Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə43/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
127 
Əxbarilərə görə ağlın funksiyası İmamlar tərəfindən müəyyənlənmişdir. 
Bunun isnadı olaraq Məhəmməd Baqirin aşağıdakı rəvayəti göstərilir: 
نانجلا هب بستكاو نمحرلا هب دبع ام لقعلا /Ağıl, onunla Rahmana ibadət edilən və 
cənnət qazanılan şeydir.
77
 Yəni Şəri hökmlərin açıqlayıcısı Allahdır, ağıl ancaq 
Allahın təklifini  əksiksiz yerinə yetirməklə mükəlləf olub, şəri hökmlərin 
istinbatı qüdrətinə sahib deyil. Bu səbəblə hər hansı bir hadisə haqqında hökm 
qaynağı ola bilməyən ağılla yox, təkcə nəsslərlə əməl etmək lazımdır. 
Üsulilərə  gəlincə  ağlı, kitab, sünnə  və icmadan sonra dördüncü dəlil 
olaraq qəbul etməklə  rəvayət fiqhinə paralel ictihad fiqhini da inkişaf 
etdirmişdirlər. Hər nə  qədər daha əvvəlki zamana aid müəyyən  əlamətlər 
olsa da, bunun təməli  Şeyx Müfid (v.413/1022) tərəfindən atılmış,  İdris b. 
Hilli (v.726/1326) isə  sərhədlərini müəyyənləşdirərək ağılın nə  mənaya 
gəldiğini açıqlamışdır
78
.  Bu ekola görə  ağıl, həm təzad təşkil edən 
rəvayətlərin təvilə olan ihtiyacında həm də Qurandan və Sünnədən dəlil 
olmadığı zaman özünə müraciət edilərək hökm çıxarmaq üçün əlverişli bir 
dəlildir. Bununla yanaşı  ağıl, Quranın və  İmamların mütəşabihini təvil 
edərək anlayacaq şeydir. Ancaq, ağlın bilgi əldə etməsi, hökmlər çıxara 
bilməsi və bəzi nəticələr əldə etməsi üçün  də  rəvayətlərə ihtiyacı vardır
79
.  
Cəfəri üləma qiyası qətiyyən rəddedərkən illəti nəss və icma ilə məlum 
olan, illeti –mənsusəni qiyasdan hesab etməyərək onun hökmünün 
tapılmasının ağıl dəlili ilə mümkün olacağı qənaətindədirlər
80
.  
Digər cəhətdən ictihad qapısının daim açıq olduğunu deyən Üsuli 
Cəfərilər qiyasa dayanan içtihadı  qəbul etməyib, qiyası palçıqla odu qiyas 
edən iblisin əməlindən saymışdır
81
.  
Cəfəri hüquqçular, ərin xanımını  tək tərəfli bir iradə ilə boşaya 
biləcəyinə dair kitab, sünnə və icma xaricində ağıl dəlilinə də əsaslanmışdır. 
Bir hüquqi təsərrüf olan boşama haqqının ağılla  da  isbatının 
mümkünlüyünü aşağıdakı kimi göstərmək olar. 
                                                 
77
 Kuleyni, Kafi, I, 11, Amili, Vəsailu’ş-Şia, XV, 205, Məclisi, e.a.ə, I, 116. 
78
 Uyar, e.a.ə, s 282; Hasanova, e.a.ə, s 73; Daha geniş bax: Şebistəri, M. Müçtehid, Akıl və 
Din, İstanbul, 1992, s 9–80. 
79
 Şeyx Müfid, Evailu’l-Makalat, s 44; Tabatabai, əl-Mizan, III, 89–106. 
80
 Salusi, e.a.ə, s 71. 
81
  Müfid,  Şeyx  Əbu Abdullah Məhəmməd,  əl-İhtisas, (Nşr.  əl-Mu’temeru li’ş-Şeyx Müfid)  
Qum 1989, I, 108-109; A. mlf, ət-Tezkira, s 38; Kaşifu’l-Gıta, Məhəmməd Hüseyin, Aslu’ş-
Şia və Üsuluha, Beyrut 1981, s  121. 


 Dr. Əhməd NİYAZOV 
128 
a) Fürui-dində talaq, iqaatdan olmasına görə buradakı tək tərəfli təsərrüf 
haqqı ərin boşama haqqıdır.  
Cəfəri fəqihlər fürui-dində  təkcə bir tərəfın inşai olaraq icabı ilə hüquqi 
nəticələr əmələ gətirən muamilələrə iqaat demişdir. Onların nəzərində talaq, belə 
bir xüsusiyyətə malik təsərrüf olub, adı çəkilən icabı edəcək tək tərəf  kişidir
82
.    
Onu da qeyd etmək lazımdır ki, Cəfəri fəqihlər şəri əmir və təklifləri dörd 
qismə ayırmışdır: 1) İbadətlər  2) Əqdlər  3)  İqaat  4) Əhkam və Siyasət.  
Daha açıq izahı baxımından bunu sxem halınde versək aşağıdakı kimi olar. 
                                          
 
     
                                                 
82
 Zəncani, Molla Ali Qəzvini (Təhqiq: Məhəmməd Ali Qaraca Daği Tebrizi) Siyeğu’l-Ukudi 
ve’l-İka’at, Qum 1994, s 55–311; Vicdani, Fahri, əl-İzah fi’t-Talaq ve’n-Nikah Mobahese 
Təhqiqi dər Bareye Siğaye Nekah və Talaq, Qum, 1991 s 25- 65; Tebrizi, Minhacu’l-
Ahkam, I, 4–7; Savci, e.a.ə, s 33–37; Hui, Minhac’s-Salihin, s 19–21. 
FÜRUİ-DİN 
Uxrəvi
Dünyəvi
Bəndənin Rəbbinə qarşı 
İbadətlər 
Siğa lazım olanlar Siğa lazım olmayanlar 
Əhkam 
1) Diyət 
2) Miras 
3) Qisas 
 4) Ətimə 
Siğası iki tərəfli olanlar        Siğası tək tərəfli olanlar
Əqdlər 
İqaat 
Digərləri 
  1) Talaq 
  2) İtq 
  3) Nəzir 
  4) Qəsəm 


Cəfəri fiqhində ərin boşama səlahiyyətinin şəri əsasları 
129 
İqaat, Cəfəri fiqhində əqd muamilələrindən fərqli olaraq tək tərəfın razılığı 
ilə inşai ifadələrlə meydana gələn və tək tərəfli fəsh edə bilmə haqqının olduğu 
bir təsərrüf şəklidir. Yəni tək tərəfdən lazım, digər tərəfdən qeyri-lazım olan bir 
hüquqi muamilədir ki, talaq, itq, nəzir və qasəm bu xüsusiyyətlərə malikdir. 
Ancaq hər iki tərəfdən lazım və ya hər iki tərəfdən qeyri-lazım xüsusiyyətinə 
malik olanlar isə  əqdlər adı altında gruplandırılmışdır.  Əqdlər, icab və  qəbula 
ehtiyacı olan, bunlardan biri olmazsa batilə dönən, iqaatda isə birinin icabı ilə 
muamilənin meydana gəlməsi üçün kafi olan, qarşı  tərəfın razılığına ehtiyac 
olmayan təsərrüf şəklidir
83
.  Talaq da iqaat muamilələrindən olduğu üçün  tək 
tərəfli iradəyə bağlıdır. Bu iradə tamamilə ərin iradəsi ilə məhduddur. 
Talaq haqqının kişidə olduğunu əqdin xüsusiyyətinə bağlayan İzzətullah 
İraqiyə görə evlilik əqdini meydana gətirən kişi və qadındır. Sözləşməni 
yerinə yetirən mutəaqidan (əqdin iki tərəfi) qadın və kişi olduğu halda bəzi 
hüquqlarda ona xitam verən məhkəmədir. Yəni özlərinin bağladığı  əqdi 
özləri poza bilmir. Əslində  hər cür əqdə xitam vermə  səlahiyyəti tərəflərə 
aitdir.  İstədiyi zaman pozma səlahiyyətinə sahibdirlər. Nikah əqdinə    də  
xitam vermə başqasına yox tərəflərə aitdir. Talaqdan söz gedərkən tərəflərin 
səlahiyyəti kişi ilə məhduddur
84
.    
Bu mənaya yaxın bir izah gətirən Mütəhhəri (v.1979), talaq haqqının ərin 
əlində olmasını fıtri, yaxud yaradılış əsasına bağlayaraq belə deyir:  
“Evlilik fıtri olduğu üçün, əqdin meydana gəlməsi və xitamı belə  fıtri 
əsaslara tabedir. İki şəxsin zorla və qanun gücü ilə birləşdirilməsi, bir-birini 
sevməyə, bir-birinə  səmimiyyət və yaxınlıq hiss etməyə, digəri üçün 
fədakarlıq etməyə onun sevincini öz xoşbəxtliyi imiş kimi istəməyə məcbur 
etməsi mümkün olmadığı, evlənmənin fıtri və  təbii olmasındandır. Qanun 
buna qadir ola biməz. Qanun, bir qadını bir ərin evində zorla tuta bilər; fəqət 
onu evlilik halında həbs edə biməz. Buna görədir ki, ərin məhəbbət və 
sevgisinin qurtardığı bir yerdə evlilik “təbii baxımdan” ölmüş deməkdir. 
Onun xitamı belə təbii olaraq fıtrətin qanunlarına bağlıdır və təbiət belə bir 
evliliyin xitamının açarını da kişiyə vermişdir”
85
.  
                                                 
83
 Eyni əsərler, eyni yerlər. Onlara görə iqrar, tək tərəfli meydana gələn muamilə olsa da  
iqaatdan deyil. Çünkü xəbəri cümlə ilə sabitdir. Halbuki iqaat inşai cümlə üzərinə 
məbnidir. (Təbrizi, Minhacu’l-Ahkam, I, 6.) 
84
 Iraki, İzzetullah, Hüquqe Zenaşui dər İslam, Tehran 1957, s 21-22. 
85
 Mutahhari, İslamda Kadın Hakları, s 246-250. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə