Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

 Dr. Əhməd NİYAZOV 
114 
haqqı olduğunu qəbul etmiş, onun bu səlahiyyətini həm də tək tərəfli iradəsi 
ilə yerinə yetirə bilməsi haqqında həmfikirdirlər
14
.  
I.  QURAN 
Quran, isbata möhtac olmayan zərurəti-diniyyədən olmasına görə dinin 
hər sahəsində olduğu kimi Ailə Hüququnda da əsas təşkil edir. Cəfəri 
hüquqçuları da, boşanma müəssisəsini müəyyənləşdirən hüquq nizamının 
əksəriyyəti haqqında ana qaynaq olaraq hər  şeydən  əvvəl Qurana müraciət 
etmişdirlər
15

Quranda boşanma ilə bağlı ayələrin çoxunda isitifadə edilən, nikaha 
xitam vermə  işinin üslubunda əri talaq təsərrüfunun faili mövqeyinə 
                                                 
14
 Murtaza, Əbu’l-Qasım Ali b. Hasan b Musa əş-Şərif,  Mesailu’n-Nasiriyyat, (Təhqiq:  əl-
Merkezü’l-Buhus ve’d-Dirasetü’l-‘İlmiyye) Tehran 1977, 343; Cürcani, Təfsir-i  Şahi, II, 
421-457; Amili, Məhəmməd b. əl-Hasen  əl-Hurr,  Tafsilü Vəsaili’ş-Şia ila Təhsili 
Mesaili’ş-Şeri’a, Qum 1994, XXII, 98; Mağniyyə, Məhəmməd CavadFiqhu’l-İmam 
Cəfər es-Sadiq, Beyrut 1966, VI, 7-8; Ənsariyan,  Nizame Hanevade, s 539; Mutahhari, 
Murtaza, “Hüquqe Zen”, Endişe Vije’e Zən Der. sayı 14–15, y.y, tsz, s 221; A. mlf, 
Hüquqe Zən - Muğayese’e Hüquqe Beşeri və Medəni Zən dər İslam və Hüquqe Beşer, yer 
yok 1951, s 107- 273; Yusufi, Məhəmməd Hadi, “el-Mer’tü fi’l-Cahiliyyeti ve’l-İslam”, 
Riseletü’s-Sakaleyn Der. yıl 6, sayı 24, Qum 198, sayı 24, s 117. 
15
  İstinad qaynağını, Quran və  İmamların sözləri ilə  məhdudlaşdıran  Əxbarilər, hər cür 
düşüncə  və  təfəkkürə qarşı  çıxdıqları üçün Quran haqqında öz aralarında belə ikiye 
bölünmüşdür. (Garavi, Məhəmməd Abdulhüseyin, Mesadiru’l-İstinbat beyne’l-Üsuliyyin 
ve’l-Əxbariyyin, Qum, 1992; Muhsini, Seyyid Mirağa, Nakdi ber Əxbarigeri, Qum, 1992, s 
22.)  Bunlar, imamların  Əxbarı  ərəfindən təyid edilmədiyi müddətcə Quranın zahiri ilə 
əməl edilə  bilməyəcəyini, çünkü nəsh, təqyid və  təxsis kimi xüsusların buna mane 
olacağını iddia edən Esterabadi (1033/1624) və əl-Hurrü’l-Amili (1104/1692) kimi təssüb 
sahibi alimlər və  eyni ekoldan olub Quranın da öz başına müstəqil bir dəlil olduğunu 
müdafiə edən Bəhrani (1186/1772) kimi mötədillərdir. (el-Hansari, Məhəmməd Baqir, 
Ravdatu’l-Cennat fi Ahvali’l-Ulema ve’s-Sadat, Qum 1970, c2,s119; Salus, Ali Əhməd, 
Fiqhu’ş-Şiati’l-İmamiyye və Mevadiu’l-Xilafi Beynehu va beyne’l-Mezahibi’l-Erba’a, 
Küveyt, 1987, I, 54- 56; Amili, Məhəmməd b. Hasan əl-Hurr,  əl-Fevaidu’t-Tusiyye, Nşr: 
Seyyid Mehdi əl-Lazurdi-Şeyx Məhəmməd ed-Derudi, Qum 1983, s, 325;  Sadr, 
Məhəmməd Baqir, əl-Mealimu’l-Cədide fi’l-Üsul, Nəcəf 1975,s 80;  Bahrani, Şeyx Yusuf b. 
Əhməd b. İbrahim, Lü’lüetü’l-Bəhreyn fi’l-İcazat va Teracimi’r- Rical li Qurrati’l-Ayn, 
nşr:  Məhəmməd Sadık, Nəcəf 1996, s 76; Hasanova, Samire, Hicri V-VI. Əsir Cəfəri Üsul 
Alimlerine görə  Dəlil Anlayışi, (Basılmamış Yüksek Lisans Tezi) Ankara 1999, s 53..
Mötədil  Şiələrin qabaqcıllarından olan Şeyx Yusif Bəhrani mütəəssiblərin mövqeyini 
tənqid edərək onları yumşaqolmağa dəvət etmişdir. Əxbarilərə ilk ciddi qarşı gəlmə işini  
Şeyx Müfidlə (413/1022) başlayan Üsuli ekola görə isə    Quranın zahiri dəlil olub, ağla 
istinad edərək onu təvil etmək mümkün olduğu kimi ağılla istidlalın necə olacağı da 
məlumdur. (Şeyx Müfid, Əbu Abdullah Məhəmməd, Evailu’l-Makalat, Nşr. əl-Mu’temerü 
li’ş-Şeyx Müfid, Qum 1993, s 44;  Hilli, Ali b. ət-Tavus, ət-Taraif, Qum 1980, III, 517; əl-
Mu’tezili, İbn Ebi’l-Hadid, Şerhu Nehci’l-Belağa, Nşr: Maraşi, Qum 1984, VII, 15/X,203; 
Beyazi Ali b. Yusuf en-Nebati, es-Sıratu’l-Müstekim, Nəcəf 1964, II, 223. 


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
115 
gətirməsi Cəfəri hüquqçularını bu istiqamətdə yorumlara vardar etmişdir. 
Məsələn, Ravəndiyə (573/1177) görə Quranda talaqla bağlı hər bir ayə onun 
qanuniliyinin bir dəlildir
16
.  
Üləma nəzərində Quran, ərin xanımını boşama səlahiyyətinə dolaylı  və 
ya işarə yolu ilə qaynaqlıq edir. Buna görə Quranın qanuniliyini geniş  ələ 
alsaq buna dəlalət edən ayə və yorumları aşağıdaki kimi sadalamaq olar. 
a) “  ئيش  يلع  ردقي  لا  اكولمم  ادبع  لاثم  ﷲ  برض“  Allah, heç bir şeyə gücü 
çatmayan, başqasının malı olmuş bir köləni misal çəkdi
17
  ayəsi Cəfəri 
müfəssirlərinə görə hür ərin boşama səlahiyyətinə dolaylı qaynaqlıq edən 
ayələrdən biri olub, ayədəki  heç bir şeyə gücü çatmayan”dan məqsədin 
əslində “kölənin boşama haqqına sahib ola bilməyəcəyi” qəsd edilmişdir
18

Qummi (270/883) isə buna evlənmə haqqını da əlavə edərək ayədə, kölənin 
nə evlənmə, nə də boşama haqqının olduğunu qeyd etmişdir
19

Onların hədis qaynaqlarındakı bəzi rəvayətlər bu mövzuya daha da geniş 
izah gətirir. Onlardan biri ayəni təfsir eden mahiyyətdə olub belədir:  
لاق ملسم نب دمحم نع
 :
ءاش اذإ امھنيب قرفيأ لجر نم هتمأ حكني لجر نع ﷲدبع ابا تلأس
 ؟
لاقف
 :
 نإ
لوقي ىلاعت ﷲ نا ءاش اذإ امھنيب قرفيلف هكولمم ناك
):
ئش ىلع ردقي لا اكولمم ادبع
 (
اھتقفص اھقلاط ناف ارح اھجوز ناك ناو ،رملاا نم ئش دبعلل سيلف
.
 
Məhəmməd b Müslimin belə dediyi rəvayət edilmişdir: “Cəfəri-Sadiqə, 
cariyəsini başqa bir adamla evləndirənin istədiyində onları ayıra bilər mi? 
deyə soruşdum. O, belə cavab verdi: 
—Əgər  ər öz köləsi isə istəsə boşayar. Allah buyurdu: “heç bir şeyə 
gücü çatmayan, başqasının malı olmuş bir kölə”. Beləce kölənin bu işdə 
                                                 
16
 Ravəndi, Kutbuddin, Fiqhu’l-Quran, (Nşr: Məktəbətü Ayəullah Mar’şi.) Qum 1984, II, 152. 
17
 Nahl 16/75. 
18
  Əyyaşi, Məhəmməd b. Mesud, Təfsiru’l-  Əyyaşi, Tehran 1960, I, 114/II, 266. Bununla 
bağlı  Cəfəri Sadiqin da “…şeyə  gəlincə boşama haqqıdır” dediği rəvayət olunmuştur. 
(Amili, Məhəmməd b. əl-Hasen əl-Hurr, Tafsilü Vəsaili’ş-Şia ila Təhsili Mesaili’ş-Şeri’a, 
Qum 1994, XXII, 101; Məclisi, Məhəmməd Baqir, Biharu’l-Envar fi Əxbari  Əimməti’l-
Əthar, Tehran 1967, C, 341/ CI, 147.) 
19
 Qummi, Ali b. İbrahim b. Haşim,  Təfsiru’l-Qummi,  Nşr: Müəssəsətu Dari’l-Kitab, Qum 
1984, I, 387; Vefatının dəqiq tarixi bilinmeyen, hicri 3. əsrin  Şiə ravisi Qumminin bu 
təfsiri Şiənin ilk təfsirlərindəndir. Rəvayətlərin hamısı V. İmam Məhəmməd Baqir və VI. 
İmam Cəfəri Sadiqə aid olduğu üçün “Təfsir-i Sadiqeyn” adı ilə meşhur olan bir rəvayət 
təfsiridir. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə