Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə18/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

 Elşad MAHMUDOV 
52 
ziyarəti məqsədilə  Ərəbistana, Hicaza və daha dəqiq desək ticarət yolları 
üzərində yerləşən Məkkə şəhərinə gəlirdilər. Ərəblər, xüsusilə də tacirlər və 
Kəbə ziyarətinə gələn hacılar vasitəsilə qonşu millətlər və dövlətlərin tarixi-
nə aid məlumatları əldə edirdilər. Məkkədə və Ərəb yarımadasının müxtəlif 
yerlərində  təşkil olunan yarmarkalarda, ticarət mərkəzlərində insanlar bir 
yerə toplanır, görüb eşitdikləri, şahid olub iştirak etdikləri mühüm hadisələr 
haqqında məlumat verir, müzakirələr aparır, arzu edənlər məsələlərlə bağlı 
söz alıb danışırdılar. Bununla bərabər bəzi araşdırmaçılar  Ərəb yarımada-
sında xüsusilə böyük nüfuza malik olan Məkkəlilərin tarixi məlumatlara 
sahib olduqlarını, İslamaqədərki dövrdə Məkkədə tarixi məsələlərlə maşğul 
olan xüsusi idarənin mövcud olduğunu, xarici işlərələ məşğul olan idarə ilə 
müştərək fəaliyyət göstərən bir “tarix qurumunun” mövcud olduğunu qeyd 
edirlər. O zamanlarda Məkkədə tarix sahəsində  ən səlahiyyətli  şəxslərdən 
biri Ömər  İbn  əl-Xattab idi. Məkkə  şəhər dövlətinin ümumi səfiri və ya 
xarici işlərə baxan səlahiyyətli nümayəndəsi olan Ömər  İbn  əl-Xattab 
vəzifəsinin gərəyi olaraq qonşu dövlətlərin tarixini və hüququnu yaxşı 
bilməli idi.
19
 Bundan başqa məşhur tarixçi İbn Hişamın qeyd etdiyinə görə 
Məkkədə yaşayan və İslam peyğəmbərinə böyük düşmanlığı ilə tanınan Nadr 
İbn Haris adlı bir şəxs Hirə krallığına getmiş, orada İran kisraları, Rüstəm və 
İsfəndiyar haqqında tarixi məlumatlar  əldə etmişdir.  İbn Hişam həmçinin 
Qurani-Kərimin ehtiva etdiyi məlumatlar işığında öz qövmünə keçmiş 
millətlərin və dövlətlərin tarixləri və sonları haqqında məlumatlar verən, 
bunlarla  əlaqəli ayələri oxuyan İslam Peyğəmbərinin müsəlmanları  və dinə 
dəvət etdiyi şəxsləri eyni vəziyyətə düşməmələri üçün xəbərdar etdiyi, lakin 
Nadr  İbn Harisin onu addım-addım təqib edərək qulaq asanlara “Mənim 
yanıma gəlin, sizə Muhəmmədin söylədiklərindən daha gözəlini söyləyim” 
dediyini, bu şəkildə  İran Kisraları ilə bağlı bildiklərini anlatdığını  və 
“Muhəmmədin dedikləri keçmiş ümmətlərin əfsanələrindən ibarətdir, mənim 
yazdığım kimi o da yazmışdır” dediyini xəbər verir.
20
  Bu  da  Məkkəlilərdə 
müəyyən tarixi məlumatların və tarix anlayışının olduğunu göstərir. 
                                                 
19
 Muhamməd Hamidullah, “Siratu İbn İshaq (Kitabul-Mubtəda və-Məb´as vəl-Məğazi)” adlı 
əsərə yazdığı müqəddimə, Konya 1981/1401 s. d, z; Sabri Hizmetli, İslâm Tarihçiliği 
Üzerine, s. 38-39.  
20
 İbn Hişam, əs-Sira ən-Nəbəviyyə, I, 239-240. 


İslamaqədərki dövr Ərəbistan yarımadasında tarix və tarixşünaslıq 
53 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 
 
 
БОЛЪШАКОВ, O. Г.  История  Халифата, I-III, Восточная 
Литераура, Москва 2000. 
əl-BUSTANİ, Butrus (1300-1883), Qutrul-Muhit, Mektebetü Lübnân, 
Beyrut 1995. 
əl-CAHİZ,  əl-Bəyan vət-Təbyin, (nəşr edən: Abdussalam M. Harun), 
Qahirə-Misir 1368/1949, III. 
CAVAD ALI, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, I-X, Bağdad 
1993. 
ÇETİN, Nihad M. “Ahbâr”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi
İstanbul 1988, I, 486-487. 
ÇETİN, Nihad M. “Ahbâr”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi
İstanbul 1988, I, 486. 
ÇETİN, Nihad M. “Arap” Türkiye Diyanet Vakfı  İslam Ansiklopedisi
İstanbul 1991, III, 276. 
ƏBU UBEYDƏ, Mamər  İbn  əl-Müsənna  ət-Teymi,  Kitabu  Əyyamil-
Arab Qabləl-İslam, (nəşrə hazırlayan: Adil Casim Beyati), I-II, Aləmul-
Kutub, Beyrut 1987. 
FAYDA, Mustafa “Câhiliye”, Türkiye Diyanet Vakfı  İslâm 
Ansiklopedisi, İstanbul 1993, VII, 17. 
FAYDA, Mustafa “Ensâb”, Türkiye Diyanet Vakfı  İslam Ansiklopedisi
İstanbul 1995, XI, 244-245. 
HAMİDULLAH, Muhamməd “Siratu  İbn  İshaq  (Kitabul-Mubtəda və-
Məb´as vəl-Məğazi)” adlı əsərə yazdığı müqəddimə, Konya 1981/1401. 
HİZMETLİ, Sabri, İslâm Tarihçiliği Üzerine, Ankara 1991. 
HİZMETLİ, Sabri, İslâm Tarihi – İlk Dönem -, Ankara 2006. 
İBN HİŞAM, (218/833) Əbu Muhamməd Abdulməlik  əs-Siratun-
Nəbəviyyə, (nəşrə hazırlayanlar: Mustafa əs-Saqqa,  İbrahim  əl-Əbyari, 
Abdülhafiz Şələbi), I-IV, Darul-Xayr, Beyrut 1995. 
İBN MANZUR, Əbul-Fadl Cəmaluddin Muhamməd b. Mukərrəm 
(711/1311), Lisanul-Arab, I-XV, Daru Sadr, Beyrut tarixsiz. 


 Elşad MAHMUDOV 
54 
İBRAHİM, Muhamməd  Əbul-Fadl,  Əyyamul-Arab fil-Cahiliyyə, Daru 
İhyail-Kutubil-Arabiyyə, Qahirə 1974. 
KAPAR, Mehmet Ali “Eyyâmü’l-Arab”, Türkiye Diyanet Vakfı  İslâm 
Ansiklopedisi, İstanbul 1995, XII, 14-16. 
KATİB ÇƏLƏBİ,  Kəşfuz-zunun an Əsamil-Kutub vəl-Funun (nəşr 
edənlər: Kilisli Muallim Rifat – Şerefeddin Yaltkaya,) I-II, İstanbul 1360-
1362 / 1941-1943. 
KAZICI, Ziya, İslam Medeniyeti ve Müesseseleri Tarihi, İstanbul 2003. 
KÜTÜKOĞLU, Mübahat S. Tarih Araştırmalarında Usul,  İstanbul 
1997. 
LÉON – E. Halkın,  Tarih Tenkidinin Unsurları, (Çeviren. Bahaeddin 
Yediyıldız), Ankara 1989. 
MİTTWOCH, E. “Eyyâmü’l-Arab”, İA, MEB, İstanbul 1988, IV, 421 – 
422. 
ROSENTHAL, F. İlmut-Tarix  İndəl-Muslimin, (tərcümə edən: Salih 
Ahməd əl-Ali) Beyrut, tarixsiz. 
SARIÇAM, İbrahim Hz. Muhammed ve Evrensel Mesajı, Ankara 2004. 
KAŞİF, Seyyide İsmail  İslam Tarihinin Kaynakları ve Araştırma 
Metodları, (Tercüme edenler: Mehmet Şeker, Rıza Savaş, Ramazan Şimşek) 
, İzmir 1997. 
ŞEŞEN, Ramazan Müslümanlarda Tarih-Coğrafya Yazıcılığı,  İstanbul 
1998. 
TOGAN, A. Zeki Velidi, Tarihte Usul, İstanbul 1985. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə