Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə38/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

 Dr. Əhməd NİYAZOV 
116 
haqqı yoxdur. Əgər  əri hür olsaydı qadını boşaması onun satışı kimi 
olardı.”
20
 
لاق   حلاصلا دبعلا نع ،نيطقي نب يلع
  :
لاقف ،ارح لاجر هتمأ جوز لجر نع هتلأسو
 :
 قلاطلا
ديب
 
رحلا
   .
 
Ali b. Yaktin, Abdussalihdən rəvayət edir. Ona cariyəsini hür bir 
kişila evləndirən əfəndi haqqında soruşdum. O belə dedi: 
—Talaq hürün əlindədir
21

Hər iki rəvayətdə  də görüldüyü kimi ayənin təvilində mülkiyyəti 
əfəndisinə aid olan kölənin boşama haqqının olmadığı və bunun ancaq hürün 
əlində olacağı qənaəti hakimdir.  
Belə çıxır ki, bunu müdafiə edən fəqihlərnın boşama haqqını hür kişiyə 
tanıması, ayənin mefhumu-muxalif yolu ilə dəlalətidir. Yəni meskutun anh -
haqqında bəhs edilməyən- hürün bu hakka sahib olması,  mantuk –bəhs 
edilən- kölənin ondan məhrum olması hökmündən başa düşülür. Çünki 
İmamiyyəyə görə mantuk üçün sabit olan hökmün mefhumu-muxalifi ilə 
əməl etmək, üzərində ittifaq edilən hüccətdir
22
.  
 b) Quranda talaqın “hər hansı bir səbəblə nikah bağına kişi tərəfindən 
xitam verilməsi” mənasının çıxması onun termin mənasında belə,  ərin hür 
iradəsi olduğunu göstərir
23
.  
Bu mənada:Əgər (müddəti içində qayıtmayıb qadınlarını)  boşamaya 
qərar verərlərsə
24
    ayəsi haqqında Təbərsi (v.548/1153) belə qeyd edir: 
“Hakim, dörd ay keçsə belə xanımına yaxınlaşmayan  əri, ya qayıdaraq 
kəffarə verməsi, ya da boşaması üçün  məcbur edər. Ər bundan imtina etsə
yerinə yetirincəyə qədər hakim onu həbs edər. 
Quranın “قلاطلا اومزع نا و / talaqa qərar versələr" ifadəsi bizə görə ərin, 
əzmetdikdən sonra boşadığını söyləməsi mənasına gəlir.  Ər,  şəriət ölçüləri 
                                                 
20
 Tusi,  əl-İstibsar fima Uxtulifə minə’l-Əxbar, (Təhqiq: Məhəmməd Cavad əl-Mağniyyə ) 
Beyrut 1996, III, 240; Amili, Vəsaili’ş-Şia, XXI, 1182. Qeyd etmək lazımdır ki, 
rəvayətdəki “satışı kimidir” ifadəsi hür bir ərin boşama səlahiyyətinin məcazi mənada, əqd 
əsnasındakı mal sahibinin hür iradəsi ilə müqayisəsidir.  
21
 Kuleyni, Kafi, VI, 168; Amili, Vəsaili’ş-Şia, XXII, 100. 
22
 Mağniyyə, Məhəmməd Cavad, İlmu Üsuli’l-Fiqh fi Sevbihi’l-Cədid, Beyrut 1980, s 143–
144. 
23
  Təbərsi,  Əbu’l-Fadl b. Hasan, Məcməu’l-Bəyan li Ulumi’l-Quran, Kahire 1958, II, 127; 
Kazımi, Fazilul-Cavad, Mesaliku’l-Efham ila Ayati’l-Ahkam, Təhqiq: Məhəmməd Baqir 
əl-Behbudi və Məhəmməd Baqir Şərifzadə, Tehran, 1986, VI, 28. 
24
 Bəqərə 2/227 


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
117 
daxilində bunu tələffüz etmədikcə xanımı bain olmaz”
25
. Hakimin təfriq 
etməyib  əri talaqa məcbur etməsi Cəfərilərdə  ila`nın təfriq deyil talaqdan 
hesab edilməsinə görədir. 
 Bir hüquqçu olaraq Şeyx Tusi (v.460/1067), ayənin  ərin hür iradəsinə 
dəlalətini  belə bəyan edir: “Şəri ila`nın hökmü; Ərin dörd ay gözləməsi və 
qadının müddət sonunda ərinə qayıtması, yaxud boşamasını tələb etməkdir.  و
قلاطلا  اومزع  نا
"
/talaqa  əzmedərlərsə” ayəsi boşama səlahiyyətini kişiyə aid 
edir. Ərin əzmetməsi ilə meydana gələn boşamadır ki, bu da, qayıtmaq necə 
ki, ərin cəhdi ilədirsə boşamaq da yenə ərin cəhdi ilə mümkündür”.
26
  
Hilli də, (v.726/1326) “قلاطلا  اومزع  نا  و / əgər talaqa qərar versələr” 
ayəsi haqqında danışarkən Allahın bunu kişilərə aid etdiyini və “qayıtma”da 
olduğu kimi boşamanın da ancaq kişilərin sözü və feli ilə meydana 
gələcəiyini izah etmişdir
27
.  
c) “…Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah 
müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya 
bilər…”
28
 ayəsindəki “ةدقع/uqdə” müqavilə, düyüm mənasına,  əqdin isə, 
bağlamaq mənasına gəlməsi ilə bağı açmaq mənasına gələn talaqdır ki, ərin 
nikah bağını  açmasına  digər bir dəlalət edici ayədir
29
.  
Məzhəb içində ayədəki “nikah bağı” və ya “nikah müqaviləsi”ndən 
məqsəd, qəyyumun hüququdur deyənlərin sayı çox olsa da,
30
  Cəfəri 
                                                 
25
 (هنم نيبت لا عورشملا هجولا يلع قلاطلاب ظفلتي مل يتم و قلاطلاب ظفلتي مث مزعي نا اندنع قلاطلا ةميزع) Təbərsi, 
Məcməu’l-Bəyan, II, 129; Eyni mənanı Qummi, Əyyaşi (320/932) Mazandarani 
(577/1181) və Cürcani (976/1568)  də  təfsirlərində qeyd etmişdir. Bax: Qummi, Təfsiru’l-
Qummi, I, 74; Mazandarani, İbn Sehraşub, Müteşabihu’l-Quran, Nşr: Dar-ı Bidar, Haleb 
1950, III, 198; Əyyaşi, e.a.ə, I, 114; Curcani, Təfsiri Şahi, II, 509. 
26
 Tusi, Kitabu’l-Xilaf, VI, 510-511. 
27
 Hilli, İbnu’l-Mutahhar, Nehcu’l-Hakk və Keşfu’s-Sıdk, Nşr: Müəssəsətu Dari’l-Hicre, Qum 
1986, s 535. 
28
 Bəqərə 2/237 
29
 Tusi, Şeyxu’t-Taifə  Əbu Cəfər Məhəmməd b. əl-Hasan,  ət-Tıbyan fi Təfsiri’l-Quran
Təhqiq: Məhəmməd Rıza  əl-Ənsari  əl-Qummi, yer yok  1988, X,28; Ravəndi,  Fiqhu’l-
Quran, II, 150-151-162;  Mazandarani, Mütəşəbihul-Quran, II, 146-147. 
30
 Bu görüşün sahibləri Əbu Bəsirin Cəfəri Sadiqdən rəvayət etdiği: “Nikah bağı əlində olan; 
bu, baba, qardaş, özünə vəsiyyət edilən, yaxud da qadının malında hər cür təsərrüfə sahib 
olan vəlidir. Bunlardan hansı vazgeçərsə caizdir” xəbərini  əsas alaraq ayətdəki nikah 
bağının koca olmadığı  qənaətinə  gəlmişdirlər. Kuleyni, Kafi, VI, 106;  Əyyaşi, e.a.ə, I, 
125–130; Tusi, Təhzib, VII, 393;  Amili, Vəsailu’ş-Şia  XXX, 283; Təbərsi,  Məcməu’l-
Bəyan, II, 131; Nəvəvi, e.a.ə, XV, 93. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə