Dr. Əhməd NİYAZOV
118
müfəssirlərinin bəziləri ayədə qeyd edilən nikah bağının ərin əlindəki bağ
olduğunu qeyd edir ki, onlardan biri belədir:
“Nikah bağını əlində tutanın qəyyum və ya vəli
olduğu görüşləri rəvayət
edilsə də, görüşümüzə görə ata yaxud babanın vəlayəti ancaq bakirələr və
baliğ olmayanlar üçündür. Bu ikisi xaricindəkilərə gəlincə qadının təyin
etdiyi vəkil müstəsna, qəyyumdan söz gedə bilməz. Hz. Əlidən gələn
rəvayətə görə də nikah bağına sahib olan kişidir. Çünkü əshabımıza görə
atanın qalan malın (mehrin qalan yarısının) hamısını bağışlama haqqı
olmayıb, ancaq bir qismini bağışlama haqqı vardır. Cəfəri-Sadiqin
rəvayətinə görə vəlinin, qadının malından hibə etmə haqqı da yoxdur. Ayədə
keçən
يوقتلل برقا اوفعت نا و , ifadəsi qadın və əri haqqında deyilmişdir. Fəqət,
İbn Abbasa görə bu xitab təkcə kişiyə aitdir. Halbuki,
bizə görə kəlmə cəm
şəkildə olub bütün kişilərə şamildir və bu daha güclü bir görüşdür”.
31
Bu fikri dəstəkləyən Cəfəri fəqihlərə görə bağı əlində tutanın ər olması
lazımdır ki, onlar talaqı tərif edərkən “
ərin qadına müraciətlə ya da ona
işarə ilə “sən boşsan” sözünü deməsi ilə nikah bağlarının birindən onu azad
etməsidir” kimi ifadə edirlər
32
.
Talaqı, bağlardan birinin açılması kimi görən
bu alimlərə görə nikah, bu
bağın bağlandığı andır. Nikah bağı da, bir baxıma ərin əlində olan və onu
əlində saxlayaraq həm onu açmaya (boşama səlahiyyətinə) malik olan, hem
də açması ilə qadının boş sayılacağı bir bağdır. Yəni bağın, ərin əlində olma
və onu açma səlahiyyəti demək, nikah əqdinə xitam vermə haqqının nikahın
bağlanmasında ona verilməsi deməkdir.
d) Quranda boşanma ilə bağlı ayələrdə “tallaqa”
feli tamamiylə ümmətin
evli kişilərinə isnad edilən müraciətdir.
33
Eyni zamanda bu ayələr
34
31
Ravəndi,
Fiqhu’l-Quran, II, 162; Qarşılaştırma üçün bax: Tusi,
Kitabu’l-Xilaf, VI, 394.
32
قلاطلا
...
ةارملا ةيلخت نغ ةرابع
حاكنلا دقع نم ةدقع يلع
...
Tusi, ət-
Tıbyan, X,29; Ravəndi,
Fiqhu’l-
Quran, II, 162; Kazımi,
Mesaliku’l-Efham, VI, 28.
33
Müfid, Şeyx Əbu Abdullah
Məhəmməd, ət-
Təzkira bi Üsuli’l-Fiqh, (Nşr. əl-Mu’temeru
li’ş-Şeyx Müfid) Qum 1993, I, 31; Tusi, Əbu Cəfər Məhəmməd b. əl-Hasan Şeyxu’t-
Taifə, əl-
Uddə fi Üsuli’l-Fiqh, Təhqiq: Məhəmməd Rıza əl-Ənsari əl-Qummi, Qum 1996,
I, 50; Murtaza, Əbu’l-Qasım Ali b. Hüseyin əl-Musəvi
Aləmuhüda əş-Şərif,
Əmali’l-
Murtaza: Gureru’l-Fevaid və Düreru’l-Kalaid, Təhqiq: Məhəmməd Əbu’l-Fadl İbrahim,
Beyrut 2004, II, 71; Ravəndi,
Fiqhu’l-Quran, II, 148; Tabatabai, əl-
Mizan, II, 356-357;
Təbərsi,
Məcməu’l-Bəyan, X,39.
34
Bəqərə 2/230; Əhzab 33/49; Talaq 65/1.
Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları
119
tamamiylə kişilərə isnad edilərək onların tək tərəfli iradə ilə boşaması
mənasına gəlir
35
.
Belə ki, bu fikri iddia edən Cəfəri alimlərinə görə “…
هل لحت لاف اھقلط ناف”
“Əgər ər, qadını (üçüncü dəfə) boşasa…”
36
“ تانمؤملا متحكن اذا اونما نيذلا اھيا اي
نھومتقلط مث
...
” “Ey İman edənler! Mömin qadınlarla nikah bağlayıb zifafa
girməmiş onları boşasanız…”
37
, “
نا لبق نم نھوقلطف ءاسنلا متقلط اذا يبنلا اھيا اي
نھوسمت
...
” “Ey Peyğəmbər (s.ə.s)! Qadınları boşamaq istəsəniz…”
38
ayələrindəki evliliyə xitam verilməsinin üslubunda təkcə ərin tək tərəfli
iradəsi ilə evliliyə xitam vermə səlahiyyəti məqsədi
qüdülmüş və bunun şəri
talaqın səhihliyinə də bir dəlil təşkil etdiyi söylənmişdir
39
.
Bəhsi keçən son ayəyə gəlincə
40
fikrini ifadə etmək üçün qiyas edən
Təbərsi, ayə haqqında belə demişdir: “Burdakı məna belədir; Ey Peyğəmbər!
Ümmətinə de; Qadınları boşadıqları zaman… “
درأ اذإ
ت
ءاسنلا قلاط م
” qeydi,
Allahın:
“
مق اذإ
ت
ةلاصلا يلإ م
” və ya
“
أرقلا تأرق اذإف
ن
” ayələrində olduğu kimidir.”
Təbərsiyə görə ayənin hökmü
ümuma şamil olsa da, müraciət qadınları
boşayacaq olan, ümmətin kişilərinədir
41
.
e) “…
Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) qadınlardan
bir dərəcə üstündürlər…”
42
ayəsindəki üstünlük haqqı bəzi alimlərə görə
ərin xanımını boşama haqqıdır
43
.
Ancaq bu, ayənin kişilərin hüququ
baxımından hər cəhətdən qadınlardan üstün olmasına dəlil olması ilə yanaşı,
bəzi alimlərə görə bu, iki dəfə rici talaqla boşamış ərin xanımına
dönməsindəki hüququnun üstünlüyünə dəlalət edir.
44
35
Ravəndi,
Fiqhu’l-Quran, II, 152; Təbərsi,
Məcməu’l-Bəyan, II, 131-X,39.
36
Bəqərə 2/230.
37
Əhzab 33/49.
38
Talaq 65/1.
39
Qummi,
Təfsiru’l-Qummi, I, 78; Ravəndi
, Fiqhu’l-Quran, II, 148; Şeyx Müfid, Əbu
Abdullah Məhəmməd,
Ahkamu’n-Nisa, Nşr: əl-Mutemeru li’ş-Şeyx əl-Müfid, Qum 1992,
s 46; Mazandarani,
Müteşabihu’l-Quran, II, 195; Tusi, Şeyxu’t-Taifə, ət-
Tıbyan, X,29;
Cürcani,
Təfsir-i Şahi, II, 444-464; Təbərsi,
Məcməu’l-Bəyan, X, 39; Zəncani, Hüseyin
Hakkani,
Hukuke Hanevade dər İslam – Talaq ya Face’eye Enhalale Hanevade, Tehran
1947, s 27.
40
Talaq 65/1.
41
Təbərsi,
Məcməu’l-Bəyan, X, 39.
42
Bəqərə 2/228.
43
Ravəndi,
Fiqhu’l-Quran, II, 186.
44
Kazımi,
Mesaliku’l-Efham, VI, 51; Məclisi, e.a.ə, LIII, 27-C, 301; Nəvəvi,
Mirzə Hüseyin,
əl-
Müstədrəkü’l-Vəsail, Qum 1986, XIV, 476.