Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə47/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   43   44   45   46   47   48   49   50   ...   114

 Dr. Anar QAFAROV 
140 
bağlı qaldığını  və xüsusən də  İbn Sina paradiqmasını  mənimsədiyini 
söyləməmizə imkan verir. Filosofumuzun İbn Miskəveyhin dünya 
görüşünün təsiri altında qalaraq varlıq mərtəbələri haqqında irəli sürdüyü 
düşüncələri
3
 əsas etibarilə insanın varlıqlar arasındakı yerinin, onun fəzilətli 
və  fəzilətsiz olabiləcəyinin ontoloji əsasını  təşkil etməklə birlikdə, ruhun 
varlığını da əsaslandıracaq mahiyyətdədir. Tusiyə görə ruh cansız varlıq 
təbəqəsindən canlı varlıq təbəqəsinə keçidin ayrıc nöqtəsində yer alır.
4
 Nəfs 
adıyla da ifadə edilən ruh,
5
 ünsürlərin birbirinə qarışmasından meydana 
gələn mizacın etidala yaxınlığı nisbətində maaddə  və surətdən ibarət olan 
təbii cismin növ olaraq ayrılmasını  təmin edib, ona canlılıq qazandırır.
6
 
Nəticə olaraq mizac mürəkkəb olan şeyin növ olaraq surətlərini (yəni bitki, 
heyvan və insan surətlərini ) qəbul etməsinə uygun şərait yaradır. Beləcə, 
növlərə aid surət, yəni nəfs və ya ruh hadis olan (yəni sonradan meydana 
gələn) mizaca uygun olaraq meydana gəlir.
7
 Bu halda ruh da əzəli bir varlıq 
olmayıb, sonradan meydana gələn bir varlıqdır. Ruhun təbii canlı cismə 
gəlməsiylə cisimdə  bəslənmə, böyümə, çoxalma, hissetmə, istək, arzu və 
hərəkət etmə şəklində fəaliyyət və vəsflər ortaya çıxar. Göründüyü kimi bu 
fəaliyyətlər və xüsusiyyətlər onların cisim olmalarından deyil, cisim omlarını 
                                                 
3
 Kosmik varlık sahəsində müəyyən bir təbəqələşmənin mövcud olduğunu irəli sürən  İbn 
Miskəveyh, bununla əsas etibariylə peyğəmbərlik nəzəriyyəsini  əsaslandırmaq istəmişdir. 
(Bax. Mehmet Bayrakdar, “İbn Miskeveyh” DİA,  İstanbul, 1999, c. 20, s. 204.) Əslində 
təbəqəli varlıq görüşü etibariylə böyük ölçüdə  İbn Miskəveyhin təsirləri altında qalan 
Nəsirəddin Tusinin Əxlaq-i Nasiri adlı əsərində bu məqsədin izlərini İbn Miskəveyhin əl-
Fəvzu’l-asqar adlı əsərindəki kimi bariz bir şəkildə olmasa da, görə bilərik. Beləki, Tûsî, bu 
əsərində insan növünün dərəcələrinin zirvəsi olaraq vəhy və ilham ilə Allah’dan 
həqiqətlərin bilgisini və hökmlərini alan və insanların kamilləşdirilməsi, dünya və axirət 
işlərinin tərtib edilməsində səadət və xoşbəxtliyin səbəbi olan insanlardan bəhs edər. Bax. 
Tusi Əxlaq-i Nasiri, Tehran, h. 1369, s.59-62; qrş. İbn Miskəveyh, Fəvzu’l-asqar, thq. Salih 
Azimə, Tunis, əd-Daru’l-Arabiyyətu’l-Kitab, s. 111-118; e.mlf., Təhzibu’l-əxlaq  və 
tathiru’l-a’rak,
 
thq. İbnu’l-Hatib, 1398./1978, s. 76-81. 
4
 Tusi, Əxlaq-i Nasıri, s. 59. 
5
 Bəzi əsərlərində Tusinin bu iki termini birbirinin yerinə istifadə etdiyi görülür. Bax. Tusi, 
Fusul  (əl-Ədillətu’l-cəliyyə fi şərhi’l-Fusuli’n-Nasiriyyə içində) haz. Abdullah Nemət, 
Beyrut, Daru'l-Fikri'l-Lubnan, 1986, s. 176-177; e.mlf, Taarufu’l-ərvah ba‘də’l-mufaraka 
(Təlhisu’l-Muhassal içində) Beyrut, 1405/1985, s. 525. 
6
 Tusi, Əcvibətu məsaili  İzzəddin Ebu’r-Rıda Said b. Mansur b. Kəmunə  əl-Bağdadi
(Əcvibetu’l-məsail’n-Nasiriyyə içinde), haz. Abdullah Nurani, Tehran, Pijuhişgah-ı Ulum-u 
İnsani və Motaleat-i Fərhəngi, 1383 hş., s. 33; e.mlf., Əhlaq-i Nasıri, s. 59.  
7
 Tusi, Əcvibətu məsaili  İzzəddin Ebu’r-Rıda Said b. Mansur b. Kəmunə  əl-Bağdadi
(Əcvibetu’l-məsail’n-Nasiriyyə  içində), s. 33; e.mlf., əl-Kəmalu’l-əvvəl və’l-kəmalu’s-sani 
(Təlhisu’l-Muhassal içində), s. 521.  


Nəsirəddin Tusinin fəlsəfəsində varlıq və mahiyyət cəhətindən ruh / nəfs nəzəriyyəsi 
141 
aşan başqa bir prinsipdən qaynaqlanır ki, bu da ruh və ya nəfsdir. Canlı 
cismin təbəqələri bitkilərdən, heyvanlardan və insanlardan ibarət olduğuna 
görə ruh da bitki ruhu, heyvan ruhu və insan ruhu olmaqla üç növə ayrılır.
8
 
Cisimlərdəki fəaliyyətlərdən hərəkətlə var olduğu isbatlanan ruh, təbii canlı 
cisimlərdəki fəaliyyətlərə nisbətlə prinsip (məbdə),
9
 bitki və heyvanların 
varlıq qazanmasını  təmin etməsi cəhətindən surət, varlıq cəhətindən üst və 
alt təbəqədə mövcud olan növləri meydana gətirməsi və növün 
kamilləşməsinə  səbəb olması baxımından da kamillikdir. Kamillik isə, 
Tusiyə görə Aristotel və İbn Sinanın fəlsəfi anlayışında olduğu kimi birinci 
və ikinci kamillik olaraq iki qismə ayrılır. Belə ki, təbii cismi növ olaraq 
varlığa gətirən ruh, bu mənada ilk kamillikdir. Hətta bu halda ruhda ikinci 
kamillik də potensial olaraq mövcuddur. Buna əsasən ruh Aristotelə aid bir 
təriflə
10
 Tusinin fəlsəfəsində də “potensial olaraq canlı olan təbii cismin ilk 
kamilliyidir.”
11
Ruhun/nəfsin növlərdəki bəslənmə, böyümə, çoxalma, 
hissetmə, idrak, iradəli hərəkət və düşünmə kimi fəaliyyətləri isə ikinci 
kamillikdir.
12
  
Ruhun varlığı məsələsində Tusinin fikir və düşüncələrində böyük ölçüdə 
İbn Sinanın düşüncələrinin təsiri altında qaldığı görünür.
13
  
                                                 
8
 Tusi, Əxlaq-i Nasıri, 56-57, 59-64. 
9
 Tusi, Əcvibətu məsaili Şəmsuddin Muhamməd Kîşî, (Əcvibətu’l-məsail’n-Nasiriyyə içində), 
s. 286. İbn Sinadan fərqli olaraq Tusi, ruhdan, ondan meydana gələn fəaliyyətlərə nisbətlə 
qüvvə olaraq deyil prinsip olaraq bəhs edər.. Qısacası Tusinin düşüncə sistemində ruhun 
fəaliyyətlərə nisbətlə potensial olması istiqamətində  hər hansı bir açıqlama mövcud deyil 
ki, bu da onun İbn Sinadan fərqli cəhətidir.  İbn Sinanın bu çərçivədəki düşüncələri üçün 
bax. İbn Sina, əş-Şifa [ət-Tabiiyyat, ən-Nəfs], s. 6. 
10
 Bax. Aristoteles, De Anima, trc. Zeki Özcan, İstanbul, Alfa Yay.,.2001, s. 66 (412b). 
11
 Tusi, Əcvibətu məsaili Şəmsuddin Muhamməd Kîşî, s. 286; e.mlf., əl-Kəmalu’l-əvvəl və’l-
kəmalu’s-səni, s. 521; e.mlf., Təcridu’l-i‘tikad, thq. Muhamməd Cəvad  əl-Huseyni  əl-
Cəlali, Qum, Məktəbətu'l-İ'lami'l-İslam, 1406/1986, s. 106.  
12
 Tusi, Əcvibətu məsaili Şəmsuddin Muhamməd Kîşî, s. 286; e.mlf., əl-Kəmalu’l-əvvəl və’l-
kəmalu’s-səni, s. 521; Hillî, Kəşfu’l-murad fi şərhi Təcridi’l-i‘tikad, Beyrut, 1408/1988,
 
s. 
160-161; qrş.  İbn Sina, əş-Şifa, [ət-Tabiiyyat,  ən-Nəfs], s. 5-10; Ali Durusoy, İbn Sina 
Felsefesinde İnsan ve Âlemdeki Yeri, İstanbul, MÜİF Yay., 1993, s. 34-36. 
13
  İbn Sinanın bu çərçivədəki bənzər izahları üçün bax. İbn Sina, əş-Şifa, [ət-Tabiiyyat,  ən-
Nəfs], s. 5-10, 196, 207; e.mlf., əl-Adhaviyyə fi’l-məad, thq. Hasan Asi, Beyrut, 
Muəssəsetu'l-Camiiyyə, 1407/1987, s.120, 123-124; e.mlf., əl-İşarat və’t-tənbihat, thq. 
Süleyman Dünya, Qahirə, Daru'l-Maarif, 1960, c. 3-4, s. 893; e.mlf., Kitabu’n-nəcat, thq. 
Macit Fahri, Beyrut, Daru'l-Âfaki'l-Cədidə, 1405/1985, s. 196-197; e.mlf., ət-Ta‘likat, thq. 
Abdurrahman Bedevi, Qum, Məktəbətu'l-İ'lami'l-İslami, 1984, s. 55. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə