Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə26/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

Hz. Ömər Dövründə Azərbaycan 
79 
İlk  İslami fəth hərəkatlarının Azərbaycana nə vaxt başladığı  məsələsi 
qəti olaraq bilinməməkdədir. Buna görə  də bu məsələ  hələ  də böyük bir 
tarixi problem olaraq qalmaqdadır. Lakin tarixçilər, bu mövzunun bir o 
qədər də narahat olunacaq məsələ olmadığını bildirməkdədirlər. Onlar, İslam 
ordularının bu ölkənin fəthi tarixini Hicri 18-22 (Miladi 639-643) arasında 
göstərərək, məsələni həll etməyə çalışmışdılar.
7
 
Bəzi qaynaqlarda ilk İslam ordularının miladi 639-cu ildə Azərbaycana 
girdikləri haqqında məlumatlar vardır. Bu məlumatlara görə Müsəlmanlar 
şimal-qərbdən ölkəyə daxil olmağa başlamış  və bir neçə  xırda 
toqquşmalardan sonra Azərbaycanın mərkəzində yerləşən Muğanı  ələ 
keçirmişdilər. Bu zaman yerli əhaliyə cizyə vergisi də  tətbiq edilməyə 
başlanmışdır.
8
 Ancaq bununla birlikdə müsəlmanların azərbaycanlılarla ilk 
qarşılaşmasının miladi 637-ci ildə Sasanilərin paytaxtı olan Mədain 
(Ktesifon) yaxınlığındakı döyüşdə olduğu bildirilməkdədir. Bu döyüşdə 
Sasani hökmdarı III. Yezdigerdin sərkərdəsi olan Rüstəmin  əmrində 
azərbaycanlı döyüşçülər də var idi.
9
  
Sasani imperatorluğunun Xəzər sahilindəki mərkəzlərində olduğu kimi, 
müsəlmanların Azərbaycanda girişdikləri qalıcı fəth hərəkətləri də Nəhavənd 
qalibiyyətindən sonra başlayır. Bəzi ixtilaflı fikirlərlə  bərabər, bu tarix 
əsasən h. 22/m. 642-643-cü il olaraq bilinməkdədir.  əl-Vaqidi,  İbn Maşər, 
İbn İshaq, əl-Mədaini və Elias (Nizibli Elyas) bu dövrdəki fəth hərəkatlarının 
məhz bu tarixdə meydana gəldiyini söyləyirlər.
10
 əl-Yəqubi və Əbul Fidanın 
qeydləri də bu yöndədir.
11
  İbnul Kəlbi bu tarixi h. 20/m. 640-41, Seyf İbn 
Ömər isə h. 18/m. 639 olaraq qəbul edir.
12
 Tarixçilər arasında görülən bu 
cüzi fikir ayrılığı, onların Azərbaycanda həyata keçirilən fəth hərəkətlərini 
birbirinə qarışdırmalarından irəli gələ bilər. 
                                                 
7
 З. Буниятов, Историческая география Азербайджана, Баку, 1987, с. 48. 
8
  əl-Bələzuri,  Əbül Abbas Əhməd  İbn Yəhya, Fütuhul büldan, (thq: Ridvan Muhəmməd 
Ridvan), Beyrut, Darul Kutubul İlmiyyə, 1978, s. 324. 
9
 İqrar Əliyev, Azərbaycan Tarixi (ən qədim dövrlərdən XX. əsrin əvvəllərinə qədər), Bakı, 
1993, s. 130. 
10
 Qudamə İbn Cəfər, Kitabul xərac və sinaətil kitabə, Bağdad, 1981, s. 379. 
11
 əl-Yəqubi, Əhməd İbn Əbu Yəqub əl-Əxbari, Tərixul Yəqubi, I-II, Nəcəf, 1358, II, s. 134; 
Əbul Fida, İmaduddin  İsmail  İbn Nurəddin,  əl-Muxtasar fi axbaril bəşər, I-IV, İstanbul, 
1286, II, s. 173. 
12
 Julius Wellhausen, İslamın en eski tarihine giriş, (trc: Fikret Işıltan), İstanbul, 1960, s. 97. 


 i.e.n. Qoşqar SƏLİMLİ 
80 
Region haqqında yazılan bəzi  əsərlərdə h. 16/m. 637-də  Təbrizin fəth 
edildiyi, h. 17/m. 638-də isə  İslam ordularının Araz çayının  şimal sahilinə 
keçdiyi qeyd olunur.
13
 Azərbaycanın fəthinin h. 18/m. 639-da başladığı 
haqqında olan rəvayət, zəif bir ravi olan Seyf İbn Ömərə aiddir.
14
 Ancaq 
Midiyanın h. 22/m. 642-43 tarixindən  əvvəl müsəlmanlar tərəfindən itaət 
altına alındığında heç bir şübhə yoxdur. O dövrdə “Kiçik Midiya” olaraq 
adlanan Azərbaycanın da bu sahənin daxilində olduğuna nəzər salındığı 
zaman, Seyfin bu rəvayətinin doğru olduğu ortaya çıxır.
15
 
Aşağıda da görəcəyimiz kimi Utbə  İbn Fərkadın Azərbaycan xalqına 
yazdığı amannamə  də h. 18/m. 639 tarixlidir. Ancaq bu ilk yürüşlər qalıcı 
mahiyyətdə olmaqdan çox, kəşfiyyat xarakteri daşımaqda idi. Qalıcı fəthlər 
isə  Əbu Maşər və  əl-Vaqidinin rəvayətlərinə görə h. 22/m. 642-43-cü ildə 
meydana gəlmişdir. Digər tərəfdən bu dövrdə (h. 18-20 – m. 639-41) İslam 
fəth hərəkətlərinin cərəyan etdiyi Azərbaycanın başqa bir qonşusu Cəzirə idi. 
İranda isə İslam orduları qədim Əlama, Xuzistana daxil olmuş (h. 17-19 – m. 
638-39), Cibal bölgəsinə hərbi yürüşlər başlamışdı.
16
 
Azərbaycan fəth ordularının Suriya və  Bəsrə  qərargahlarından kömək 
almaqla bərabər, Kufə ordusunun himayəsi altında olduğu qeyd olunmalıdır. 
Çünki Kufə ordusu İranın  şimal və  şimal-şərqində  fəthlərə imza atacaqdı. 
Cürcandan başlayan bu torpaqlar, Rey, Azərbaycan və  hətta Gürcüstanı da 
öz içinə alırdı. Hz. Ömərin, ilk fəthlər üçün Azərbaycana üç hərbi birləşmə 
göndərdiyi bilinməkdədir. Bunların birinin başında səhabə olan Bukeyr İbn 
Abdullah  əl-Leysi var idi. O, başda Xirə  və  Qədisiyyə olmaq üzrə,  İraq 
fəthlərində iştirak etmiş təcrübəli bir komandan idi. 
Bir rəvayətə görə Hz. Ömər, Bukeyr İbn Abdullah ilə Utbə İbn Fərkad 
əs-Süləmini Azərbaycana göndərdi. Xəlifə, bu iki sərkərdəyə iki hədəf 
müəyyən etmişdi. Bunlar, Azərbaycana fərqli yerlərdən girməli idilər. Utbə 
İbn Fərkad, Azərbaycana cənubdakı Hülvandan, Bukeyr İbn Abdullah isə 
Mosuldan yəni şimaldan.
17
 
                                                 
13
 Zeyneloğlu, Cihangir, Muhtasar Azerbaycan tarihi, İstanbul, 1924, s. 19. Qeyd: Bu tarixlər 
bir o qədər də dəqiq deyildir. 
14
 İbn Hubeyş, Kitabul qazavat, Beyrut, I-II, tarixsiz,  II, s. 367. 
15
 Wellhausen, a. k. ə., s. 98. 
16
 Qudamə İbn Cəfər, a. k. ə., s. 384. 
17
 Qudamə İbn Cəfər, a. k. ə., s. 384. 


Hz. Ömər Dövründə Azərbaycan 
81 
Bəzi qaynaqlarda Bukeyr İbn Abdullahın Azərbaycana, Cürcanda 
qərargah quran Nuaym İbn Muqərrin tərəfindən göndərildiyi qeyd olunursa 
da, bunun bilavasitə Hz. Ömərin əmri ilə olduğu daha doğrudur. Hətta bəzi 
tədqiqatlarda, Nuaym İbn Muqərrinə Həmədan fəthinin tapşırıldığı, Bukeyr 
İbn Abdullaha isə Azərbaycan fəthi vəzifəsinin verildiyi bildirilməkdədir.
18
 
Bu dövrdə, Azərbaycana ikinci hərbi birləşmənin göndərildiyi müşahidə 
olunur. Xəlifə Ömər Həmədandakı orduların başında olan Nuaym İbn 
Muqarrinə, Simaq İbn Həraşə  əl-Ənsari başçılığındakı olan bir ordunu, 
Azərbaycandakı Bukeyrin köməyinə göndərilməsi  əmrini verdi. Ancaq bu 
əsnada Nuaym İbn Mukarrin ağır müharibələr səbəbilə çətin bir vəziyyətdə 
idi. Ancaq o, Reydə olan Simak İbn Həraşəni gec olsa da, Bukeyrin 
köməyinı göndərə bilmişdi. Buna görə Simak, yalnız Germidan 
müharibəsindən sonra Azərbaycana gələrək, Bukeyr İbn Abdullahın 
ordusuyla birləşə bildi. Bukeyrin ordusu İranda Rey və  Qəzvin  şəhərlərini 
fəth etdikdən sonra, Azərbaycana girdi, lakin onlar Azərbaycan ordularının 
müqaviməti ilə qarşılaşdılar. Azərbaycan ordularına mərzuban  İsfəndiuyar 
İbn Fərruxzad komandanlıq edirdi. O, Bacərvan, Meyməz, Nəriz,  Şiz, 
Meyanəc və digər yerlərin  əhalisindən  Ərdəbilə böyük bir ordu toplayaraq 
müsəlmanlara  müharibə elan etdi. Bu müharibə bir neçə gün davam etmiş 
və  İsfəndiyar  əsir alınmışdı. Ancaq müsəlmanlar onu öldürmədi. O, 
müsəlmanlara belə dedi: “Azərbaycan  əhalisini itaət altına almaq çətin 
olacaq, çünki camaat dağlardakı qalalarda gizlənəcək və oradan onlara 
hücumlar edəcəkdir. Çox keçmədən müsəlmanlar  İsfəndiyarın qardaşı 
Bəhramın hücumlarına məruz qaldılar. Ancaq o da, bu müharibədə 
məğlubiyyətə  uğradı  və bunun nəticəsində  əsir olan İsfəndiyarla 
müsəlmanlar arasında aşağıdakı sülh müqaviləsi imzalandı: 
“Bismillahir Rəhmanir Rəhim 
Bu yazı,  Əmirulmöminin Ömər  İbn Xəttabın naibi Utbə  İbn Fərkadın 
Azərbaycan  əhalisinə (onun dərələrdə  və dağlarda, yüksək ovalarda və 
sərhədlərdə yaşayan bütün xalqına) aman verdiyi haqqındadır. Onların 
canlarına, mallarına, din və ibadətlərinə toxunulmayacaq. Uşaqlar, 
qadınlar, xəstələr və imkanı olmayanlar vergi vermək məcbutiyyətində 
                                                 
18
  İpek, Ali, İlk  İslami Dönemde Azerbaycan, (Nəşr olunmamış doktorantura işi),  İstanbul 
Universitesi S. B. E., İstanbul, 1999, s. 33. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə