Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə29/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

Hədislərin mətn baxımından təhlili məsələsi 
89 
 
 
HƏDİSLƏRİN MƏTN BAXIMINDAN 
TƏHLİLİ MƏSƏLƏSİ 
 
i.e.n. Namiq ABUZƏROV
 

 
 
 
Hədisin sənədi onun səhihliyinin təyinedici ünsürüdür. Hədisi rəvayət 
edən ravinin etibarlı, siqa və  nəql etdiyinin mahiyyətini bilməsi, o hədisin 
səhhəti üçün əsas  şərttir. Yalan danışan və xalq nəzdində etibarı olmayan 
şəxslərin nəql etdiyi hədislərə etibar edilməmişdir.  
İslam Peyğəmbərinin (s.a.s.) vəfatından sonra səhabələr hədislərin 
səhhətini təsbit etmək üçün fərqli metodlardan istifadə etmişlər. Məsələn hz. 
Əbu Bəkir və hz. Ömər kimi səhabələr bilmədiklərin hədisin səhih olduğunu 
təsbit etmək üçün onu rəvayət edən səhabənin şahid gətirməsini
1
 hz. Əli isə 
and içməsini şərt qoşmuşdur.
2
 Hz. Aişənin digər səhabələrin rəvayət etdikləri 
səhv və ya əksik hədislər barəsində etdiyi açıqlamalar isə müstəqil bir əsərin 
mövzusu olmuşdur.
3
 
Səhabələrin hədislərə qarşı göstərdikləri bu həssas davranış Tabiun nəsli 
tərəfindən davam etdirilmişdir. Belə ki, Tabiun və  Ətbaut-Tabiin nəsli də 
isnadı, hədislərin qorunması üçün ən önəmli amil saymışlar.
4
    Əvzai (v. 
157/773): “Elmin ortadan qalxmasi, isnadın yox olmasına bağlıdır” deyir. 
5
 
Şu`bə isnadın əhəmiyyətini bu sözlərlə ifadə edir: “İsnad möminin silahıdır. 
Yanında silah olmayan nə ilə döyüşər?”
6
 Abdullah b. Mübarəkə (v.181/797) 
görə isnad dindəndir və o olmasa insanlar istədiyini söyləyərdi.
7
 Ona görə 
                                                 

 BDU İlahiyyat Fakültəsinin müəllimi 
1
 Müslim, “İsti`zan” 5.  
2
 İbn Həcər, “Təhzib” I, 267-268. 
3
 Bədruddin əz-Zərkeşi hz. Aişənin hədislər haqqında digər səhabələrə ünvanladığı tənqidləri 
“əl-İcabə li İradi Mə`stədrəkəthu Aişə aləs-Səhabə” adlı müstəqil bir əsərdə cəm etmişdir. 
Beyrut 1970. 
4
 Salahattin Polat, Hadis Araştırmaları, s. 24, İstanbul 2003 
5
 Accac, “əs-Sunnətu qablət-tədvin”, Qahirə 1963. 
6
 əl-Xatib, Şərəfu Əshabil-hədis, Ankara 1972, s. 42. 
7
 Ramehurmuzi, “əl-Muhaddisul-fasil” Beyrut 1971, s. 209 


 i.e.n. Namiq ABUZƏROV 
90 
dinini isnadsız alan insan səmaya nərdivansız çixan kimsəyə  bənzəyir.
8
 
İmam Şafi (v. 204/819): “İsnadsız hədis tələb edən kimsə gecə qaranlığında 
odun toplayan insan kimidir. Bu insan fərqində olmadan zəhərli bir ilanı 
odun sayıb yerdən götürər. ”
9
 
Yuxarıdakı iqtibaslardan göründüyü kimi ilk hicri əsrlərdə yaşayan 
mühəddislər isnadın önəmli olduğunu vurğulamış və hədisi ilk mənbəyindən 
almaq üçün hədis  ədəbiyyatında “rihlə” kimi məşhur olan hədis səfərlərinə 
çıxmışlar. Belə ki, Əbul-Aliyə (v.90/708): “Biz Bəsrədə  Rəsulullahın 
əshabından bəzi rəvayətləri eşidirdik. Lakin bu rəvayətləri gedib məhz o 
səhabələrin dilindən eşitməyənə qədər narahat olurduq.”
10
 
Mütəqaddimun mühəddisləri yalnız hədisin  əhəmiyyətini bir mənalı 
şəkildə ifadə etməklə kifayətlənməmiş, bununla bərabər ravilərin hədis 
rəvayəti yönündəki qabiliyyətlərini ölçə biləcək terminləri də icad etmişlər.  
Hədisin mənbəyini təsbit edərkən hədisçilər həssas qaydalar qoymuşlar. 
Belə ki, xəbəri nəql edənlərin etibarlı  və hafizəsi güclü, sənəd isə müttəsil 
olmadığı müddətcə onu qəbul etməmişlər. Bu barədə  Həsən b. Salih 
(h.160/m.777) maraqlı bir qeyd düşür: “Biz hər hansı bir şəxsin hədisini nəql 
etdiyimiz zaman onun haqqında o qədər dəqiq tədqiqat aparardıq ki, bilgi 
aldığımız insanlar: “Hərhalda bu adam sizin kürəkəniniz olacaq. Elə buna 
görə  də onun haqqında cox məlumat toplayırsınız” deyirdilər.”
11
  Həsən b. 
Salihin bu ifadələri hicri ikinci əsrdə hədisin ilk mənbəyi kimi isnadın, başqa 
bir sözlə ravilərin qəbul edildiyini göstərir.  
Əlbəttə ravilərin, hədisin ilk mənbəyi olaraq qəbul edilməsi anlayışı, 
onların tədqiq edilməsinin zərurətini ortaya çıxarırdı. Bu zərurətə  əsasən 
ravilərin rəvayət qabiliyyətlərini ifadə edən siqaşeyxdaifmətruk və kəzzab 
kimi yüzlərlə istilah meydana gəldi. Ravilərin haqqında istifadə edilən bu 
istilahlar subyektiv xarakter daşıyırdı. Lakin hər hansı bir ravi haqqında bir 
çox cərh və ta`dil alimi eyni mənfi ifadəni və ya termini istifadə etdikdə artıq 
onun rəvayətlərinə şübhə nəzərilə baxılırdı. Məsələn, “هوبذ ك”  (kəzzəbuhu) 
                                                 
8
 Müslim, Müqəddimə, I, 15. 
9
 Münavi, Feyzul-Qədir. Məkkə 1998,  I, 433.  
10
 əl-Xatib, əl-Kifayə, Qahirə (t.y.) s. 402-3. 
11
 Kifayə, s. 155. 


Hədislərin mətn baxımından təhlili məsələsi 
91 
cərh ifadəsi olub bir ravinin mühəddislərin  əksəriyyətinə görə  hədis 
uydurmaqda ittiham edildiyini göstərir. 
12
 
Qeyd edildiyi kimi icad edilən cərh və tadil terminləri subyektef xarakter 
daşıdığı üçün hər hansı bir mühəddisə görə siqa (rəvayətləri etibarlı) sayılan 
bir ravi digər mühəddisə görə daif (rəvayətləri etibarsız) hesab edilir. Belə 
hallarda qeyd edilən ravi muxtələfun aleyh (haqqında mübahisə edilən) 
sayılır viə onun rəvayətləri şahid hədislə dəstəklənənə qədər zəif sayılırdı.  
“Muxtələfun aleyh” (mübahisəli) hesab edilən ravinin və ya ravilərin 
nəql etdiyi hədislərin səhhəti bir neçə terminlə ifadə edilir. Məsələn sözü 
gedən ravini siqa sayan mühəddislərə görə onun rəvayət etdiyi hədis səhih
zəif sayan hədis alimlərinə görə isə  zəifdir. Xüsusilə “mövzu” (uydurma) 
sayılan rəvayətlərin cəm edildiyi əsərlərə nəzər salsaq hər hansı bir rəvayət 
haqqında isnada əsaslanan bir neçə  səhihlik hökmünün verildiyinə  şahid 
olarıq.
13
 Yalnız isnada əsaslanaraq bəzi hədislər haqqında bir neçə  səhihlik 
hökmünün ifadə edilməsi, isnadın mənbə  dəyərini müzakirə obyektinə 
çevirir. Bu səbəblə mübahisəli hədislərin sənəd yönümlü təhlili ilə yanaşı 
mətn baxımından təhlili də  əhəmiyyət kəsb edir. Elə buna görə  də  bəzi 
muhəddislər hədis mətninin səhhəti üçün sənədinin səhih olmasının kifayət 
etmədiyini vurğulamışlar. Hətta Hakim ən-Nisaburi (v. 405/1014) “Marifətu 
Ulumil-Hadis” adlı  əsərinin 29-cu qismini bu məsələyə ayırmış  və isnadı 
siqa ravilərdən meydana gəldiyi halda mətni səhih olmayan hədislərə örnək 
vermişdir. 
İslam həyatın hər bir sahəsini  əhatə etdiyi üçün onun Peyğəmbərinin 
(s.a.s.) hədisləri də  həyatın hər bir sahəsi ilə  əlaqədardır. Yəni isnaddan 
fərqli olaraq hədis mətinləri yeknəsəq xüsusiyyət kəsb etmir. Başqa bir 
sözlə, isnada əsaslanaraq hədislərin səhihliyi təsbit edildiyi zaman ravinin 
etibarlı, doğru-sözlü və  nəql etdiyi hədisin mahiyyətini bilməsi kifayətdir. 
Lakin mətnə  əsaslanan səhihlik təsbitində isə müxtəlif bilgi və  dəlillərə 
müraciət etmək zərurəti ortaya çıxır.  
                                                 
12
 Geniş  məlumat üçün baxın: Ahmet Yücel, “Hadis Istılahlarının Doğuşu ve Gelişimi” s. 
İstanbul 1996, 133-143 
13
  İbnul-Cevzi,  Kitabul-mevzuat minə'l-əhâdîsi'l-merfû'ât, Riyad, 1997; Suyûtî, əl-Ləâli'l-
masnûa fî əhâdîsi'l-mevdû'a,  Misir (t.y) . 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə