Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə36/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   32   33   34   35   36   37   38   39   ...   114

 Dr. Əhməd NİYAZOV 
112 
Görüldüyü kimi bu, bəzi üləma nəzdində bu, eyni şeyi ifadə edir. Ancaq 
bu pasajı  məzhəbin fiqh üsulu mövzuları  çərçivəsində düşünsək belə bir 
qənaətə  gələrik; Cəfəri fiqh üsulu baxımından ləfzlər, qoyulduğu (vaz 
olunduğu) əsas və ya izafi mənada işlədilməsinə görə bir neçə qismə ayrılır
5

Əbu Cəfər ət-Tusiyə (460/1068) görə burada qeyd edilən  قلاطلا
(
) sözü ءوضولا 
, مايصلا , ةاكزلا və ةلاصلا ləfzləri kimi Şariin məqsədini daşıyan özünə xas şəri 
bir isim olub istifadə edilən sahəyə məxsus (təxsis edildiyi) mənaya dəlalət 
edir
6

Talaq termini ümumi və xüsusi olmaqla iki mənada işlədilir.  İslam 
Hüququnda talaqın ümumi mənası, “evlilik birliyini rəsmi olaraq aradan 
qaldıran  şey”, “müəyyən ləfzlə
7
 nikah əqdinin xitamı”,  “evlənmə  əqdinin 
sona çatması”, “nikah bağının xitamı”, “ər-arvad arasındakı hüquqi bağın 
sonu” və ya daha ümumi mənada “boşama” şəklində işlədilir
8
.  
Cəfəri məzhəbində xüsusi mənada işlənən “talaq” ləfzi belə  tərif edilə 
bilər; Boşama səlahiyyətinə malik ərin təmizlik (tuhr) halındakı xanımını 
cinsi münasibət olmadan, xüsusi və sarih/açıq ləfzlə iki adil kişinin şahidliyi 
ilə bir məclisdə bir dəfə əvəzsiz boşamasıdır
9
.  
Bu mövzuda digər bir yorum diqqəti daha çox cəlb edir. Bu, İbn 
Murtazanın talaqa verdiyi tərifdir ki, o belə deyir: “Talaq, lüğətdə salma və 
sərbəst buraxmadan alınmışdır.  İslam Hüququnda isə xüsusi bir şəxşə 
                                                 
5
 Əhli-Sünnə fiqh ədəbiyyatında həqiqət, məcaz, sarih və kinayə şəklində dörd qismə ayrılan 
bu ləfzləri, Cəfəri fəqihlər işləndiyi yer və halına görə daha da təfərrüatı ilə altı qismə 
ayıraraq tədqiq etmişdirlər. (Daha geniş bax: ət-Tusi, Şeyxu’t-Taifə Əbu Cəfər (460/1068),  
əl-Uddə fi Üsuli’l-Fiqh, (Təhqiq: Məhəmməd Rıza  əl-Ənsari  əl-Qummi) y.y, 1996,  I, 
413–415. 
6
 Tusi, eyni əsər, s 414. 
7
  Cəfəri fiqhində  fəqihlərin  əksəriyyəti sadəcə  “ənti taliq” ləfzinin boşama üçün keçərli 
olduğunu qəbul edərkən, bir qismi də “i’təddi” ləfzinin də keçərli olacağını və sadəcə bu 
iki ləfzlə talaq meydana gələcəyi görüşündədirlər. 
8
 Tusi, Şeyxu’t-Taifə b. Cəfər Məhəmməd b. əl-Hasen,  əl-Məbsut fi Fiqhi’l-İmamiyyə
(Təhqiq: Məhəmməd Baqir əl-Behbudi) tsz. y.y, V, 2; Nəcəfi, e.a.ə, XXXII, 3; Tabatabai, 
Məhəmməd Kazım əl-Yəzdi, əl-Urvətü’l-Vusqa, (Təhqiq: Hui və Kelçakani) Qum, tsz, II, 
320; Humeyni, Ruhullah əl-Musəvi,  Təhriru’l-Vəsilə, Qum, tsz, II, 249;  Şirazi, Nəsir 
Məqarim, Xülasətu’l-Ahkam, Trc. Mirzə Resul İsmailzade, y.y, 2001, s 259; Marifet, Şeyx 
Məhəmməd HadI, Şeriat Hökümlerinin İzahı, trc.İlgar İsmayılzade, Qum 2003, s 162. 
9
 Tusi, Əbu Cəfər Məhəmməd b. Hasan Şeyxu’t-Taifə,  Kitabu’l-Xilaf, (Təhqiq: Ali əl-
Xorasani, Cavad əş-Şehristaani və  Şeyx Mehdi) Qum, 1990, IV, 445; Hui, Əbu’l-Qasım 
əl-Musəvi,  Minhacu’s-Salihin, Nəcəf 1972,s 327; Hilli, Abdulkərim,  əl-Ahkamu’l-
Cəfəriyye fi’l-Ahvali’ş-Şahsiyyə, Beyrut 1985, s 87.   


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
113 
aidiyyəti olan sözdür. Bu şəxs, o sözlə nikaha xitam verən, yaxud onu yox 
edən kişi və ya onun vəkilidir.”
10
 
“Talaq”, termin mənasında hər nə  qədər “ərin evliliyə bilavasitə xitam 
vermə haqqı” qarşılığında işlənsə də bəzi məqamlarda hakim, qadın və vəli 
tərəfindən nikahın xitamı  mənasında da işlənir. Buna görə qanuni (Adəmi-
infaq (məişətin təminindən imtina), tərk, pis rəftar, innin (cinsi iqtidarsızlıq) 
və  kəmağıllıq kimi) səbəblərlə hakimin qadını boşamasına da “talaq” 
deyildiyi kimi,
11
  ərin tək tərəfli iradəsi ilə boşama səlahiyyətini xanımına 
həvalə etməsi nəticəsində eyni təsərrüf haqqına sahib olan qadının lazım 
olduğunda bu səlahiyyətdən istifadəsi də “talaq” sayılmışdır
12

Bu da var ki, Cəfəri hüquqçuları hakimin bu haqqı işlədə bilməsi və talaq 
haqqının qadına təfvizi mövzusunda müxtəlif fikir sahibidirlər. Burada 
talaqın xüsusi mənası ələ alınacağı üçün həmin ixtilaflar və Cəfəri fəqihlərin 
talaqa verdikləri tərifdəki ünsürlər ayrı başlıqlarda qeyd ediləcək. 
İmamiyyənin iki qolu olan Əxbari və Üsuli ekol hər nə  qədər üsulla 
əlagəli bir çox mövzuda ayrı fikirdə olsalar da füru mövzularında 
həmfikirdirlər. Bu baxımdan ərin boşama səlahiyyəti sayılan talaq haqqında 
həmfikir olsalar da onun hüquqi zəminini təşkil edən Kitab, Sünnət, İcma və 
Ağıl mövzusundu ixtilaf etmişdirlər.  
Adı keçən iki ekolun dəlil anlayışı  fərqli olduğu üçün
13
  ərin boşama 
səlahiyyətinin qanuniliyini təmin edən şəri qaynaqların sayı baxımından hər 
ekolun özünə  məxsus cəhətləri vardır. Belə ki, əxbari ekola görə bu 
qaynaqlar Kitab və Sünnə, Üsulilərə görə isə Kitab, Sünnə, İcma və Ağıldır. 
Hər iki ekol mənsubları ərin xanımını boşama səlahiyyəti üzərində təsərrüf 
                                                 
10
 İbn Murtaza, Əhməd b Yahya, Uyunu’l-Əzhar fi Fiqhi’l-Əimməti’l-Əthar, Beyrut 1975, s 
211. 
11
 Sistani, Muhsin əl-Hakim Ali əl-Huseyni,  Minhacu’s-Salihin, Qum 1996, c.3, s 108-109; 
Humeyni, Ruhullah əl-Musəvi,  Zübdetü’l-Ahkam, Tehran 1991, s 207;  Mağniyyə, 
Məhəmməd Cavad, ez-Zevacü ve’t-Talaq ale’l-Mezahibi’l-Xəmsə, Beyrut 1960,s 142-192; 
Hakim, Məhəmməd Taqi Abdulhadi, əl-Fetava’l-Müyessera, Trc. Hacı Qurbanali, y.y, 
1998,s 187; Marifet, e.a.ə,s 163. 
12
 Amili, ər-Ravzatu’l-Bəhiyyə, c.6,s 23;  Savci, Məryəm, Ehtelafe Hüquqe Zən və Mərd dər 
İslam və Qəvanine İran, Tehran 1958, s 72; Tebrizi, Yusuf əl-Medəni, Minhacu’l-Ahkam 
fi’n-Nikah ve’t-Talaq, y.y, 1998, I, 475; Hilli, Abdulkərim,  əl-Ahkamu’l-Cəfəriyye fi’l-
Ahvali’ş-Şahsiyyə, Beyrut, 1975,s 89; Şirazi, Xülasətu’l-Ahkam, s 266; Tabatabai, İslam,s 
74-75; Hatemi, Qadın,s 186. 
13
 Geniş malumat üçün bax: Karaman, Hayrettin, “Cəfəriyye”, D.İ.A, VII, 6; Uyar, Mazlum, 
İmamiyye Şiasında Düşünce Ekolleri-Əxbarilik, İstanbul 2000, s 249. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə