəfat 
etmişdir), ikincisi isə  Əksəm ibn Sayfidir ( 630-cu ildə  vəfat etmişdir). 
Alimin yazdığına görə onların hər ikisi çox müdrik, ədalətli, saf qəlbli və  
niyyətli insanlar olublar. Yarmarka və bazarlarda öz xütbələrini oxuyaraq 
insanları düz yola, ədalətə və imana çağırmışlar. Lakin ədəbiyyatşünas alim  
nədənsə yuxarıda adları  çəkilən xütbəçilərdən də  əvvəl yaşamış Qüreyş 
qəbiləsinin iki görkəmli  şəxsinin xütbələrindən söz açmamışdır. Onlardan 
                                                 
3
 Ханна ал-Фахури, История арабской литературы, стр.159. 
4
 Yenə orada, s.160. 
5
 Səid Əvəz Bavayır. Tərixul-cəzirətil-ərəbiyyəti. s.76. 


Şifahi ərəb ədəbiyyatinda İslamaqədərki nəsr nümunələrinin izi ilə... 
61 
birincisi peyğəmbərin (s.a.s) ulu babası Haşim bin Əbdu Manaf, ikincisi isə 
babası Əbdü-l-Müttəlib bin Haşimdir. 
Qədim ərəblərin tarixindən bəllidir ki, sulu və yaxşı örüşlü vahələri ələ 
keçirmək uğrunda, qarət və qan düşmənçiliyi məqsədilə  qədim  ərəb 
qəbilələri arasında uzun sürən qanlı müharibələri  baş  verirdi. Bəzən isə çox 
xırda və cılız səbəblər ucbatından da belə qanlı müharibələr olurdu. Məsələn: 
Harınlaşmış və qudurğan qəbilə başçısının sevimli dəvəsinin otladığı otlağa 
və ya su içdiyi su mənbəyinə sadə və adi bir qəbilə üzvünün dəvəsi girəndə, 
ərəblərin çox qədimdən sevdiyi və indi də davam etdirdikləri cıdır  yarışında  
bu və ya digər səbəbdən məğlub olmuş atın sahibi qəbilə başçısının şıltaqlığı 
üzündən belə qəddar və uzun sürən müharibələr baş verirdi. Bu müharibələr 
bəzən 40-50 il uzanardı və o dərəcədə amansızcasına aparılardı  ki, nəticədə 
az qalırdı bu və ya digər qəbilənin nəsli kəsilsin. Bax, vəziyyət bu dərəcəyə 
çatanda müdrik və tanınmış  şair və ya hikmət və nüfuz  sahibi olan 
şəxslərdən biri irəli çıxaraq, bir təsiredici xütbə söyləyərək bu qanlı 
düşmənçiliyin qarşısını  alar  və  aralarına  dərin  nifaq  düşmüş qəbilələri 
barışdırardı. 
Əlimizdə olan və 1982-ci ildə Liviyada nəşr olunan “əl-Ədəbi va-n-
nususu” (ədəbiyyat və  mətnlər) kitabında Qureyş  qəbiləsinin yuxarıda 
göstərilən iki görkəmli insanına – ata və  oğluna mənsub olan iki xütbə 
verilmişdir. Xütbələrin maraq doğuran cəhətlərindən biri və  bəlkə  də 
birincisi odur ki, hər iki xütbə o zamanlar vahid ərəb xalqının,  ortaq ərəb 
dilinin yaranmasında müstəsna rol oynamağa başlayan və bütün Ərəbistan 
yarımadasında nüfuzu və çəkisi artmağa başlayan Məkkənin başının üstünü  
alan qara buludların dağıdılması münasibəti ilə söylənmişdir. 
Xütbələrin önəmini hörmətli oxucuların diqqətinə çatdırmaq məqsədi ilə 
onların söylənməsini doğuran səbəbləri və  tərcümələrini verməyi məqsədə 
uyğun sayırıq: 
“Qureyş və Xuraa  qəbilələri arasına elə bir nifaq düşmüşdür ki, az qala 
bu nifaq onların arasında olan yaxın qohumluq tellərini qırsın. Hər iki 
qəbilənin eyni kökə  mənsub olmasına, onların nəsl əlaqələrinin yaxınlığına 
və vahid bir  ittifaqda birləşmələrinə baxmayaraq, bu çəkişmə o dərəcədə 
şiddətlənmişdir ki, durum çox ağır nəticələrə gətirib çıxara bilərdi. 
Hər iki qəbilənin aqılləri qorxdular ki, bu nifaq elə bir dərin çata səbəb 
ola bilər ki, sonralar onu islah etmək mümkün olmaz. Və onlar Haşim bin 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə